08 May 2026 09:15
162
İQTİSADİYYAT
A- A+
Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər

Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər


Azərbaycan qazına tələbatın artması fikrini Prezident İlham Əliyev son ay ərzində ölkəmizdə səfərdə olan dövlət rəhbərləri və nümayəndə heyətləri ilə görüşlərində bir daha vurğulamışdır. Bu, ilk növbədə özünü Azərbaycandan qaz idxal edən ölkələrin sayının artmasında göstərir. Elə cari ilin əvvəlində daha iki Avropa ölkəsinin bu sıraya qoşulması da deyilənləri təsdiq edir.

Beləliklə, hazırda Azərbaycandan 16 ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya qaz alır. Prezident İlham Əliyev aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin səfəri  zamanı mətbuata bəyanatla çıxış edərkən demişdir: "Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq".

Mayın 4-də dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə səfəri çərçivəsində mətbuata bəyanatında da həmin mövzuya toxunmuşdur: "Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, "Cənub qaz dəhlizi"nin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir".

Mayın 5-də Prezident İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda dövlətimizin başçısı qeyd etdi ki, bu yaxınlarda Azərbaycan qazı Aİ-nin daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.

Azərbaycan qazının ixracına aid bu və digər sözlər istər yerli, istərsə də xarici ekspertlərin diqqət mərkəzindədir. Məsələn, alman politoloqu və beynəlxalq münasibətlər üzrə ekspert Klemens Fişer ölkəsi ilə Azərbaycan arasında enerji əməkdaşlığının qlobal enerji problemləri və dayanıqlı enerji mənbələrinə keçid fonunda xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, Azərbaycan Avropa ölkələrinə neft və təbii qaz da daxil olmaqla enerji resurslarının əsas təchizatçıları sırasındadır. "Cənub qaz dəhlizi" vasitəsilə təchizatlar Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır.

O vurğulayıb ki, ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji mənbələri və "yaşıl hidrogen" istehsalı da daxil olmaqla "yaşıl keçid" sahəsində əməkdaşlıq fəal şəkildə inkişaf edir. Onun qiymətləndirməsinə görə, Berlin Bakını bu istiqamətlərdə perspektivli tərəfdaş kimi görür, texnologiyalar mübadiləsi və investisiyalar isə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas ola bilər.

İtaliyalı ekspert Salvatore Santajelonun fikrincə, Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə apardığı danışıqlar formal olaraq siyasi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlsə də, daha dərin motiv də göz qabağındadır. Bu, İtaliyanın Azərbaycanın zəngin təbii qaz və neft ehtiyatlarının sabit tədarükünü təmin etmək istəyindən irəli gəlir. Qlobal qeyri-sabitlik nəzərə alınmaqla, enerji iqtisadi kontekstdən çıxır, həm də təhlükəsizlik və həyatda qalmaq məsələsinə çevrilir. Santajelo qeyd edir ki, bu, Meloninin Yaxın Şərqdə müharibə başlayandan bəri üçüncü əhəmiyyətli xarici səfəri olub. O, martın 25-də Əlcəzairə səfər edib, aprelin 3-də isə gözlənilmədən Körfəz ölkələrinə yollanıb və bu çərçivədə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər liderləri ilə görüşüb. Ekspertin fikrincə, bu, aydın bir strategiyanı ortaya qoyur: İtaliya sözün əsl mənasında enerji xəritəsini "yenidən çəkir", etibarlı tərəfdaşlar və yeni marşrutlar axtarır.

Digər italiyalı politoloq, Avropa araşdırmaları proqramının direktoru Stefano Braqiroli deyir ki, müasir çağırışlar Avropanı energetika və logistika sahələrində yeni, daha dayanıqlı əməkdaşlıq modelləri axtarmağa sövq edir.O qeyd edir ki, "Global Gateway" təşəbbüsü çərçivəsində Aİ təkcə enerji mənbələrini deyil, həm də nəqliyyat marşrutlarını diversifikasiya etməyə çalışır və bu kontekstdə Azərbaycan, sadəcə, resurs təchizatçısı deyil, sabit və etibarlı tərəfdaşlığı təmin etməyə qadir strateji tərəfdaş kimi çıxış edir: "Belə əməkdaşlıq Avropaya təkcə enerji təhlükəsizliyini gücləndirməyə deyil, həm də formalaşmaqda olan çoxqütblü sistemdə öz rolunu daha inamla qurmağa imkan verir".

Türk ekspert Mehmet Emir Aksoy da vurğulayır ki, son dövrlərdə Avropada artan enerji tələbatı və təchizat təhlükəsizliyi ilə bağlı müzakirələr "Cənub qaz dəhlizi"nin strateji əhəmiyyətini yenidən gündəmə gətirib. Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın ortaya qoyduğu yanaşma yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi baxımdan da mühüm məna daşıyır: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən "ortaq investisiya və uzunmüddətli zəmanət" vurğusu enerji əməkdaşlığının mahiyyətini dəyişməyə qadirdir. Azərbaycanın yanaşması klassik təchizatçı-istehlakçı münasibətlərini aşan yeni model təqdim edir. Bu günə qədər Avropa enerji siyasətini əsasən bazar şərtləri və qısamüddətli razılaşmalar üzərində qurub. Lakin qlobal proseslər göstərir ki, enerji təhlükəsizliyi yalnız kommersiya məsələsi deyil. Rəsmi Bakı tərəfindən irəli sürülən strateji çərçivə risklərinin bölüşdürülməsi və qarşılıqlı məsuliyyətlərin dəqiqləşdirilməsini nəzərdə tutur".

Ekspert onu da bildirir ki, TAP (Trans-Adriatik Qaz Boru Kəməri) layihəsinin genişləndirilməsi və Azərbaycan qazının Avropa bazarına daha böyük həcmdə çatdırılması Türkiyənin rolunu daha da artırır: "Türkiyə bu prosesdə yalnız tranzit ölkə deyil, enerji axınlarını yönləndirən və regional səviyyədə tarazlıq yaradan əsas aktorlardan biridir. Enerji xətlərinin Anadolu üzərindən keçməsi Ankaraya həm iqtisadi, həm də geosiyasi üstünlüklər qazandırır. Türkiyənin enerji mərkəzinə çevrilmək məqsədi bu proseslərlə daha real məzmun qazanır. Artan ötürmə qabiliyyəti, mənbələrin şaxələndirilməsi və genişlənən infrastruktur Türkiyəni regionun enerji xəritəsində əvəzolunmaz mövqeyə çıxarır. Bu həm Türkiyə, həm də Avropa üçün enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir".

Göründüyü kimi, Azərbaycan qazına Avropada artan tələbat fonunda enerji əməkdaşlığının yeni mərhələyə keçməsi məsələsi daha da aktuallaşıb. Prezident İlham Əliyev tərəfindən səsləndirilən mövqe isə bu prosesə yeni reallıq gətirir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

11:45
08 May

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər  

11:34
08 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

11:13
08 May

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

11:11
08 May

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

11:01
08 May

İndoneziyada vulkan püskürüb, ölənlər var

10:57
08 May

Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib

10:51
08 May

Uşaq əməyinin istismarı ilə bağlı 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

10:48
08 May

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb  

10:43
08 May

Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb 

10:39
08 May

Dünya birjalarında neft bahalaşıb

10:33
08 May

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

10:31
08 May

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 40-a çatdırılacaq

10:28
08 May

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib 

10:19
08 May

Azərbaycan nefti 105 dollara satılır

10:17
08 May

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:06
08 May

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

10:01
08 May

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

09:57
08 May

Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub

09:55
08 May

İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib

09:51
08 May

Səhnə onun həyatı, obrazlar isə taleyidir

09:50
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!