02 May 2024 19:09
180
SİYASƏT
A- A+

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

 

Mayın 2-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Koventri Universitetinin İnam, Sülh və Sosial Münasibətlər Mərkəzinin təsisçi direktoru, professor Mayk Hardinin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin mühüm fikirlərini əks etdirdiyi çıxışına və mədəniyyətlərarası dialoqa göstərdiyi xüsusi dəstəyə görə minnətdarlığını bildirib.

"Biz Forum çərçivəsində keçirilən tədbirlərdə daha inklüziv dünya və sülh yaratmaq üçün ən önəmli mövzuları müzakirə etdik. Bunlardan mədəniyyət və irs, təhsil, və texnologiya, din, miqrasiya, gənclərin proseslərə cəlb olunmaları və turizmin mədəniyyətlərarası dialoqa təsirini nümunə göstərə bilərik”, - deyə nazir qeyd edib.

Forumda COP29-la bağlı önəmli mesajların çatdırıldığını bildirən A.Kərimli deyib: “Bizim əsas məqsədimiz mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həllində önəmli yer tutmasıdır. Daha güclü və dayanıqlı gələcək üçün dəyişikliklər etməliyik".

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, Forumda iştirak edənlər bu sahədə maraqlı olduqlarını bir daha göstəriblər.

“Forum işini bitirdi və biz hamımız özümüzdə məsuliyyət hiss edirik. Ona görə ki, biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik. Elm, təhsil və mədəniyyət sahələrində apardığımız fəaliyyət mühüm əhəmiyyətə malikdir. Əməkdaşlıq dəyərlərinə sadiq olmağa çalışırıq”.

Ümumdünya Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Uroşeviç deyib ki, turizm bütün sahələr üzrə ən vacibidir. "Biz prioritetləri müəyyən etməkdə maraqlı olmalıyıq. Turizm sahəsində müqavilənin bağlanılması və həyata keçirilməsi ilə bağlı düşüncələrimiz var”, - deyə o əlavə edib.

İcraçı direktor, həmçinin qeyd edib ki, gəncləri dinlənilməli, onların fikir və düşüncələrinə önəm verilməlidir. Gələcək gəncləri dinləmədən reallaşa bilməz. Çünki gənclər bizim gələcəyimizdir.

BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) direktoru xanım Nihal Saad Forumda iki gün ərzində maraqlı müzakirələrin aparıldığını diqqətə çatdırıb.

“Bu Forumdakı mövzular aktuallığı ilə yadda qaldı. Forum növbəti uğura çevrildi. Mədəniyyətin iqlim dəyişikliyi sahəsində rolu böyükdür. Forumun bəşəriyyətin sivilizasiyasında vacib yer tutduğunu düşünürəm. Tədbirdə qlobal çağırışlar da edildi”, - deyə N.Saad vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video