31 İyul 2025 12:14
588
SİYASƏT
A- A+
Vüqar Rəhimzadə: Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi tanınır  

Vüqar Rəhimzadə: Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi tanınır  


Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan hər bir əlamətdar tarixi, günü Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı  yeni reallıqlar fonunda qeyd edir. Bu baxımdan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin hər bir qərarı, imzaladığı hər bir Fərman və Sərəncam bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addımların əsas tərkib hissəsidir. Nəzərə alsaq ki, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği  dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə mühüm çağırışlar sırasında olub, bu halda onun əsas tərkib hissələrindən olan dilimizin qorunmasına yönələn  addımların əhəmiyyətinin daha  aydın şəkildə  özünü nümayiş etdirdiyini görə bilərik. Məlum olduğu kimi, hər il 1 avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin  9 avqust 2001-ci il  tarixli Fərmanına əsasən təsis edilib. Bu Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu nəzərə alınaraq  imzalanıb. Ümumilikdə, Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərdi. 1978-ci il aprelin 2-də IX  çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alındı. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu. Hakimiyyətinin hər iki dövründə Ulu Öndərin  ana dili siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Ümummilli Lider Azərbaycan dilinin inkişaf etdirilməsini və saflığının qorunmasını qarşıya əsas məsələ kimi qoydu. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili Ulu Öndər Heydər Əliyevin “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir” fikirlərini önə çəkərək qeyd edib ki, Ümummilli Liderin 1970-1980-ci illərdə milli dil sahəsində apardığı  fəal siyasət Azərbaycanda  milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini  sürətləndirdi. Bu siyasət, eyni zamanda, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik  qazanmağa hazırladı.

Vüqar Rəhimzadə  vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni tarixi şəraitə  uyğun olaraq Azərbaycan dilinə göstərdiyi  diqqət və qayğı siyasi, eyni zamanda, praktiki baxımından  fərqləndi. Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində  Azərbaycan dili dövlətlərarası münasibətlərdə, diplomatik danışıqlarda istifadə edildi,  dahi rəhbərin öz ana dilinə məhəbbəti, bağlılığı hər bir addımında  özünün aydın ifadəsini tapdı. Onun artıq dillər əzbəri olan “Hər bir insan üçün onun milli mənsubiyyəti  onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi. Ulu Öndərin dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, səsləndirdiyi çağırışlar bütün dövrlərdə yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amil oldu. Ümummilli Lider bildirirdi ki, xalqı xalq, milləti millət edən onun ana dilidir.

Milli Məclisin deputatı bildirib ki, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Prezident İlham Əliyevin “Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” fikirləri Ulu Öndər Heydər Əliyevin dilimizə qayğısının aydın ifadəsini yaradır. Ümummilli Liderin ana dilimizin qorunması istiqamətində atdığı  addımlar bu gün də  uğurla davam etdirilir.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin  2004-cü ildə  imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. 2004-cü ildə, eyni zamanda, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncam imzalandı. 2007-ci ildə imzalanan “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında» Sərəncam ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqini gerçəkləşdirdi.  Prezident İlham Əliyevin  2013-cü ildə imzaladığı  Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”  ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik sahəsində  araşdırmaların yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçilik sahəsinin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. 

Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması istiqamətində imzaladığı sənədlər sırasında  1 noyabr 2018-ci il tarixli  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı xüsusi qeyd edib. Bildirib ki, ümumiyyətlə, ölkəmizdə dövlət dili daim diqqət mərkəzindədir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdı.

Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi  tanınır. Xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqi olan tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda qarşımızda mühüm çağırışlar dayanır. Gənclərimiz hər zaman vətənpərvərlik ruhunda tərbiyə olunmalı, tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi təbliğ və inkişaf etdirməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!