04 İyun 2024 09:15
664
CƏMİYYƏT
A- A+
Vətənpərvərlik hissləri ləyaqətin təntənəsidir

Vətənpərvərlik hissləri ləyaqətin təntənəsidir

 

Qoynunda dünyaya göz açdığımız və ömür sürdüyümüz Vətən torpaqlarını qorumaq hamının müqəddəs borcudur. Çünki Vətən uludan ulu olan  babalarımızın bizə ən qiymətli əmanətidir. Onlar bu torpaqları yadelli işğalçılardan göz bəbəkləri kimi qoruyaraq gələcək nəsillərə yetirmişlər. Bu çətin və şərəfli yolda igidlik və qəhrəmanlıqlar göstərmişlər. Ona görə də tariximizin hansı səhifəsini vərəqləsək, orada babalarımızın igidlik və qəh-rəmanlıqlarını görürük və daim bununla fəxr edirik.
Vətənə, torpağa məhəbbət hər birimizin qəlbində kiçik yaşlarından yaranır. Böyüdükcə, yaşa dolduqca formalaşan vətənpərvərlik hissləri daim qəlbimizdə cövlan edir. Bu ülvi hiss yurdumuzu sevməyə, bizi onun uğrunda mübarizəyə hazır olmağa sövq edir. Vətənpərvərlik insanın Vətəninə sevgisindən və sədaqətindən yaranır. Hər bir ölkənin sabahı onun vətəndaşlarının milli ruha və kökə dərindən bağlılığından, ən əsası isə vətənpərvərliyindən asılıdır. Azərbaycan xalqının vətənpərvər, torpaq  uğrunda mübarizəyə, döyüşə hazır olan övladları bütün zamanlarda vətəndaşı olduğu ölkənin çətin və keşməkeşli günlərində öz sözlərini deyiblər.
 Vətən sevgisi, yurd sevgisi bütün dövrlərdə vətənpərvər insanları bir məslək, bir amal ətrafında birləşdirib. Vətənə məhəbbət hər kəsin torpağa qəlbən, ruhən mənəvi bağlılığı deməkdir. Bu mənəvi bağlılıq zaman-zaman insanları zəfərlərə qovuşdurur. Onu daim igidliyə, qəhrəmanlığa, uğurlu sabahlara səsləyir. Vətənpərvərlik hisslərinin tarixi kökündə min illər boyu yaşanıb möhkəmlənmiş, torpağına, dilinə və adət-ənənələrinə bağlanmış ülvi duyğular dayanır. 
Ulu Öndər Heydər Əliyev vətənpərvərlik hissini yüksək dəyərləndirərək çox müdrikcəsinə demişdir: "Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirmək təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir".
Vətəni qoruyanda, sevəndə Vətən olur, deyirlər. Ulularımız da vətənpərvər olublar, Vətənə sonsuz məhəbbət bəsləyiblər. Qəlbən, ruhən hər zaman yurda bağlı olan əcdadlarımız Azərbaycan uğrunda döyüşüblər, vuruşublar, daim mübarizə aparıblar. Həmişə də zəfər və qələbə qazanıblar. 
Bugünkü nəsillər də babaların şərəf dolu döyüş yollarını uğurla davam etdirərək yurdumuzu göz bəbəkləri kimi qoruyurlar. Qəhrəmanlıqdan və igidlikdən yoğrulmuş vətənpərvərlik ənənələrini şərəflə davam etdirirlər. Cəsarətləri ilə qəhrəmanlıq tariximizə yeni səhifələr yazırlar. 2016-cı il aprelin 1-də erməni işğalçıları yurdumuza hücum çəkəndə vətənpərvər oğullarımız bir göz qırpımında silaha sarılaraq torpaqlarımızın müdafiəsinə atıldılar. Vətənimizin mərd övladları misilsiz igidlik göstərərək düşməni geri oturtdular. Dörd gün davam edən uğurlu döyüşlər nəticəsində erməni işğalçılarına sarsıdıcı zərbələr vuruldu.
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda vətənpərvər oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək yurdumuzun xilasına, müdafiəsinə atıldılar. Ürəyi Vətən eşqi ilə döyünən cəsur döyüşçülərimiz müharibənin elə birinci günündən erməni işğalçılarına sarsıdıcı zərbələr vurdular. 30 ilə yaxın davam edən işğala 44 gün ərzində son qoyuldu. Ali Baş Komandan-ordu-xalq birliyi, bərabərliyi öz sözünü dedi. Erməni işğalçıları üzərində tarixi qələbə qazanıldı. Bu qələbə rəşadətli Azərbaycan Ordusunun, qətiyyətli Ali Baş Komandan İlham Əliyevin və milli-mənəvi dəyərləri ilə dünyaya nümunə olan Azərbaycan xalqının şanlı qələbəsidir.
Çox gözəl deyilib ki, torpaq - əgər uğrunda ölən varsa, Vətəndir. İkinci Qarabağ müharibəsində qazanılmış zəfər bir daha göstərdi ki, əsrlər, illər keçsə də, xalq öz Vətəninin, dövlətinin arxasındadır. Torpaqlarımızın azadlığı uğrunda vətənpərvər, cəsur oğullarımız döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərdilər. Azərbaycan xalqı Vətən müharibəsinin davam etdiyi günlərdə üçrəngli bayrağına sarılıb "Vətənə canımız fəda" - deyərək onun müdafiəsinə atıldı. Qələbəmiz naminə çalışdı, zəfərimiz naminə vuruşdu. Bax, budur vətənpərvərlik, bax, budur Vətənə olan sonsuz sevgi! İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, vətənpərvər övladı, igid vətəndaşı olan ölkə heç vaxt basılmaz. O torpaqlara heç vaxt düşmən ayağı dəyməz.
Doğma yurdumuz Azərbaycan hamımızın ana vətənidir. Onu yadelli işğalçılardan qorumaq, gələcək nəsillərə əmanət etmək müqəddəs borcumuzdur. Bu borcu yerinə yetirmək üçün hamımız vətənpərvər olmalıyıq, vətənpərvər doğulmalıyıq. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gələn ali bir hissdir. Vətənpərvərlik duyğuları vətəndaş tərbiyəsinin əsasıdır. Vətənpərvərlik hissi həm də ləyaqətin və zəfərin təntənəsidir.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!