"Azərbaycan” qəzeti Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdırır, aramızdakı tellərin daha da möhkəmlənməsinə təkan verir
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
"Azərbaycan”
qəzetinin baş redaktoru
cənab Bəxtiyar
Sadıqova
Cənab Bəxtiyar
Sadıqov!
"Azərbaycan”
qəzetinin 100 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırır və müvəffəqiyyət
dolu arzularımı bildirirəm.
"Azərbaycan”
qəzeti ilə Azərbaycan Cümhuriyyətinin eyni yaşda olmaları heç də təsadüfi deyil.
"Azərbaycan” qəzeti 1918-ci ildə ilk müstəqil
cümhuriyyətlə birgə yaranmış, bugünkü müstəqil Azərbaycana ötürülən ən mühüm
əsərlərdən biridir.
Bu əsər Azərbaycanın
səsini bütün dünyaya çatdırmaqla eyni zamanda Azərbaycan xalqına da dünyadan məlumat
vermiş və beləliklə, Azərbaycanla dünya arasında əhəmiyyətli körpülərdən birinə
çevrilmişdir.
"Azərbaycan”
qəzeti bu gün də öhdəsinə götürdüyü bu mühüm missiyaya uyğun olaraq fəaliyyət göstərir
və Azərbaycanın həqiqətlərini bütün dünyaya çatdırır.
Qəzetinizin
mühüm vəzifələrindən biri də Azərbaycanın digər dövlətlərlə münasibətləri haqqında
xalqı məlumatlandırmaqdır. Bu nöqteyi-nəzərdən Türkiyə ilə Azərbaycan arasında münasibətlərin
inkişafına böyük töhfə verir.
Türkiyə ilə
Azərbaycanın bir-birini daha yaxından tanıması bu "bir millət, iki dövlət” üçün
çox əhəmiyyətlidir. "Azərbaycan” qəzetinin bu istiqamətdə göstərdiyi səylər şübhəsiz
ki, bizi bir-birimizə daha da yaxınlaşdırır, aramızdakı tellərin daha da möhkəmlənməsinə
təkan verir.
Bu mühüm yubiley
münasibətilə Siz başda olmaqla "Azərbaycan” qəzetinin bütün əməkdaşlarını bir daha
səmimi-qəlbdən təbrik edir, qəzetinizin qarşıdakı uzun illər boyunca təsis olunduğu
ilk gündən etibarən qəbul etdiyi prinsiplərdən uzaqlaşmayaraq Azərbaycan və Türkiyə-Azərbaycan
qardaşlığına xidmətinin davam edəcəyinə olan inamımı ifadə edirəm.
Hörmətlə,
Erkan ÖZORAL,
Türkiyə Cümhuriyyətinin
Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
"Azərbaycan”
qəzetinin baş redaktoru cənab
Bəxtiyar Sadıqova
Hörmətli Bəxtiyar
Sadıqov!
Dəyərli "Azərbaycan”
qəzetinin təsis edilməsinin 100 illik münasibətilə sizi və möhtərəm həmkarlarınızı
səmimi-qəlbdən təbrik edirəm.
Sizə, həmçinin
Azərbaycan xalqı və Azərbaycan Respublikasına müvəffəqiyyət və başucalığı arzulayır,
iki ölkənin müxtəlif sahələrdə, xüsusilə də media sahəsində əməkdaşlığının daha
da artmasını diləyirəm!
Cavad CAHANGİRZADƏ,
İran İslam
Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
"Azərbaycan”
qəzetinin baş redaktoru cənab
Bəxtiyar Sadıqova
Rəsmi "Azərbaycan”
qəzetinin 100 illik yubileyi münasibətilə sizi və kollektivinizi səmimi-qəlbdən
təbrik edirəm.
Qəzetinizin
Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında, o cümlədən xarici əlaqələrində
mühüm rol oynadığını qeyd etmək istəyirəm. Bir daha bu mühüm hadisə münasibətilə
təbriklərimi çatdırır və davamlı uğurlarınız üçün ən xoş arzularımı bildirirəm.
Hörmətlə,
Sanjay RANA,
Hindistan Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
"Azərbaycan”
qəzetinin baş redaktoru cənab
Bəxtiyar Sadıqova
Azərbaycan
qəzetinin 100 illiyi münasibətilə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq
hissi duyuram. Bu qəzet aktual mövzuları
işıqlandıran, Azərbaycanda baş verən hadisələri izləməyə kömək edən önəmli media
platformasıdır.
Lakin o, ilk
növbədə tarixi çətinliklər fonunda Azərbaycan
xalqının müstəqilliyə nail olmasının rəmzidir.
Bütün kollektivə
təbriklərimi izhar edirəm.
Hörmətlə,
Mohamed ALQUBAİSİ,
Birləşmiş
Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
"Azərbaycan”
qəzetinin baş redaktoru cənab
Bəxtiyar Sadıqova
Azərbaycan
Xalq Cümhuriyyətinin yaşayan xatirəsi olan "Azərbaycan” qəzetinin 100 illik yubileyi
münasibətilə səmimi təbriklərimi çatdırıram. Qəzetiniz bütün çətinliklərə rəğmən
doğruluq və vətənpərvərlik ruhunu qoruyub.
Bütün kollektivə
gələcək işlərində uğurlar arzulayıram!
Hörmətlə,
Nikolas D.KANELLOS,
Yunanıstan
Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
"Azərbaycan”
qəzetinin baş redaktoru cənab
Bəxtiyar Sadıqova
"Azərbaycan”
qəzetini təsis edilməsinin yüz illiyini qeyd etməsi münasibətilə təbrik edir, ona
keçən onilliklərdən günümüzə qədər Azərbaycan oxucusuna keçmişdə və indi təqdim
etdiyi xidmətlərə görə təşəkkür edirik.
"Azərbaycan”
qəzetinə Azərbaycan Respublikasında çiçəklənmə və tərəqqinin gedişinə xidmət naminə
Azərbaycan oxucusunun biliklərinin zənginləşdirilməsində maarifləndirici və etibarlı
məlumatları təqdim etməkdə uğurlarının davamını diləyirik.
Nasser Abdel
KAREEM,
Fələstin Dövlətinin
səfiri