11 May 2025 08:35
650
SİYASƏT
A- A+
Vyetnam Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir

Vyetnam Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir


"Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərini rəsmi Hanoyla Bakı arasında münasibətlərdə yeni mərhələ kimi dəyərləndirə bilərik. Son bir ayda Asiyanın əsas dövləti olan Çinlə Azəbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, ardınca bu regionun ən sürətlə inkişaf edən ölkələrindən sayılan Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın xarici siyasətinin Asiya istiqamətində yeni istiqamətləri göstərir. Nəzərə alsaq ki, bu gün Cənub-Şərqi Asiya dünyanın yeni güc mərkəzidir və bu bölgənin də Azərbaycana marağı səbəbsiz deyil. Azərbaycan güclü, etibarlı tərəfdaş kimi diqqət mərkəzindədir".

Bunu "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Azərbaycanın hər zaman Vyetnama dəstək verdiyini deyən deputatın sözlərinə görə, hələ sovetlər dönəmində bu ölkənin ilk prezidenti Ho Şi Minin Azərbaycana səfəri, Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri o zaman SSRİ-nin tərkibində olmasına baxmayaraq, Vyetnam Azadlıq Müharibəsində və Vyetnamın birləşməsi prosesində Azərbaycanın göstərdiyi dəstək hər zaman yüksək qiymətləndirilib.

Nigar Məmmədova qeyd edib ki, Vyetnam xalqı da Azərbaycan xalqı kimi uzun illər təcavüzün, müharibə cinayətlərinin qurbanı olub, amma buna baxmayaraq, öz haqlarını tələb edərək bu mübarizədə qalib olmağı, ərazi bütovlüyü və suverenliyini təmin etməyi bacarıb.

Azərbaycanla Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın perspektivlərini genişləndirməkdədir. "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat" isə Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Rəsmi Bakı hesab edir ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.

Vyetnam həm də "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərində çox maraqlıdır.  Bu barədə danışan Nigar Məmmədova bildirib ki, coğrafi baxımdan iki ölkə arasında məsafənin uzun olmasına baxmayaraq, tərəflər nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdırmaq imkanlarını dəyərləndirməkdə qərarlıdırlar. İki ölkə həmçinin müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmaq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətləri inkişaf etdirmək barədə razılığa gəlib.

To Lamın səfəri zamanı bir daha aydın oldu ki, Azərbaycanla Vyetnam arasında hər hansı fikir ayrılığı yoxdur. Əksinə, tərəflər bütün məsələlərlə bağlı vahid mövqedən çıxış edir. Bu da qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!