23 May 2025 12:18
429
CƏMİYYƏT
A- A+
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb

Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb

Neftçala rayonunda yerləşən Kür-Təcrübi Nərə Balıqartırma Zavodunda 22 May - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, Yaponiyanın ölkəmizdəki səfiri Katsuya Vatanabe, Meksikanın səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya və Qazaxıstanın Azərbaycandakı diplomatik korpus nümayəndələri, aidiyyatı dövlət qurumlarının təmsilçiləri, “LU-MUN Holding” MMC-nin İdarə Heyətinin sədri Emil Məmmədsadıqov, balıqçılıq və akvakultura müəssisələrinin əməkdaşları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirib. Balıqçılıq sahəsində biomüxtəlifliyin mühüm rola malik olduğunu deyən nazir Məcnun Məmmədov qeyd edib ki, balıq ehtiyatlarının düzgün idarə olunması, ov mövsümünün tənzimlənməsi, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi sahəsində atılan addımlar ətraf mühiti qorumaqla yanaşı, regionlarda iqtisadi fəaliyyətin davamlılığını təmin edir. Xəzər dənizi və daxili su hövzələrinin nadir və endemik növlərlə zəngin olduğunu diqqətə çatdıran nazir Məcnun Məmmədov biomüxtəlifliyin qorunması, qanunsuz ovla mübarizə və elmi əsaslı idarəetmənin prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

Nazir əlavə edib ki, ölkəmizdə balıqçılığın inkişafı istiqamətində mütəmadi olaraq mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 19-da Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı müvafiq Fərman imzalanıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” yaradılıb. Mərkəz balıqçılıqda məhsuldarlığın yüksəldilməsini, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsini, resursların formalaşdırılmasını, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsini həyata keçirəcək. Nərə balıqlarının və Xəzər qızılbalığının dənizə buraxılması Xəzər dənizinin ekosisteminin mühafizəsi baxımından mühüm fəaliyyətlərdəndir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ekosistemin dayanıqlığına xüsusi önəm verdiyini, Ümummilli Liderin ekoloji siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

“LU-MUN Holding” MMC-nin İdarə Heyətinin sədri Emil Məmmədsadıqov qeyd edib ki, Prezident İlham Əliyevin təbii resursların qorunması ilə bağlı tapşırıq və göstərişlərinə əsasən, Neftçalada təşkil olunan bu tədbir ölkədə biomüxtəlifliyin artırılmasına xidmət edir. Bir neçə şirkətin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs genişmiqyaslı faydalar yaratmaq məqsədilə davamlı əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır.

“Azerbaijan Fish Farm” şirkətinin direktoru Nurlan Abdinov isə öz növbəsində bildirib ki, qarşıya qoyulan əsas məqsəd mərhələli şəkildə təbiətə buraxılan balıqların sayını 1 milyona çatdırmaqdır. Bu təşəbbüs şirkətin “dayanıqlı və bərpaedici akvakultura” prinsipinə sadiqliyini nümayiş etdirir.

“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin müşaviri Fidan Fərzəliyeva AZAL-ın “Sıfır/sıfıra yaxın emissiya” Planının tərkib hissəsi olaraq biomüxtəlifliyin qorunmasının Ətraf Mühit, Sosial və İdarəetmə Strategiyasının (ESG) əsas məqsədlərindən olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, təmsil etdiyi qurum ekosistemlərin bərpası, təbii yaşayış mühitinin qorunması və təbiətin mühafizəsinə əsaslanan layihələrin dəstəklənməsinə xüsusi önəm verir.

Sonra “LU-MUN Holding” MMC-nin törəmə şirkəti olan “Azerbaijan Fish Farm” MMC tərəfindən Xəzər dənizinə 100 min nərə balığı və 20 min Xəzər qızılbalığı buraxılıb. Daha sonra nümayəndə heyəti Kür-Təcrübi Nərə Balıqartırma Zavoduna səfər edib, şirkətin müasir texnologiyalar əsasında qurulmuş dayanıqlı balıqçılıq fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, biomüxtəlifliyin qorunmasına yönəlmiş genişmiqyaslı ekoloji təşəbbüs SOCAR, AZAL, “Azerbaijan Poultry Company” (Mercan), “Wings” (Sakura), “Gilan Holding”, “Azvarvara”, “CMS Properties”, “Alltech Coppens” şirkətlərinin dəstəyi ilə həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!