08 May 2026 09:20
146
İQTİSADİYYAT
A- A+
Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı

Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı


Sirr deyil ki,  beynəlxalq maliyyə institutları ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bu mənada İslam İnkişaf Bankı Qrupu (İİB) üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, infrastruktur layihələrinin maliyyələşdirilməsi və davamlı inkişafın təşviqi istiqamətində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlardandır. Ölkəmiz  müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq iqtisadi sistemə qoşulmağı əsas istiqamətlərdən biri kimi seçərək,  İİB Qrupu ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaradıb. Bu əməkdaşlığın Azərbaycanın islam dünyası ilə iqtisadi və siyasi münasibətlərinin möhkəmlənməsində əhəmiyyəti böyükdür.

Yoxsulluğun azaldılması, davamlı iqtisadi artımın təşviq edilməsi və regional inteqrasiyanın dəstəklənməsi məqsədilə yaranan,  nizamnamə kapitalı 100 milyard islam dinarı olan İİB 1975-ci ildən fəaliyyət göstərir. Baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir. Hazırda dünyanın 57 ölkəsi bankın üzvüdür.  Azərbaycan ilə İİB arasında əməkdaşlıq uzun illərə söykənir. Ölkəmiz  bu banka 1992-ci ildə üzv olub. O zamandan etibarən  müxtəlif sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində  bu bank mühüm rol oynayır. Bankın dəstəyi ilə indiyə kimi Azərbaycanda kənd təsərrüfatı, enerji, infrastruktur və su təsərrüfatı kimi sahələrdə çoxsaylı layihələr həyata keçirilib. İİB Qrupu tərəfindən maliyyələşdirilən layihələr ölkəmizin  iqtisadi inkişafında, regionların sosial rifahının yüksəldilməsində və neftdənkənar sahənin gücləndirilməsində müsbət nəticələr doğurub.

Qurumun bu günlər  Azərbaycanda səfərdə olan prezidenti Məhəmməd Əl-Casir bildirib ki, ümumilikdə İİB Qrupu indiyədək Azərbaycanda layihələrin maliyyələşdirilməsinə təqribən 1,8 milyard dollar ayırıb: "Tərəfdaşlıq Azərbaycanın 1992-ci ildə bankın səhmdarı olduğu vaxtdan bəri üç onillikdən çox bir dövrü əhatə edir. O vaxtdan İİB Qrupu kənd təsərrüfatı, energetika, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri də daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında 84 layihə üzrə təxminən 1,8 milyard dollar maliyyələşmə ayırıb". Qurum rəhbərinin dediyinə görə, layihələrin əksəriyyəti artıq başa çatıb: "Bununla belə hazırda 11 layihə icra mərhələsindədir və onların ümumi dəyəri 635,9 milyon dollar təşkil edir. Başa çatmış layihələrin bir çoxu müstəqil qiymətləndirmədən keçib və nəzərəçarpacaq, uzunmüddətli nəticələr nümayiş etdirib. Cari layihələrin də, xüsusilə kənd təsərrüfatı torpaqlarını su ilə təmin edən suvarma kanallarının inkişafı, ev təsərrüfatlarının təmiz suya çıxışının genişləndirilməsi, sanitariya sistemlərinin modernləşdirilməsi və ticarətin maliyyələşdirilməsi vasitəsilə biznesə dəstək hesabına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir".

Yeri gəlmişkən, mayın 6-da Prezient İlham Əliyev İİB sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən "yaşıl enerji", kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edilib. Bu xüsusda vurğulanıb ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard dollardan çox vəsait ayrılıb.

Görüşdə bankın bu il iyunun 16-dan 19-dək  Bakıda keçiriləcək illik toplantısına hazırlıq məsələləri də müzakirə olunub.  Qeyd edək ki, Azərbaycan İİB Qrupunun illik toplantısına  ikinci dəfə evsahibliyi edəcək. 2010-cu ildə ölkəmiz ilk dəfə İİB Qrupunun 35-ci illik toplantısının keçirildiyi məkan kimi seçilib. Bu nüfuzlu tədbirə növbəti dəfə evsahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələrini birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək. İİB Qrupunun 51-ci illik toplantısı inkişaf məsələləri üzrə dialoq üçün aparıcı qlobal platformalardan biri olacaq. Tədbirdə  maliyyə, iqtisadiyyat və planlaşdırma nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli nümayəndələri, özəl sektor rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri daxil olmaqla 2000-dən çox nümayəndənin iştirakı gözlənilir. Toplantının rəsmi mövzusu "Dayanıqlı rifah naminə regional inteqrasiya" elan olunub.

Toplantının gündəliyində yer alan əsas məsələlər və onun strateji əhəmiyyəti ilə bağlı baxışlar  İİB Qrupunun rəsmi bəyanatında daha geniş şəkildə öz əksini tapıb: "Birbaşa xarici investisiyalar və rəsmi inkişaf yardımı üzərində artan təzyiqlər fonunda "Dayanıqlı rifah naminə regional inteqrasiya" mövzusu İİB Qrupunun 2026-2035-ci illəri əhatə edən onillik strateji çərçivə proqramına uyğundur və regional əməkdaşlığın dayanıqlı uzunmüddətli artımın əsas hərəkətverici qüvvəsi kimi rolunu vurğulayır. İqtisadi, sosial və infrastruktur əlaqələrini gücləndirməklə, illik toplantı iştirakçıları üzv ölkələrdə xarici şoklara daha dayanıqlı inkişaf modeli və inklüziv rifahın formalaşdırılması yollarını müzakirə edəcəklər".

Ümumilikdə İİB Qrupunun  illik toplantıları  beynəlxalq iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində və üzv ölkələrin dayanıqlı inkişaf hədəflərinə çatmasında mühüm rol oynayan strateji bir platformadır. Toplantıların əsas məqsədi İslam dünyasında davamlı inkişafın təmin olunması, yoxsulluğun azaldılması, infrastruktur layihələrinin maliyyələşdirilməsi və üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın gücləndirilməsidir. Bu çərçivədə bankın ötən bir il ərzində həyata keçirdiyi fəaliyyətlər təhlil olunur, yeni layihə istiqamətləri müəyyənləşərək, gələcək əməkdaşlıq imkanları müzakirəyə çıxarılır. 

Reallaşdırılan işlər, tədbirlər və əldə olunan nəticələr göstərir ki, əməkdaşlıq yalnız cari layihələrin icrası ilə məhdudlaşmır, eyni zamanda daha geniş strateji məqsədlərə xidmət edir. İllər keçdikcə daha da genişlənən bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin möhkəmlənməsinə, regionların sosial-iqtisadi inkişafına və yeni strateji layihələrin reallaşmasına şərait yaradır. Bu mənada İİB ilə əməkdaşlıq gələcək inkişaf perspektivləri baxımından da böyük əhəmiyyət kəsb edir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

11:45
08 May

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər  

11:34
08 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

11:13
08 May

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

11:11
08 May

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

11:01
08 May

İndoneziyada vulkan püskürüb, ölənlər var

10:57
08 May

Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib

10:51
08 May

Uşaq əməyinin istismarı ilə bağlı 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

10:48
08 May

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb  

10:43
08 May

Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb 

10:39
08 May

Dünya birjalarında neft bahalaşıb

10:33
08 May

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

10:31
08 May

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 40-a çatdırılacaq

10:28
08 May

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib 

10:19
08 May

Azərbaycan nefti 105 dollara satılır

10:17
08 May

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:06
08 May

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

10:01
08 May

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

09:57
08 May

Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub

09:55
08 May

İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib

09:51
08 May

Səhnə onun həyatı, obrazlar isə taleyidir

09:50
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!