27 Fevral 2022 00:37
897
CƏMİYYƏT
A- A+
Xocalı faciəsi qan yaddaşımızdır

Xocalı faciəsi qan yaddaşımızdır

 

Xocalı qırğınından möcüzə nəticəsində sağ qalan xocalılılar bu gün ölkəmizin 50 şəhər və rayonunda məskunlaşıblar. Onların müəyyən hissəsi 30 ildir ki, Lənkəranda yaşayır. Möhübbət İlyas oğlu Əhmədov 1961-ci ildə Xocalının Kosalar kəndində doğulub boya-başa çatıb. Orta təhsilini doğma kənd məktəbində alıb. Keçmiş Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Uzun müddət Xocalı Rayon İcra Hakimiyyəti başçısının qaçqınlar və köçkünlər üzrə səlahiyyətli nümayəndəsi olmuş M.Əhmədov deyir ki, bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətinin aşkara çıxmasında mühüm əhəmiyyət kəsb edir: “Əslində isə ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı və millətimizin soyqırımı siyasəti yüz illər boyu düşünülmüş şəkildə həyata keçirilmişdir. XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Rusiya-Türkiyə və Rusiya-İran ziddiyyətlərindən faydalanmaq niyyətinə düşən mənfur qonşularımız İranda, xüsusən də Türkiyə ərazisində böyük insan təlafatı ilə müşayiət olunan təxribatlar törətməklə Rusiyanın rəğbətini qazanmışdılar. 1828-ci ilin fevralında Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra rusların təhriki ilə İran, Türkiyə və Rusiya ərazilərində məskunlaşmış  ermənilər kütləvi surətdə İrəvan və Qarabağ xanlıqlarının torpaqlarına köçürülmüşlər. Rusiyanın iki əsrə yaxın davam edən bu məskunlaşdırma siyasəti illərdən bəri azərbaycanlılara fəlakətlər gətirmiş, milyonlarla dinc insan bu siyasətin əsirinə çevrilmiş, yüz minlərlə günahsız əhali isə bu gün də özünün hüquqi qiymətini almayan müxtəlif terror və separatizmin qurbanı olmuşdur”.

Sözünə davam edən həmsöhbətimiz onu da bildirdi ki, əslində, Xocalı soyqırımını bir gecədə baş verən faciə kimi qələmə vermək olmaz: “Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlamamışdan öncə hazırlaşmışdılar. Onlar Qarabağın digər ərazilərində də bu cür qətliamlar törətməyə çalışsalar da, ən dəhşətli soyqırımı faktını məhz Xocalıda həyata keçirmişlər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə 1988-ci ilə, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq açıq müstəviyə çıxdığı dövrə təsadüf edirdi. Elə həmin vaxtdan Xocalı soyqırımının əsası qoyulmuşdu. Daşnakların bu məkrli fəaliyyətlərini o dövrdəki Azərbaycan rəhbərliyi ya görmürdü, ya da qəsdən özünü görməməzliyə vururdu”.

M.Əhmədov:

- Mən o dövrdə Xocalı Şəhər İcra Hakimiyyəti başçısının Mingəçevir şəhəri üzrə səlahiyyətli nümayəndəsi idim. Mingəçevirdə Xocalıdan 126 ailə yerləşdirilmişdi. Onların bütün sosial qayğılarının, problemlərinin həlli mənə tapşırılmışdı. Gücüm çatan köməyi edirdim. Bizim ailəyə çatası yardımları kəndimizdən olan və bütün ailə üzvlərini itirən Baloğlan Allahyarova, Xanım xalaya, Əli dayıya, Çərkəz kişiyə və digərlərinə verirdim. Həmyerlilərimin yaralı qəlbini azca da olsa ovundurduğum anlarda bütün dərd-qəmimi unudurdum. Başqa işə keçməyimlə əlaqədar Mingəçeviri tərk edəndə məni 126 Xocalı ailəsi yola saldı. Respublikanın sabiq daxili işlər naziri Ramil Usubov, Xocalı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Milli Məclisin deputatı Elman Məmmədov və digər vəzifəli şəxslər bu gün də xocalılılarla bir yerdə olaraq, onların dərd-sərləri ilə yaşayır, qayğılarına qalırlar. Əslində, bu dəhşətli faciəni unutmağa heç bir azərbaycanlının mənəvi haqqı yoxdur. Lakin artıq 30 ildir ki, Xocalı soyqırımının ildönümü ərəfəsində biz heç nə ilə əvəz olunmayan o dəhşətli günləri yenidən birlikdə yaşayırıq.

Həmsöhbətimiz sonra şəhid qardaşı Natiq Əhmədovdan söz açdı: “Qardaşım Natiq 1969-cu ildə Kosalarda anadan olmuş, 1989-cu ildə hərbi xidmətini başa vurduqdan sonra Riqa şəhərinə gedərək 3 ay orada şərq əlbəyaxa döyüş növlərinin sirlərinə yiyələnmişdi. Elə həmin il öz xahişi ilə vətənə qayıtmış, Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə işə düzəlmişdi. Natiq Xocalıya, Şuşaya gedib-gələn azərbaycanlı sərnişinlərin həyatını dəfələrlə ölümün pəncəsindən xilas etmişdi. 1991-ci il sentyabrın 21-də ağır güllə yarası alan qardaşım iki gün sonra Xocalıya gələrkən Əsgəran rayonu ərazisində ermənilərlə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Prezidentin sərəncamı ilə  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür”.

- Ötən 30 il ərzində Xocalı soyqırımı haqqında çox deyilib və bundan sonra da yəqin ki, çox danışılacaq. Bu qanlı faciəyə ilk dəfə məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmiş, 1994-cü ildə Ulu Ondərin təşəbbüsü ilə Azərbaycan parlamentində fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qəbul olunmuşdur. Bundan əlavə, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Onun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsi çərçivəsində dünyanın qabaqcıl ölkələrində təşkil olunan sərgilər XX əsrin ən böyük faciəsi haqqında beynəlxalq ictimaiyyətdə dolğun təsəvvürlər formalaşdırmışdır. Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasını aparması da bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır, - deyə M.Əhmədov bildirdi.

 

Ağaddin BABAYEV,

“Lənkəran” qəzetinin əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!