04 İyul 2025 20:49
650
SİYASƏT
A- A+
Xankəndi zirvəsində İƏT-in orta və uzunmüddətli inkişaf prioritetləri müəyyən edildi

Xankəndi zirvəsində İƏT-in orta və uzunmüddətli inkişaf prioritetləri müəyyən edildi



Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə uğurla ev sahibliyi etdi. Toplantının Xankəndi şəhərində baş tutmasının xüsusi əhəmiyyəti var. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə yüksək səviyyəli beynəlxalq toplantıların keçirilməsi artıq ənənə halını alıb. Açılış mərasimində Prezident İlham Əliyev də Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü, həmçinin bu ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü xüsusi qeyd etdi.

Bu vacib toplantının məhz Xankəndidə keçirilməsi siyasi nöqteyi-nəzərdən əhəmiyyətlidir. Bu, Azərbaycanın qələbəsinin İƏT platformasından təqdimatı və ölkəmizin növbəti diplomatik uğuru oldu. Zirvə görüşündə uğurla həyata keçirilən bərpa quruculuq prosesinə diqqət çəkən dövlət başçımız həmçinin Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması məsələsini də gündəmə gətirdi. İƏT platformasından da bəyan olundu ki, Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Məlum olduğu kimi, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın ən fəal təmsil olunduğu qurumlardandır. Təşkilatın əsas məqsədi ortaq din və mentalitet birliyi olan üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirildi. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edildi. Yeri gəlmişkən, ECO-nun Tədqiqat Mərkəzi də Azərbaycanda yerləşəcək. Dövlət başçımız Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlərin davam etdiyini diqqətə çatdırdı. Həmçinin 2026-cı il Şuşa şəhəri “ECO-nun Turizm paytaxtı” elan edilib.

İƏT-in 17-ci Zirvə görüşündə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün səmərəli müzakirələr aparıldı. Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti əlaqələri genişləndirməyə zəmin yaradır. Zirvə görüşündə də bəyan olundu ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir.

İƏT-ə üzv ölkələr həm də nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır. Belə ki, Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən ECO-ya üzv ölkələrin əksəriyyəti istifadə edir.

Xankəndi zirvəsi münaqişə və mübahisələrin əksər hissəsinin məhz İƏT-ə üzv ölkələrin ərazisində baş verdiyi bir vaxtda keçirildiyindən dialoq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Liderlər də bir daha bəyan etdi ki, sülh və inkişafın bünövrəsi iqtisadi əməkdaşlığa söykənir. Bu mənada üzv ölkələrin təşkilat daxilində tərəfdaşlığı zərurətə çevrilib. Qarşıdakı 10 ildə İƏT-in 2035-ci ilə qədər yeni strateji məqsədləri də təşkilat daxilində həmrəyliyin möhkəmlənməsini nəzərdə tutur.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!