19 Noyabr 2026 09:31
91
SİYASƏT
A- A+
XİN rəsmisi: Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq  

XİN rəsmisi: Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq  


Fransanın Avropa və Xarici İşlər Nazirliyinin və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirin Azərbaycana qarşı son iddiaları tamamilə qəbuledilməzdir. Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Fransanın Avropa və Xarici İşlər Nazirliyində xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin fransalı deputatın suallarına cavablarında Azərbaycana qarşı səsləndirdikləri iddialarla bağlı şərh verən A.Hacızadə deyib:

“2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin və onlara bağlı strukturların Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz hərbi mövcudluğuna və fəaliyyətinə son qoyulmasına, ölkənin konstitusiya quruluşunun bərpa edilməsinə, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş və BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilmişdir. Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, eyni zamanda, onilliklər ərzində davam etmiş işğalı, etnik təmizləməni və yüz minlərlə azərbaycanlının hüquqlarının sistematik şəkildə pozulmasını nəzərə almamaq qəbuledilməzdir.

Humanitar məsələlərə gəldikdə, Azərbaycan ölkədə məhkəmə araşdırmasına cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin “özbaşına həbs edilmiş” şəxslər kimi təqdim edilməsi cəhdlərini rədd edir. Məsuliyyətə cəlb edilən şəxslər arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər vardır. Onların işlərinə Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq öhdəlikləri çərçivəsində baxılıb. Xarici tərəflərin ağır müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmək cəhdləri hüququn aliliyi prinsipi ilə uzlaşmır.

Azərbaycan mədəni və dini irsin dağıdılması və ya qəsdən dəyişdirilməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edir. İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin qorunması və bərpası ölkəmizin davamlı prioritetləri sırasındadır. Eyni zamanda, Ermənistanın onilliklər boyu davam etmiş işğalı zamanı Azərbaycan xalqının mədəni və dini irsinə, o cümlədən məscidlərə, qəbiristanlıqlara və digər tarixi abidələrə qarşı törədilmiş genişmiqyaslı dağıntı və mənimsəmə hallarının diqqətdən kənarda saxlanılmaması vacibdir.

Ermənistandan və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının, o cümlədən təhlükəsiz və ləyaqətli qayıdış hüququnun da eyni səviyyədə diqqətə alınmasının vacibliyini xatırladırıq. Humanitar məsələlərə selektiv yanaşma beynəlxalq hüquq və insan hüquqları ilə bağlı çağırışların etibarlılığını sarsıdır.

Fransa hökumətinin özünün insan hüquqları və idarəçilik sahəsindəki vəziyyəti ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq əvəzinə, digər dövlətlərin daxili işlərinə qiymət vermək mövqeyindən çıxış etməsi də diqqət çəkir. Fransa hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə qarşı həddindən artıq güc tətbiqi dəfələrlə ciddi narahatlıqlara səbəb olub. Fransada tələbə etirazları zamanı ağır xəsarət alanların olması, habelə polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı çoxsaylı araşdırmaların başlanması bu narahatlıqları daha da artırır. Bundan əlavə, Fransa siyasi xadimləri, o cümlədən parlament üzvləri ilə bağlı davam edən məhkəmə prosesləri və korrupsiya araşdırmaları şəffaflıq, ictimai hesabatlılıq və dövlət institutlarının dürüstlüyü ilə bağlı əsaslı suallar doğurur. Fransa digər ölkələrə qarşı selektiv tənqid və siyasi motivli qiymətləndirmələrə yol vermək əvəzinə, ilk növbədə öz daxilindəki bu problemlərin həllinə diqqət yetirməlidir.

Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putinlə Trampın görüşü bir saatdan az davam edib

09:33
19 Noyabr

XİN rəsmisi: Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq  

09:31
19 Noyabr

Keçmiş məcburi köçkün: Böyük fəxrlə doğma yurda dönürük  

09:30
19 Noyabr

Soltanlı və Cahangirbəyli sakinlərinin doğma yurda qayıdışı davam edir  

09:30
19 Noyabr

Tramp İranla münaqişənin həlli üçün Rusiya və Çindən kömək istəməyi planlaşdırmadığını bildirib  

09:28
19 Noyabr

Azərbaycan nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib  

09:27
19 Noyabr

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub  

09:25
19 Noyabr

Sənaye parkları Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına xidmət edir

09:15
19 Noyabr

"Eternity-2026" təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər

09:10
19 Noyabr

Rənglərdə yaşayan ömür, sənətdə əbədiləşən ad

09:05
19 Noyabr

Tək qadının səssiz qiyamı - "Nabat"ın acısı

09:00
19 Noyabr

"Yüksəliş": insan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə

08:55
19 Noyabr

Azərbaycan elminin beynəlxalq inteqrasiyasında yeni mərhələ

08:50
19 Noyabr

Putin və Tramp arasında görüş başlayıb

08:48
19 Noyabr

Nəqliyyat dəhlizləri Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolunu gücləndirir

08:45
19 Noyabr

Sosial siyasətin maliyyə təminatı

08:40
19 Noyabr

2027-ci ilin dövlət büdcəsi dayanıqlı inkişaf və sosial rifah fəlsəfəsinə söykənir

08:35
19 Noyabr

Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib

08:30
19 Noyabr

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

08:25
19 Noyabr

Bakı-Berlin münasibətləri yeni inkişaf mərhələsindədir  

08:20
19 Noyabr

Parlamentdə Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş 

08:15
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!