Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
Mayın 7-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova görkəmli yazıçının həyat və fəaliyyətindən danışıb, onun tarixi şəxsiyyət kimi Azərbaycanın müstəqilliyi yolunda böyük xidmətlərinin olduğunu vurğulayıb.
Sonra İsmayıl Şıxlının anadan olmasının 105 illiyinə həsr olunmuş videoçarx nümayiş edilib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında İsmayıl Şıxlının yaradıcılığının çox zəngin olduğunu bildirib. Qeyd edib ki, Xalq yazıçısının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazılmış, roman janrının ən uğurlu nümunəsidir. "İsmayıl Şıxlının yazıçı kimi şöhrət qazanmasında "Dəli Kür" əsərinin rolu böyükdür. Görkəmli yazıçı romanın üzərində illərlə çalışıb. O, əsərdə XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərdən geniş şəkildə bəhs edib. Əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük önəm daşıyır", - deyə deputat diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli, Dədə Qorqud Vəqfinin rəhbəri, “Azərbaycan dünyası” jurnalının təsisçisi və baş redaktoru, Yeditəpə Universitetinin fəxri doktoru Eldar İsmayıl, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko və digərləri ədibin zəngin yaradıcılığından söhbət açaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar. Natiqlər İsmayıl Şıxlının çox nümunəvi həyat yolu keçdiyini, xalqımızın tarixində dərin iz və zəngin irs qoyduğunu vurğulayıblar. Bildirilib ki, ədibin ömrü, yaradıcılığı, insani keyfiyyətləri hər bir Azərbaycan vətəndaşı üçün örnək ola bilər.
Qeyd edilib ki, martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105-ci ildönümü tamam olub. Ədəbiyyat tariximizə “Dəli Kür”, “Ölən dünyam” kimi bənzərsiz romanlar bəxş etmiş İsmayıl Şıxlı həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqillik hərəkatında müstəsna fəaliyyət göstərib, fəal ictimai-siyasi xadim olub.
Sonda çıxış edən ədibin oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı atasının ömür yolundan bəhs edib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək ...
19 May
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür ...
19 May
Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May
Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan...
19 May
Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir
19 May
Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyin...
19 May
Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə...
19 May
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
19 May
Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir ...
19 May
Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb ...
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!