25 May 2023 15:05
323
Elm və texnika
A- A+

“Xiaomi” bu ekranlardan imtina edəcək


Çinin telefon istehsalçıları “Samsung”un istehsal etdiyi ekranlardan kütləvi şəkildə imtina edirlər. Onun əvəzinə “BOE”, “Tianma” və “TCL CSOT” kimi şirkətlərin daha münasib məbləğdə olan ekranlarına üstünlük verilir. Ötən ay təqdim edilmiş “Xiaomi 13 Ultra”nın “TCL C7” ekranla təchiz edilməsini bu yolda ilk addım kimi qiymətləndirmək olar.
Mütəxəssislərin verdiyi məlumata görə, “Xiaomi” flaqman smartfonlarında “TCL” ekranlarından istifadə etməyə davam edəcək. “TCL CSOT” şirkəti “Xiaomi”  üçün ekranların istehsalına artıq başlayıb. Gözləntilərə əsasən, ilk ekranı “Xiaomi 14”, ikinci ekranı “CIVI 4” və ya “Redmi Note 13”, üçüncü ekranı isə “Redmi K70” smartfonu əldə edəcək.
Qeyd etmək lazımdır ki, şirkət bu ilin sonunda təqdim edəcəyi “Xiaomi 14 Pro”da “Samsung” şirkətinin istehsal etdiyi “AMOLED E7” ekranından istifadə edəcək.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video