05 May 2024 08:30
1291
SİYASƏT
A- A+
Beynəlxalq təşkilatlar delimitasiya və demarkasiya prosesini dəyərləndirirlər

Beynəlxalq təşkilatlar delimitasiya və demarkasiya prosesini dəyərləndirirlər

 

Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığı tarixi qələbə ölkəmizin güclü, qüdrətli orduya sahib olduğunu bütün dünyaya göstərdi. Bu güc, bu qüdrət qarşısında duruş gətirə bilməyən Ermənistan 30 ilə yaxın işğalda saxladığı torpaqlardan geri çəkilməyə məcbur oldu. 2020-ci ilin sentyabr-noyabr aylarında düşmən üzərində qazanılan qələbə regionda bir çox reallıqları dəyişdi. Bu dəyişikliyin nəticəsi olaraq artıq Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya işləri aparılır.
Əslində, Azərbaycan və Ermənistanda yaradılmış sərhəd delimitasiyası üzrə Komissiyanın ilk görüşü 2022-ci ilin mayında keçirilmişdi. Ermənistan tərəfi əvvəlki ənənəsinə sadiq qalaraq bu mühüm prosesi ləngitmək üçün müxtəlif bəhanələr gətirərək görüşdən boyun qaçırırdı. Amma bütün cəhdləri uğursuzluğa düçar olandan sonra Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa yolu qalmadı. Delimitasiya və demarkasiya prosesinə başlamaq üçün ilk müsbət irəliləyiş 2024-cü il aprelin 19-da keçirilən görüşdə əldə olundu. Həmin gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirildi. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin keçmiş Sovet İttifaqı dövründə mövcud olan hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırdılar.
Dörd kəndin təhvil verilməsi sərhədlərin dəqiqləşdirilməsi məsələsində atılan çox müsbət addımdır. Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında ilk sərhəd dirəkləri quraşdırılıb. Xatırladaq ki, delimitasiya xəritədə iki dövlət arasında sərhədlərin müəyyən edilməsi prosesinə aiddir, demarkasiya isə yerdəki sərhədlərin fiziki olaraq qeyd olunmasını özündə ehtiva edir. 
Danışıqların Azərbaycan və Ermənistan ərazilərində aparılması tərəflər arasında münasibətlərin daha da yaxşılaşmasına, qarşılıqlı etimad mühitinin formalaşmasına müsbət təsir edib. Hadisələrin hazırkı gedişi pozitiv düşünməyə imkan versə də, Ermənistan tərəfdə bəzi narahatlıqların olduğunu görürük. Dörd kəndin qaytarılması ilə bağlı razılaşmadan sonra Ermənistanın daxilində buna qarşı revanşistlərin etirazları başlayıb. Xarici ölkələrin müdaxiləsi, dini institutların etiraz dalğasına rəhbərlik etmək cəhdləri və başqa amillər göstərir ki, rəsmi İrəvan başqa güclər tərəfindən idarə olunur.
Azərbaycan və Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesində  irəliləyişlərin müşahidə edilməsi müsbət haldır. Bu, ərazi mübahisələrinin həlli üçün əlverişli zəmin yaradır, həmçinin Cənubi Qafqaz regionunda sülh və sabitliyin yaranmasına təkan verir.
Azərbaycan Prezidenti İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan-Ermənistan arasında aparılan delimitasiya və demakrasiya işlərindən bəhs edərək demişdir: "Ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər".
Bəzi beynəlxalq təşkilatlar və ölkələr Azərbaycan və Ermənistan arasında aparılan delimitasiya və demarkasiya prosesini yüksək dəyərləndirirlər. Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos proseslə bağlı yerli mətbuata açıqlamasında deyib: "Ermənistan və Azərbaycan 1991-ci ildə Almatı Bəyannaməsini imzalayıb. Ona əsasən 11 sovet respublikası onların inzibati sərhədlərinin həm də beynəlxalq sərhədləri ola biləcəyini bəyan edib. Bu öhdəlik 2022-ci ildə Praqada baş nazir Paşinyan və Prezident Əliyev tərəfindən təsdiqlənib. Bu, həm də bu ölkələrin hər birinin Aİ tərəfindən tanınması üçün əsasdır. İnzibati sərhəd heç vaxt beynəlxalq sərhəd olmayıb, ona görə də onun düzgün demarkasiyası və delimitasiyası lazımdır, lakin bizim üçün əsas hər iki ölkənin imzaladığı Almatı Bəyannaməsidir."
İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan arasında dörd kəndlə bağlı əldə olunan razılaşmaya və iki ölkə arasında davam edən demarkasiya səylərinə dəstəyini bildirib. Bu barədə nazirliyin sözçüsü Sufian Qudah bəyan edib. O, İordaniyanın iki ölkə arasında sabitlik və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən bu təşəbbüsləri dəstəklədiyini bildirib.
Bu gün Azərbaycan-Ermənistan sərhədində aparılan delimitasiya və demarkasiya işləri 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin nəticəsidir. İki ölkə arasında basdırılan sərhəd dirəkləri düşmən üçün gözdağı, dostlarımız üçün iftixar və qürur xəttidir. Bu, sərhəd dirəkləri həm də sülhə, əmin-amanlığa aparan etibarlı yoldur.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!