XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək
Xarici İşlər Nazirliyi (XİN) və onun nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri” tərəfindən ilk dəfə olaraq aprelin 16-dan 18-dək onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək.
XİN-dən AZƏRTAC-a bildirilib ki, təlim Azərbaycan Respublikasının 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində keçirilən silsilə tədbirlərdən biri olub gənclər arasında bu mötəbər qurumla bağlı məlumatlılığın artmasına xidmət edir.
Ölkəmizdə 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar olaraq, layihə ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları və ya hərəkatlarında iştirak edən könüllüləri əhatə edəcək. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada COVID-19 pandemiyasının elan olunduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına müvafiq olaraq layihə "evdə qal” ictimai kampaniyasına dəstək məqsədilə onlayn platformada keçiriləcək.
Layihə çərçivəsində iştirakçılara dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatına üzv dövlətlərin rəsmi nümayəndəsi rolunda çıxış etmək, həmin dövlətləri Hərəkatın ən ali toplantısı olan Dövlət və Hökumət Başçılarının Zirvə görüşünün canlandırılacağı simulyasiyada təmsil etmək imkanı yaradılacaq.
Simulyasiyada iştirak üçün lazım olan hazırlıq və bacarıqlar üzrə təqdimatlar aprelin 13-dən 15-dək onlayn əsasda keçiriləcək seminar zamanı Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən iştirakçılara təqdim olunacaq.
Seminar zamanı iştirakçılar Qoşulmama Hərəkatının fəaliyyəti, diplomatik yazışma qaydaları, beynəlxalq danışıqlar və qətnamə layihələrinin mətnlərinin razılaşdırılması təcrübəsi daxil olmaqla bir sıra mövzular üzrə məlumatlandırılacaqlar.
Layihə 18-29 yaş arasında olan, yüksək İngilis dil bilgisinə malik könüllülər üçün nəzərdə tutulub. İştirakla bağlı tələblərə dair ətraflı məlumatlarhttps://namazerbaijan.org/eventskeçidi vasitəsilə əldə edilə bilər. Müraciətlərin qəbulu bu ilin 5 aprel tarixinədək davam edəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!