20 Sentyabr 2015 12:09
163
İQTİSADİYYAT
A- A+
Vətəndaşlar dərman vasitələrinin qiymətinin tənzimlənməsindən razıdırlar

Vətəndaşlar dərman vasitələrinin qiymətinin tənzimlənməsindən razıdırlar

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan islahatlar geniş ictimai dəstək qazanıb

 

Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas hədəfi əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılmasıdır. Dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər birbaşa bu amala xidmət edir. Sosial sahədə görülən sistemli tədbirlərdən əlavə, əhalinin maddi vəziyyətinə müsbət təsir edən bir sıra qərarlar da qəbul edilib. Bunlar arasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi də xüsusi əhəmiyyətə malikdir. Belə ki, dərman vasitələrinin qiymətlərinin səviyyəsi vətəndaşların öz sağlamlıqları üçün ayırdığı xərclərə birbaşa təsir etdiyindən dövlət bu sahəni diqqət mərkəzində saxlayır.
Nazirlər Kabinetinin son iclasında dövlət başçısı İlham Əliyev tərəfindən dərman preparatları bazarında xaotik vəziyyətin müşahidə edildiyi, ədalətsizliklərin mövcudluğu, qiymətlərin süni şəkildə qaldırılması hesabına başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətlərinin bir neçə dəfə baha olduğu vurğulanıb. Belə xoşagəlməz durumun tamamilə ortadan qaldırılmasına və bu sahədə nəzarəti gücləndirmək üçün dövlət başçısının tapşırığına əsasən, mövcud qanunvericilik təkmilləşdirilib və dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib.
Tarif Şurasının dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair qərarlarına uyğun olaraq, ilkin mərhələdə 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin qiyməti əhəmiyyətli dərəcədə aşağı salınıb. Ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanan dərman vasitələrinin yeni qiymətləri sentyabrın 15-dən etibarən qüvvəyə minib.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Burada dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla, istinad ölkələrində topdansatış əczaçılıq müəssisələrinə ən aşağı rəsmi satış qiyməti bazis qiymət kimi müəyyən edilir. Bu islahat, öz növbəsində, dərman vasitələrinə ehtiyacı olanların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq. Nəhayət, idxalçıları dərman vasitələrinin daha məqbul qiymətlərlə idxalına sövq edəcək, apteklər üzrə isə rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcək ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.
Paytaxtımızın aptek şəbəkələrində dərmanların qiyməti məsələsindən yaxından tanış olmaq üçün onlardan bir neçəsinə baş çəkdik. Bunlar metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Fatimə”, “Nizami” metrosu yaxınlığındakı və “5 mərtəbə” adlanan ərazidə yerləşən apteklər idi. Müşahidə zamanı dərman vasitələrinin ucuzlaşmasından sonra apteklərə üz tutanların sayının çoxaldığının şahidi olduq.
Bildirildi ki, 15 sentyabr tarixindən etibarən qiymətlər orta hesabla bir neçə dəfə ucuzlaşıb. Qiymətlər dərmanların növlərindən asılıdır. Bunların sırasında daha çox antibiotik iynələr, ürək, təzyiq və s. dərmanlar üstünlük təşkil edir. Elə dərman var ki, 30 manatdan 6 manata düşüb. İstifadə etdikləri dərmanların qiymətinin aşağı düşdüyünü eşidəndə insanlar çox sevindilər. Çünki elə vətəndaşlar var ki, mütəmadi olaraq dərmana bağlı yaşayır. Qiymətlərin tənzimlənməsi vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır, süni qiymət artımı məsələsini aradan qaldırır. Yeni satış qiyməti dərman vasitələrinin üzərində göstərilib. Eyni zamanda, qiyməti endirilən bütün növ dərman vasitələrinin siyahısı çap olunaraq alıcılara təqdim olunur.
Vətəndaşlar da qiymətlərin ucuzlaşmasından razı görünürdülər. Onlardan bir neçəsi ilə söhbət etdik. Yasamal rayon sakini İlqar Hüseynov bunu böyük sosial addım adlandırdı: “Qiymətlərin dəfələrlə aşağı düşməsi əhalinin daha böyük hissəsinin bundan faydalana biləcəyinə imkanlar yaradır. Yaşlı insanlar bu imkandan maksimum faydalanacaq. Mənim kimi yaşlı insanlar tez-tez xəstələnir, həkimə müraciət edirlər. Bütün hallarda dərman almağa məcbursan. O baxımdan qiymətlərin ucuzlaşması imkan verəcək ki, daha çox insan bundan yararlansın. Dövlət başçısı İlham Əliyevə təşəkkürümüzü həm də ona görə bildiririk ki, qərarın əhəmiyyəti böyük və çoxşaxəlidir. Arzum budur ki, heç kimin səhhətində problemlər yaranmasın”.
Sevil Quliyeva isə bildirdi ki, dövlət tərəfindən atılan bu addım bir daha onu göstərdi ki, siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Dövlət başçısına bu humanist qərarına görə çox minnətdarıq. Bundan əvvəl dərmanları ölkəyə gətirən topdansatış, pərakəndəsatış mərkəzləri süni qiymət artımına gedirdilər. Hətta belə hallar olurdu ki, bir dərman müxtəlif ölkələrdə istehsal olunduğu üçün onun qiyməti də kəskin şəkildə fərqli olurdu. Bu kimi məsələlər sosial vəziyyəti aşağı olan insanlar üçün müəyyən çətinliklər yaradırdı”.
Təqaüdçü Rasim Mikayilov isə bu qərarın qəbul olunmazdan əvvəl çox çətinlik çəkdiyini vurğuladı: “Bir sıra dərmanların qiymətində enmələr var. Bu, çox yaxşı addımdır. Bundan sonra qiymət fərqinə görə bir dərman almaq üçün uzaq məsafə qət etmək lazım deyil. Yaş da öz sözünü deyir. Gedib-gəlmək çox çətin olurdu. İndi yaşadığımız ərazidə istənilən dərmanı standart qiymətə alırıq. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin ölkə xalqının rifah halının yaxşılaşdırılması istiqamətində atdığı növbəti uğurlu addımdır. Düşünürəm ki, bu kimi hallar dərmana ehtiyacı olan insanlarda çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayacaq”.
Kənan Abbasov isə dedi: “Dərman satışına nəzarətin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması sonda sosial vəziyyəti aşağı olan insanların rifahına müsbət təsir göstərəcək. Onlar sağlamlığını qorumaqda çətinlik çəkməyəcək. Əlil, yaşlı insanlar var ki, mütəmadi olaraq dərmanlara ehtiyac duyurlar. Əvvəl 13,5 manat dəyərində olan dərman bu gün 2,6 manatadır. Ona görə də verilən qərarı müsbət qiymətləndirirəm”.

Elçin CƏFƏROV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!