13 Oktyabr 2025 21:27
752
DÜNYA
A- A+
Volodimir Zelenski həftə ərzində Donald Trampla görüşəcəyini təsdiqləyib  

Volodimir Zelenski həftə ərzində Donald Trampla görüşəcəyini təsdiqləyib  


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşünü təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Zelenski bunu Kiyevdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla birgə mətbuat konfransında söyləyib.

“Mən bu həftə Vaşinqtonda Prezident Trampla görüşəcəyəm. Düşünürəm ki, Trampa təklif etmək istədiyim addımların ardıcıllığını müzakirə etməliyik”, - deyə Zelenski bildirib.

Zelenski oktyabrın 17-də Vaşinqtona gedə biləcəyinə ümid edir.

“Mənim üçün vacib olan başqa görüşlərim də var. Bəzi hərbi layihələr önəmlidir. Bu məsələ ilə bağlı təfərrüatları bölüşə bilmərəm”, - deyə Prezident vurğulayıb.

Ukrayna Prezidenti, həmçinin senatorlar və Konqres üzvləri ilə görüşlərinin planlaşdırıldığını söyləyib.

“Əsas mövzu hava hücumundan müdafiədir. Yeri gəlmişkən, mənim enerji şirkətlərinin nümayəndələri ilə də görüşüm olacaq. Bu lazımdır, Prezident Trampın təklifi idi. Mənim konkret hərbi şirkətlərlə də görüşlərim olacaq, çünki konkret ehtiyaclar var ki, indi müxtəlif formatlarda həll olunur. Əsas mövzular hava hücumundan müdafiə və Rusiyaya təzyiq göstərmək üçün uzaq məsafəli imkanlarımızdır”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi qulluqçumuz uzun sürən ağır xəstəlikdən vəfat edib

10:59
24 Noyabr

Ötən gün 57 cinayətin açılması təmin olunub

10:51
24 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:01
24 Noyabr

Azərbaycan nefti 94 dollara satılır

10:00
24 Noyabr

Neptundan kənarda Yerdən iki dəfə böyük planet mövcud ola bilər – Araşdırma

09:56
24 Noyabr

Birjalarda neft ucuzlaşıb

09:53
24 Noyabr

Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib  

09:51
24 Noyabr

Hörmüz boğazında üç neft tankeri minaya düşərək alovlanıb

09:49
24 Noyabr

Antibiotiklərdən düzgün istifadə sağlam həyatın təminatıdır

09:45
24 Noyabr

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

09:40
24 Noyabr

Qışdır, soyuqdur deyib istirahətinizi yaya saxlamayın

09:35
24 Noyabr

Tarixi keçmişdən soraq verən memarlıq abidəsi 

09:30
24 Noyabr

Gördü, sevdi, seçdi

09:25
24 Noyabr

Goranboyda pambıq istehsalı məhsuldarlıq hesabına artır

09:20
24 Noyabr

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

09:15
24 Noyabr

Mehmandarov - cümhuriyyət ordusunun qurucusu

09:10
24 Noyabr

Son nəfəsədək Vətən uğrunda...

09:05
24 Noyabr

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!