Vətəni də anan kimi qorumalısan, oğul!
Əziz oğlum, əsgər balam! Bilirəm, ailəmizin yeganə kişisi olaraq bizi düşünüb fikir çəkəcəksən. İlk vaxtlar darıxıb sıxılacaqsan. Amma gün keçdikcə daha çox iradə toplayacaq, mətinləşəcəksən.
Evdə, məktəbdə nə qədər Vətən sevgisindən danışsaq da, bu məhəbbətin əslini orada - hərbi xidmətdə hiss edəcəksən! Əsgər oğlum, igid balam! “Əsgər” kəlməsinin altında böyük bir məna durur. Əsgərlik kişilk, vətəndaşlıq məktəbidir. Səni bayrağımıza sevgi ilə böyütdüm, oğlum! Yurda, torpağa, dövlətə sevgi aşıladım. Böyüdün, öz qəlbinin diktəsi ilə otağında Azərbaycan bayrağını asdın. Əsgər olmaq, əldə silah Vətənə xidmət etmək arzusu ilə yaşadın! Lap kiçik yaşlarında “əsgər-əsgər” oynadığın yadındamı? “Marş irəli, Azəbaycan əsgəri” - deyə addımlardın həyətdə. Bir oyuncaq qılıncın da vardı. Bəzən gecələr əlində qılıncla başımızda durub “Rahat yatın, mən qəhrəmanam, keşikdəyəm, əjdahanı öldürəcəm, düşmənlə savaşacam”- deyirdin. Bax, oğlum, bu gün - o gündür! Biz indi rahat yatır, sən bizim - xalqın keşiyini çəkirsən.
Şübhəsiz, şanlı Azərbaycan bayrağını öpüb and içəndə Vətənin dəyərini daha çox anlamısan. Bu bayrağın sənin müstəqilliyinin, gələcəyinin olduğunu daha dərindən hiss etmisən! Bu yurdun, bu Vətənin təhlükəsizliyinin sənin kimi oğulların, igidlərin əlində olduğunu da dərk etmisən! Vüqarınla, əzminlə vətənə borcunu ləyaqətlə ödəyəcəyinə əminəm! Hər gün təlim keçəcək, qollarına, dizlərinə qüvvət yığacaq, hərbin sirlərinə yiyələnəcəksən! Ana qoynuna sığındığın, qoxusunu duyduğun qədər indi ruhən və cismən ana torpağa daha yaxın olacaq, ətrini ciyərlərinə çəkəcəksən! Unutma, o torpaqda yüzlərlə, minlərlə şəhidin qan izləri var! Onu da mütləq hiss edəcəksən. Doğmalarımızın qanı ilə suvarılmış bu torpağı yenidən dirçəltmək, işğalda olan hissəsini azad etmək, qorumaq sizin borcunuzdur, oğul! “Hər şey Vətən üçün!” şüarı ilə addımlayarkən ananın bu məktubunu xatırla. Unutma: dünən evini, ailəni, ananı qoruduğun kimi, bu gün dövlətini, torpağını, elini qorumalısan! Qorumalısan ki, evin də, elin də yaşasın!
Əziz oğlum! Uzun illər kimsəsizlərə də analıq etdim. Çoxları məni “Əsgər anası!” deyə çağırdı. Bu gün sayəndə həqiqətən də əsgər anasıyam! Səninlə fəxr edirəm, oğlum! Xidmətdə olduğun bu az müddətdə hər dəfə komandirlərinin, əsgər yoldaşlarının dilindən “Təşəkkür edirik, oğlunuz intizamlı, nümunəvi əsgərdir!” - sözünü eşitməyim məni çox qürurlandırır! Belə davam et! Hər ay sənə bir məktub yazacam. 16-ci məktubda xidmətin sona çatmış olacaq.
Əziz balam! Yanına valideyni gələ bilməyən əsgərlər də olacaq. Onlara qardaş-sirdaş ol, dayaq dur! Bütün əsgər və zabitlərimizi Allaha əmanət edirəm!
Vətən xidmətində uğurlarınız bol olsun!
Şərafət MUQUZOVA,
əsgər anası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
Ağdam Ağsaqqallar Şurasının konfransı keçirilib
05 May
Gələcək mühəndislərlə sənaye müəssisələri arasında əlaqə yaradılır
05 May
Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti
05 May
FAO COP29-un yüksək səviyyədə keçməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib...
05 May
Azərbaycan COP29 çərçivəsində Şərqlə Qərb arasında körpü olacaq
05 May
Mina terroruna görə Ermənistan dünya birliyi tərəfindən qınanılmır
05 May
Regionun gündəliyi Azərbaycan tərəfindən müəyyənləşdirilir
05 May
Beynəlxalq təşkilatlar delimitasiya və demarkasiya prosesini dəyərləndirirlər
05 May
Azərbaycanın təşəbbüsləri bəhrəsini verir
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!