Vladanka Andreeva: Paris Sazişinin hədəflərinə çatmaq üçün daha iddialı vədlərə və qətiyyətli addımlara ehtiyacımız var
Paris Sazişinin hədəflərinə çatmaq üçün daha iddialı vədlərə və qətiyyətli addımlara ehtiyacımız var.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə deyib.
V.Andreeva emissiya balansını sıfıra aparan yolu təşviq edən 2030-cu il hədəflərinə çatmaq üçün ölkələrin milli səviyyədə müəyyən edilmiş daha böyük və iddialı töhfələr verməli olduğunu diqqətə çatdırıb.
Tədbirin açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək etimadı bərpa etmək, fəaliyyətləri gücləndirmək və Paris Sazişində verilən vədləri tam şəkildə yerinə yetirmək üçün qlobal tərəfdaşlığın vacib olduğunu qeyd ediblər.
"COP26 - hər kəs üçün parlaq gələcəyin təminatı" tədbiri dövlət qurumları, diplomatik missiyalar, özəl sektor, vətəndaş cəmiyyəti və mediadan 80-ə yaxın iştirakçını bir araya gətirib. Onlar iqlim dəyişikliyi ilə mübarizədə hökumət, vətəndaş cəmiyyəti və özəl sektorun rolunu müzakirə ediblər. İştirakçılar bir çox ölkənin pandemiyadan zərər çəkmiş iqtisadiyyatlarını yenidən qurduğu bir vaxt "yaşıl bərpa" yollarına dair fikir mübadiləsi aparıblar.
Açılış sessiyasının ardınca hökumət, vətəndaş cəmiyyəti və özəl sektor mütəxəssislərinin, həmçinin İtaliyanın Milan şəhərində COP26 öncəsi konfransa qatılmış azərbaycanlı gənc fəalın iştirakı ilə panel müzakirələri keçirilib. Onlar COP26-nın dörd məqsədinə nail olmaq yollarına dair fikir mübadiləsi aparıblar. COP26-nın məqsədləri: 2059-ci ilədək emissiya balansını sıfıra endirmək və qlobal istiləşməni 1.5 dərəcə ətrafında saxlamaq; icmaları və təbii yaşayış yerlərini qorumaq; maliyyə resurslarını səfərbər etmək; məqsədlərə çatmaq üçün birgə fəaliyyət göstərməkdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Laçındakı xalçaçılıq mərkəzində ilk xalça - “Qasımuşağı” çeşnisi toxunub
29 Aprel
NATO-nun Baş katibi: Ukraynaya “Patriot” batareyaları verilməsi prioritet məsələdir
29 Aprel
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərəcək
29 Aprel
Dondurulmuş çörək faydalıdırmı?
29 Aprel
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!