10 Yanvar 2026 08:15
696
SİYASƏT
A- A+
Xəzər artıq sərhəd deyil

Xəzər artıq sərhəd deyil


Ölkəmiz Cənubi Qafqazı və Mərkəzi Asiyanı vahid geosiyasi məkana çevirir 


Azərbaycanın Mərkəzi Asiya regionu ilə strateji tərəfdaşlığı müasir xarici siyasətimizin ən mühüm istiqamətlərindən biridir. Ölkəmiz iki önəmli regionun - Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid geosiyasi məkana çevrilməsi prosesinin təşəbbüskarı, lokomotiv gücü və böyük coğrafiyaları birləşdirən geostrateji körpüdür. Məhz Azərbaycanın müəllifi olduğu bu tərəfdaşlıq sayəsində Xəzər dənizi bir sərhəd deyil, regionları birləşdirən daxili gölə və təhlükəsizlik zonasına çevrilməkdədir. Bu, xüsusilə böyük güclərin rəqabət apardığı bir dövrdə region dövlətlərinin xarici təzyiqlərə qarşı kollektiv müqavimət gücünü artıran önəmli prosesdir. 

Bölgədə mühüm aktor kimi qəbul edilən Azərbaycan Mərkəzi Asiyanın ayrı-ayrı ölkələri ilə ikitərəfli əməkdaşlıq etməklə yanaşı, regional təşkilatlar çərçivəsində də sözügedən bölgə dövlətləri ilə qarşılıqlı iş birliyindədir. Azərbaycanın strateji məqsədlərə söykənən diplomatiyasının növbəti uğurlarından biri 2025-ci il noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi oldu. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan ibarət Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurası (C5) Azərbaycanın da iştirakı ilə C6 platformasına çevrildi. Beləliklə, Azərbaycanın Mərkəzi Asiya regionuna açar və qapı rolunu oynayacaq yeganə etibarlı ölkə olması statusu rəsmən təsdiqləndi. Bu, coğrafi sərhədlərin siyasi inteqrasiya ilə aşılmasının, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə çoxsaylı iqtisadi, enerji və nəqliyyat layihələrində fəal iştirakının göstəricisidir. Həmçinin Azərbaycanın regionun geosiyasi xəritəsində həm Qərb, həm də Şərqlə etibarlı və strateji tərəfdaş kimi çıxış etdiyinin bariz nümunəsidir. Cənubi Qafqaz dövləti olan Azərbaycanın bu şuraya daxil edilməsi o deməkdir ki, Mərkəzi Asiya liderləri Azərbaycanı "kənar tərəfdaş" deyil, regionun ayrılmaz parçası kimi qəbul edirlər. 

Azərbaycanın geosiyasi körpü rolu sadəcə, coğrafi təsadüf deyil, həm də son onilliklərdə yürüdülən məqsədyönlü strateji xəttin nəticəsidir. Bu mühüm məqama Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı da toxundu. Dövlət başçısı haqlı olaraq Azərbaycanın Mərkəzi Asiyanın Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsini xarici siyasətimizin ən önəmli nailiyyətlərindən biri kimi qələmə verdi və bunu nadir hadisə kimi qiymətləndirdi: "Təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə görüşündə artıq tamhüquqlu üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük". 

Cənab Prezidentin qeyd etdiyi "canlı körpü" ifadəsi Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) effektivliyini təmin edən əsas halqaya işarədir. Azərbaycan dəniz, dəmir yolu və avtomobil yollarını vahid şəbəkədə birləşdirərək Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün səmərəli çıxış yaradır. Xəritəyə nəzər salsaq, Avrasiya materikində Şərqlə Qərbi birləşdirən bir neçə marşrut var. Rusiya ərazisindən keçən Şimal marşrutu Rusiya-Ukrayna müharibəsi, sanksiyalar və siyasi gərginlik səbəbindən kifayət qədər riskli hesab olunur. İran və Əfqanıstan üzərindən keçən Cənub marşrutu da eyniylə qeyri-sabitlik və infrastruktur çatışmazlığı ilə üz-üzədir. Mərkəzi Asiya dövlətlərinin Avropaya, dünyaya ən etibarlı və təhlükəsiz çıxışı bölgənin təhlükəsizlik adası sayılan Azərbaycan üzərindəndir. Xəzər dənizini aşan hər bir yük mütləq şəkildə Azərbaycanın logistik qovşaqlarından keçməlidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu bu coğrafi üstünlüyü real iqtisadi alətə çevirən əsas elementlərdir. Məhz bu reallıq Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır və digər regionlar üçün cəlbedici hala gətirir. Prezident müsahibəsində bu önəmli məqama da diqqət yönəldib: "Ərazimizdən keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. Bu ancaq başlanğıcdır, onların sayı dəfələrlə artacaq və hazırda biz öz nəqliyyat infrastrukturumuzu genişləndirmək üçün fəal işləyirik". 

Mərkəzi Asiya ilə əlaqələr Azərbaycanın enerji diplomatiyasını da yeni səviyyəyə qaldırır. Artıq ölkəmiz öz resurslarını deyil, həm də Türkmənistan qazını, Qazaxıstan neftini və Özbəkistanın "yaşıl enerji" resurslarını da dünyaya çıxaran qlobal distribütor rolunda çıxış edir. Xəzərin dibi ilə çəkilən kabellər və boru kəmərləri Azərbaycanı həm də Mərkəzi Asiyanın "Qərbə açılan yeganə pəncərəsi" statusunda möhkəmləndirir. Strateji tərəfdaşlıq həm də "iqtisadi nüfuz dairəsi" deməkdir. Azərbaycanın Özbəkistan, Qazaxıstan və Qırğızıstan ilə yaratdığı birgə investisiya fondları ölkəmizin regional investor statusuna yüksəldiyini göstərir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Mərkəzi Asiya ölkələrinin iştirakı bu tərəfdaşlığın həm də mənəvi-strateji bağlılığının və sadiqliyinin nümayişidir.

Şərqlə Qərb arasındakı yük axını Azərbaycan və Mərkəzi Asiya arasında logistik koordinasiya olmadan mümkün deyil. Bu tərəfdaşlıq Azərbaycanı tranzit ölkədən qlobal təchizat zəncirinin vazkeçilməz idarəçisinə də çevirir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurduğu hərbi, siyasi və mədəni bağlar türk dünyasının strateji dərinliyini formalaşdırır. Mərkəzi Asiyanın beş dövləti və Azərbaycanın bir blok kimi çıxış etməsi qlobal güclərlə münasibətlərdə daha əlverişli şərtlər diktə etməyə imkan verir. Bu, artıq "parçala və hökm sür" siyasətinə qarşı "birləş və inkişaf et" strategiyasının uğurudur. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!