20 Fevral 2026 08:35
300
İQTİSADİYYAT
A- A+
WUF niyə Bakını seçib?

WUF niyə Bakını seçib?


Ölkəmizin müasir şəhərsalma təcrübəsi artıq sərhəd tanımır


Bu gün dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və BMT-nin proqnozlarına görə, yaxın onilliklərdə bu göstərici daha da artacaq. Sürətli urbanizasiya isə özü ilə həm böyük imkanlar, həm də ciddi problemlər  gətirir: iqlim dəyişmələri, sosial bərabərsizlik, nəqliyyat sıxlığı və ekoloji tarazlığın qorunması kimi məsələlər artıq qlobal gündəliyin əsas mövzularındandır.

Bəs  gələcəyin şəhərləri necə olacaq? Daha  "yaşıl", daha inklüziv və daha dayanıqlı şəhərlər qurmaq mümkündürmü? Məhz bu suallara cavab tapmaq üçün BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF)  22 ildir dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını  vaxtaşırı bir araya gətirir və urbanizasiyanın gələcəyini formalaşdıran əsas ideyaların müzakirə meydanına çevrilir. Forum BMT-nin İnsan Məskunlaşmaları Proqramı (UN-Habitat) tərəfindən təşkil olunur və şəhərlərin davamlı inkişafı sahəsində dünyanın ən böyük və ən nüfuzlu platformalarından hesab edilir. 

Bu qlobal dialoqun əsası artıq iki onillikdən çoxdur ki, qoyulub və şəhərsalma sahəsində aparıcı beynəlxalq platformaya çevrilib. Buradaca qeyd edək ki, I Ümumdünya Şəhərsalma Forumu (WUF1) 2002-ci il  aprelin 29-dan mayın 3-nə kimi Keniyanın Nayrobi şəhərində keçirilib. WUF1-in  ilk sessiyasının mövzusu "Davamlı şəhərləşmə" olub. Gözləniləndən iki dəfə çox iştirakçının qeydiyyatdan keçməsi ilə birinci forum bir həftəlik uğurlu müzakirələrdən sonra başa çatıb. Merlərdən tutmuş gecəqondu sakinlərinə qədər - təxminən 80-dən çox ölkədən 1200-ə yaxın nümayəndə toplantıda iştirak edib.

İlk forumun məhz Keniyanın paytaxtı Nayrobidə keçirilməsi təsadüfi deyildi. Şəhər  UN-Habitat-ın  baş qərargahının yerləşdiyi məkandır. Qurumun mənzil-qərargahının Afrikada yerləşməsi özü-özlüyündə simvolik məna daşıyır. Sürətli urbanizasiya, qeyri-rəsmi yaşayış məntəqələrinin artımı və sosial infrastruktur çatışmazlığı kimi problemlər ən kəskin şəkildə məhz inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.  Nayrobi isə bu problemlərin  real nümunəsini təqdim edən şəhərlərdən biridir. Bununla yanaşı, forumun Afrikada təşkili qlobal şəhər gündəliyinin yalnız inkişaf etmiş ölkələrin deyil, həm də Cənub ölkələrinin prioritetlərini əhatə etdiyini göstərirdi. Bu seçim urbanizasiya məsələlərinin qlobal xarakter daşıdığını və onların həllinin coğrafi sərhədlər tanımadığını nümayiş etdirirdi.  Tədbirin Keniyada keçirilməsi  həm də inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin daha fəal iştirakına və problemlərin yerində müzakirəsinə imkan yaratdı. Beləliklə, ilk forumun Nayrobidə keçirilməsi qərarı həm təşkilati baxımdan məntiqli, həm də siyasi və simvolik baxımdan əhəmiyyətli idi. 

Lakin forumun əhəmiyyəti təkcə harada keçirilməsi ilə məhdudlaşmırdı. Əsas məsələ burada hansı ideyaların və həll yollarının müzakirəsi idi. WUF,  əslində, təkcə nəzəri müzakirə platforması deyil. O, konkret siyasi tövsiyələrin hazırlanmasına, qabaqcıl təcrübələrin paylaşılmasına və dayanıqlı şəhər modellərinin təşviqinə xidmət edir. İndiyə kimi keçirilən bütün forumların gündəliyində, adətən, inklüziv şəhər idarəçiliyi, sosial ədalət, iqlimə davamlı infrastruktur, "ağıllı şəhər" texnologiyaları, əlçatan nəqliyyat sistemləri və "yaşıl enerji" kimi məsələlər yer alıb. Şəhərlərin planlaşdırılmasında insan amilinin ön plana çəkilməsi, ictimai məkanların genişləndirilməsi, həssas qruplar üçün bərabər imkanların yaradılması və ekoloji tarazlığın qorunması forumun əsas çağırışları sırasındadır. Bu yanaşma şəhərlərə yalnız iqtisadi baxımdan deyil, sosial və ekoloji aspektdən də baxmağı tələb edir.

Şəhərsalma forumunda müxtəlif regionların təcrübələrinin qarşılaşdırılması da tədbirin əhəmiyyətindən xəbər verir. İnkişaf etmiş ölkələrin texnoloji yenilikləri ilə inkişaf etməkdə olan dövlətlərin sosial təşəbbüsləri arasında körpü yaradılır. Çünki şəhərsalma siyasətində vahid model yoxdur. Hər şəhərin özünəməxsus tarixi, coğrafi və sosial xüsusiyyətləri var. Lakin ortaq məqsəd dəyişməz qalır: insan üçün daha təhlükəsiz, əlçatan və dayanıqlı şəhər mühiti formalaşdırmaq.

Azərbaycan üçün də WUF mühüm əhəmiyyət daşıyır. Son illər ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış massivlərinin salınması və şəhərlərin abadlaşdırılması urbanizasiya prosesinin sürətləndiyini göstərir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi beynəlxalq təcrübənin öyrənilməsini və qlobal platformalarda fəal iştirakı zəruri edir. Bu baxımdan, forum həm təcrübə mübadiləsi, həm də yeni tərəfdaşlıqların qurulması üçün əlverişli imkan yaradacaq.

Məhz bu kontekstdə WUF13-ün bir neçə ay sonra - mayın 17-22-də Bakı şəhərində keçirilməsi ölkənin şəhərsalma siyasətinə verilən beynəlxalq qiymət kimi dəyərləndirilir. Bu qərar Azərbaycanın şəhərsalma, infrastrukturun modernləşdirilməsi və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi təşəbbüslərin qlobal səviyyədə diqqət çəkdiyini göstərir. Forumun Bakıda təşkili ölkəni urbanizasiya məsələlərinin müzakirə olunduğu əsas beynəlxalq platformalardan birinin mərkəzinə çevirəcək.

WUF13-ün Bakıda keçirilməsi bir neçə baxımdan əhəmiyyətlidir. İlk növbədə Azərbaycanın Cənubi Qafqaz regionunda artan rolunu və beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübəni nümayiş etdirir. Bu qlobal tədbir ölkənin postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma layihələrini beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm imkan yaradacaq. İşğaldan azad olunmuş ərazilərdə qurulan yeni yaşayış məntəqələri, müasir infrastruktur və rəqəmsal mexanizmlərin tətbiqi dayanıqlı şəhər modellərinin praktik nümunəsi kimi təqdim oluna bilər.

Digər tərəfdən, forumun Bakıda təşkili Azərbaycan üçün yalnız imic məsələsi deyil, həm də strateji əməkdaşlıq platformasıdır. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrinin, şəhər rəhbərlərinin, ekspertlərin və investorların iştirakı yeni tərəfdaşlıqların qurulmasına, texnologiya transferinə və investisiya imkanlarının genişlənməsinə şərait yaradacaq. Bu isə ölkənin şəhərsalma siyasətinin beynəlxalq standartlara uyğun inkişafına əlavə təkan verə bilər.

Tədbirin Bakıda keçirilməsi Azərbaycanın şəhərsalma sahəsindəki öncül rolunu dünyaya nümayiş etdirməsi baxımından da əhəmiyyətlidir. Forum iştirakçı ölkələrə ötən illərdə əldə olunmuş təcrübələri paylaşmaq, uğurlu yanaşmaları müzakirə etmək və gələcək üçün innovativ həll yolları tapmaq imkanı yaradacaq. Azərbaycan üçün  WUF13 təkcə qlobal şəhərsalma gündəliyində mövqeyini möhkəmləndirmək deyil, regionda dayanıqlı, inklüziv və "ağıllı şəhər" modellərinin tətbiqini təşviq etmək üçün əvəzsiz platformadır.

Beləliklə, beynəlxalq forumun  paytaxtımızda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya gündəliyində fəal iştirakının göstəricisidir. Bu tədbir ölkənin şəhərlərinin gələcəyinə dair baxışını beynəlxalq səviyyədə təqdim etmək, üstəlik də digər dövlətlərin təcrübəsindən yararlanmaq üçün mühüm mərhələdir. 13-cü forum həm regional, həm də qlobal miqyasda Azərbaycanın mövqeyini  gücləndirən strateji hadisə kimi qiymətləndirilə bilər.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heç bir təxribat Azərbaycanı öz yolundan döndərə bilməz

19:57
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

17:08
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

17:08
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dadaş Dadaşov Bərdədə torpağa tapşırılıb  

17:06
20 Fevral

Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşların müraciətlərini dinləyib  

17:05
20 Fevral

Turistləri daşıyan avtomobil Baykal gölündə buzun altına düşüb

17:03
20 Fevral

Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə görüş nəticəsiz yekunlaşıb

17:01
20 Fevral

Kənd təsərrüfatı naziri Ucarda vətəndaşların müraciətlərini dinləyib  

16:59
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində birinci panel müzakirə keçirilib  

16:58
20 Fevral

Pakistanlı ekspert: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji seçimdir 

16:57
20 Fevral

ATƏT PA iclasında 907-ci düzəlişin ləğvinə dəstək çağırışı edilib  

16:41
20 Fevral

Deputat: Azərbaycanın Sülh Şurasındakı iştirakı ölkəmizin yeni geosiyasi reallıqlar yaratmaq qüdrətinin təsdiqidir  

16:41
20 Fevral

Media: Ukrayna Avropa İttifaqına üzvlük üçün ərazi güzəştlərinə gedə bilər  

16:31
20 Fevral

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib 

16:23
20 Fevral

Birinci Qarabağ müharibəsinin şəhidi Şəmkirdə dəfn edilib

16:12
20 Fevral

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

16:12
20 Fevral

Qazaxıstanda TDT ölkələri iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclası keçirilib  

16:09
20 Fevral

Murovdağ silsiləsində itkin düşən şəhid Hidayət Vəliyev Bərdədə torpağa tapşırılıb  

16:01
20 Fevral

ATƏT PA sessiyasında Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verilib  

15:53
20 Fevral

Romada müsəlmanlar, xristianlar və yəhudilər birgə iftar edəcəklər

15:44
20 Fevral

Xocavəndə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2  

15:32
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!