14 Aprel 2026 10:25
228
CƏMİYYƏT
A- A+
Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi


15 aprel görkəmli alim, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anım günüdür. Onun zəngin elmi irsi, insanpərvər fəaliyyəti və fədakar həyatı xalqımızın yaddaşında dərin iz buraxmışdır.

Zərifə Əliyevanın elmi araşdırmaları əsasən traxoma, qlaukoma və digər göz xəstəliklərinin müalicəsinə yönəlmişdir. Xüsusilə XX əsrin ortalarında geniş yayılmış traxoma xəstəliyinə qarşı apardığı mübarizə Azərbaycan səhiyyəsi üçün mühüm dönüş nöqtəsi olmuşdur. Alimin təklif etdiyi müalicə üsulları qısa zamanda bütün respublikada tətbiq edilmiş və bu xəstəliyin aradan qaldırılmasına böyük töhfə vermişdir.

Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi tanınırdı. O, kimsəsiz uşaqlara göstərdiyi qayğı, bölgələrdə apardığı müalicə-profilaktik tədbirlərlə insanların sevgisini qazanmışdır. Onun fəaliyyəti birbaşa insanların sağlamlığına xidmət edirdi.

Ulu Öndər Heydər Əliyev vəfalı ömür-gün yoldaşı haqqında deyirdi: “Böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə Əliyeva bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

150-yə yaxın elmi əsərin, monoqrafiya və dərsliklərin müəllifi kimi Zərifə Əliyeva oftalmologiyanın inkişafına böyük töhfələr vermişdir.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülən Zərifə Əliyeva Azərbaycan qadınının elm və cəmiyyət həyatında tutduğu yüksək mövqenin ən uğurlu nümunəsinə çevrilmişdir. 

Cənab Prezident İlham Əliyev Zərifə Əliyeva ilə bağlı deyib: “O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır”.

Zərifə Əliyeva görkəmli alim idi. Bununla bərabər övladları ilə məşğul olmağa, onları Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. Ulu Öndər deyib: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsində Zərifə xanımın əvəzsiz rolu olub”.

Akademik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunan görkəmli alimin adı Azərbaycan tibb tarixində əbədi yaşayır.

Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkəmizdə oftalmologiya elminin inkişafında mühüm rol oynayır və alimin zəngin irsini davam etdirir.

Zərifə Əliyevanın işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BTQ: Qvadelupada baş vermiş ölüm hadisəsi cəmiyyətdə ciddi narahatlıq yaradıb  

13:18
14 Aprel

Sabah bəzi yerlərdə arabir yağış yağacaq, duman müşahidə ediləcək

13:13
14 Aprel

Tədqiqat: Süni intellekt ilkin diaqnozların azı 80 faizində səhvə yol verir  

13:09
14 Aprel

Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNİB

13:08
14 Aprel

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialının açılışı olub

13:06
14 Aprel

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNƏCƏK  

13:01
14 Aprel

Media: İran-ABŞ danışıqlarının yeni mərhələsi Türkiyədə və ya Misirdə keçirilə bilər  

12:57
14 Aprel

Türkiyənin enerji naziri: Türkmənistandan təbii qazı Azərbaycandan boru kəməri ilə tədarük etməyi planlaşdırırıq  

12:42
14 Aprel

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

12:41
14 Aprel

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNƏCƏK  

12:38
14 Aprel

Argentinada futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı yeni məhkəmə prosesi başlayır

12:33
14 Aprel

Füzulidə mina partlayıb, ANAMA-nın əməkdaşı həyatını itirib 

12:21
14 Aprel

Azərbaycanda “Ədalətli İdman Ayı”na start verilir

12:16
14 Aprel

Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

12:16
14 Aprel

İsraildə raket hücumları nəticəsində yaralananların sayı açıqlanıb

12:10
14 Aprel

Xəzərdə baş verən zəlzələlər seysmik aktivliklə bağlıdır - AÇIQLAMA

12:03
14 Aprel

Gəncədə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

11:54
14 Aprel

Komitə sədri: Azərbaycanın AQEM sədrliyi qadınların səlahiyyətləndirilməsinə töhfə verir

11:46
14 Aprel

Avropada elektromobillərin satışı rekord göstəriciyə çatıb  

11:43
14 Aprel

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıblar  

11:39
14 Aprel

ABŞ-nin sanksiya siyahısında olan Çin tankeri Hörmüz boğazından keçib

11:27
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!