19 Noyabr 2026 09:27
73
SİYASƏT
A- A+
Azərbaycan nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib  

Azərbaycan nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib  


Braziliyanın San Paulo şəhərində keçirilən “ENACTUS 2026” Dünya Kubokunda iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elnur Abdullayevin rəhbərlik etdiyi heyət şəhər şurasının beynəlxalq əməkdaşlıq məsələləri üzrə katibi və aparat rəhbəri Fernando Feheyra ilə görüşüb, qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Çıxış edən ölkəmizin Braziliyadakı səfirliyinin müşaviri Rafiq Rüstəmov belə görüşlərin xüsusilə iki ölkə arasında sosial-humanitar sahədəki əməkdaşlıq münasibətləri baxımından əhəmiyyətli olduğunu bildirib.

Söhbət zamanı Gənclər və İdman Nazirliyinin rəsmisi E.Abdullayev Azərbaycanda gənclərin inkişafı ilə bağlı icra olunan dövlət proqramları, o cümlədən ölkənin ictimai, iqtisadi, mədəni və siyasi həyatında gənclərin iştirakçılıq imkanlarının genişləndirilməsi istiqamətində görülən ölkəmiqyaslı tədbirlərdən bəhs edib. Bu səpkidə beynəlxalq təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Nümayəndə heyətinin tərkibində iştirak edən Naxçıvan Dövlət Universitetinin rektor müşaviri Ülvi Baxışlı isə təmsil etdiyi ali təhsil ocağında yerli və əcnəbi gənc tələbələrin inkişafı istiqamətində görülən işlərdən, onlara göstərilən sosial qayğıdan bəhs edib, universitetin müxtəlif xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinə dair nüminələrdən söz açıb.

Azərbaycan nümayəndə heyətini qarşılamaqdan məmnunluğunu ifadə edən katib F.Feheyra gənclərlə iş sahəsinin şəhər şurasının sosial layihələr proqramında vacib komponentlərdən biri olduğunu qeyd edib. O, qarşıdakı dövrdə Azərbaycanın müvafiq dövlət qurumları və ictimai təşkilatları ilə birgə layihələrin həyata keçirilməsinə maraq ifadə edərək, bu məqsədlə fəal təmasların və təcrübə mübadiləsi imkanlarının əhəmiyyətini nəzərə çatdırıb.

Görüşün sonunda nümayəndə heyəti Şəhər Şurasının rəsmiləri ilə xatirə şəkilləri çəkdirib, şura binasının terasında qurulmuş xüsusi botanika bağı ilə tanış olublar.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən çoxsaylı tələbələri, elmi tədqiqatçıları və biznes təşkilatlarının rəhbərlərini özündə birləşdirən ENACTUS şəbəkəsi qlobal və regional miqyasda sosial və ətraf mühit problemlərinin həllində xüsusilə gənclərin iştirakçılığını təşviq edən aparıcı beynəlxalq platformalardan biri sayılır.

Bu il Azərbaycandan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetini, Azərbaycan Respublikasının Gənclər Fondunu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını təmsil edən bir qrup təşəbbüskar gənc “ENACTUS 2026” Dünya Kubokunda iştirak edərək, dünyanın müxtəlif qitə və ölkələrindən olan həmyaşıdları ilə əyani təmas imkanı yaradaraq öz bilik və bacarıqlarını sınayır, müxtəlif təcrübələrə yiyələnirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putinlə Trampın görüşü bir saatdan az davam edib

09:33
19 Noyabr

XİN rəsmisi: Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq  

09:31
19 Noyabr

Keçmiş məcburi köçkün: Böyük fəxrlə doğma yurda dönürük  

09:30
19 Noyabr

Soltanlı və Cahangirbəyli sakinlərinin doğma yurda qayıdışı davam edir  

09:30
19 Noyabr

Tramp İranla münaqişənin həlli üçün Rusiya və Çindən kömək istəməyi planlaşdırmadığını bildirib  

09:28
19 Noyabr

Azərbaycan nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib  

09:27
19 Noyabr

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub  

09:25
19 Noyabr

Sənaye parkları Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına xidmət edir

09:15
19 Noyabr

"Eternity-2026" təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər

09:10
19 Noyabr

Rənglərdə yaşayan ömür, sənətdə əbədiləşən ad

09:05
19 Noyabr

Tək qadının səssiz qiyamı - "Nabat"ın acısı

09:00
19 Noyabr

"Yüksəliş": insan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə

08:55
19 Noyabr

Azərbaycan elminin beynəlxalq inteqrasiyasında yeni mərhələ

08:50
19 Noyabr

Putin və Tramp arasında görüş başlayıb

08:48
19 Noyabr

Nəqliyyat dəhlizləri Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolunu gücləndirir

08:45
19 Noyabr

Sosial siyasətin maliyyə təminatı

08:40
19 Noyabr

2027-ci ilin dövlət büdcəsi dayanıqlı inkişaf və sosial rifah fəlsəfəsinə söykənir

08:35
19 Noyabr

Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib

08:30
19 Noyabr

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

08:25
19 Noyabr

Bakı-Berlin münasibətləri yeni inkişaf mərhələsindədir  

08:20
19 Noyabr

Parlamentdə Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş 

08:15
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!