20 Sentyabr 2025 09:10
437
SİYASƏT
A- A+
XİN Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb  

XİN Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb  

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:

“Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.

2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az müddətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

20 sentyabr tarixində Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan silahlı qüvvələridir. Məhz Ali Baş Komandanın qətiyyəti və silahlı qüvvələrimizin rəşadəti bu qələbəni təmin edib.

Ermənistanın 2020-ci il Vətən müharibəsi nəticəsində qəbul etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində nəinki öz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar yerləşdirdiyi məlum idi. Ermənistan tərəfinin ərazilərimizdə yaratdığı qondarma rejimin təbliğatını hər vəchlə davam etdirməsi, 2 sentyabr 2023-cü il tarixində qondarma “müstəqillik” ilə bağlı separatçı rejimi təbrik etməsi, 9 sentyabr tarixində qondarma “prezident seçkiləri”, eləcə də 19 sentyabr tarixində 6 nəfər azərbaycanlının həlak olması ilə nəticələn hərbi təxribat vəziyyəti daha da gərginləşdirdi.

Azərbaycanın ərazilərinə qarşı əsassız iddialarından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, təcavüz siyasətini davam etdirən Ermənistanın və onun qondarma rejiminin heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması zəruri idi.

Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq nümayiş etdirdi.

2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da artırıldı. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşü keçirildi. Görüşün nəticəsində liderlər tərəfindən Birgə Bəyanat imzalandı. Azərbaycan və Ermənistan sülh müqaviləsi mətnini parafladı. Bundan əlavə, Azərbaycan və Ermənistanın müraciətinə uyğun olaraq, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturları sentyabr 1-də ATƏT Nazirlər Şurasının qərarı ilə ləğv edildi.

Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Bu tarixi sülh fürsətinin əldən verilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması zəruridir.

Bu tarixi əhəmiyyətli gündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.

Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!