Vətən yolu sevgi yoludur
İllərdir ki, dağ da, daş da, düşmən ayağı altında olan sinəsi yaralı torpaqlarımız da "qisas" deyib qeyrətli oğullarımızı döyüşə səsləyirdi. "Qisas qiyamətə qalmaz", - deyib müdriklər. Nəhayət, 2020-ci il sentyabrın 27-də azğın düşmənə layiqli cavab vermək məqsədilə Ali Baş Komandan "dəmir yumruğ"unu düyünləyib "yetər", - dedi. O andan xalq bir olub yumruğa döndü. Oğullarımız Hərbi Səfərbərlik İdarələrinin qarşısına axışıb döyüşmək, düşmənə layiq olduğu yeri göstərmək niyyəti ilə silaha sarıldılar.
Analar döyüşə uğurladıqları övladlarının arxasınca göz yaşı tökmədilər, su səpdilər. Oğullar "Təki Vətən sağ olsun", - deyib cəsarətlə düşmənin üstünə yeridilər. Düşmənin üstünə gedənlərin sırasında Əli də var idi…
Əli Mehman oğlu Nağıyev 1991-ci il dekabrın 25-də Bakıda anadan olub. 91 saylı məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini 6 saylı Texniki Peşə Liseyində davam etdirərək sürücülük peşəsinə yiyələnib. 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılan Əli Nağıyev əsgərliyinin ilk aylarını Ağcəbədi rayonunda yerləşən "N" saylı hərbi hissənin minaatan bölüyündə keçirsə də, sonralar xidmətini Ağdam rayonunda davam etdirib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət Bakı şəhərində sürücülük edən Əli Nağıyev daha sonralar "Safir" hotelində işə düzəlib. İşlədiyi müddətdə işgüzarlığı, səmimiyyəti ilə seçilən Əli Nağıyev kollektivin dərin hörmətini qazanıb. 2020-ci ilin yayında düşmənin Tovuz rayonu istiqamətində torpaqlarımızı işğal etməyə cəhd göstərməsi Əli Nağıyevin də qəzəbinə səbəb olub. O, yaşadığı rayonun Hərbi Səfərbərlik İdarəsinə gedərək düşmənlə döyüşə getmək niyyətində olduğunu bildirib. Əli Nağıyev 2020-ci il sentyabrın 20-dən Pirəkəşküldə hərbi təlimlərə cəlb olunub. O, 27 sentyabrda səhər tezdən Ermənstan silahlı qüvvələrinin torpaqlarımıza xaincəsinə basqını zamanı Füzuli rayonunda düşmənlə qanlı savaşa girənlərin sırasında səf tutan qəhrəman oğullarımızdan biri olub.
Əli 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. 20 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əli Nağıyev 22 oktyabrda Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Əli Nağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Anası Lalə xanım Əli haqqında xatirələrini göz yaşı içində bizimlə bölüşür:
- Əli gözümün ilki idi. Mehriban, olduqca səmimi, sakit, dindirməsən danışmayan bir insan idi. Uşaq doğulanda, dünyaya gələndə ağlayar. Dünyaya gələndə də sakit, səssiz, küysüz gəlmişdi. Gəldiyi kimi sakit də getdi.
Əli mənim sağ əlim idi. Hər sözümü, hər dərdimi Əliyə deyə bilirdim. Hər işi onunla məsləhətləşirdim. Allah Əliyə Vətən sevgisini hər şeydən çox vermişdi. Əli məni hərəkətləri, davranışı ilə sanki bu günə hazırlayırdı. Şəhidlər haqqında maraqlı söhbətlər edirdi. "Şəhidin üzünə cənnətin 8 qapısı açıq olur", - deyirdi. Əli 2020-ci ilin yayında gedib könüllü yazılmışdı ki, Qarabağda döyüşsün. Səfərbərlikdən çağırış gələndə çox sevinirdi. 27 sentyabrda Füzuli rayonundan zəng vurmuşdu. Dedi ki, "Düşmənlə üz-üzəyəm. Döyüşürəm. Şəhid olsam, haqqını halal elə".
Əlini yola salanda məni qucaqlayıb demişdi ki, "Arxamca ağlama, mənimlə fəxr elə. Oğul Vətən üçün, vətəni qorumaq üçün dünyaya gəlir". Dedim ki, Əli, övlad da şirindir, Vətən də müqəddəsdir. Allah heç bir ananı seçim qarşısında qoymasın. Get, Vətəni qoru! Düşmən qarşısından qaçsan, südümü halal etmərəm. Əli dedi ki, "səndən bunu gözləyirdim".
İnsan ömrü yola bənzəyir. Vətən yolu isə sevgi yoludur. Sevərək yaşayanlar, sevilərək ölənlər ölməzlərdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin...
19 May
Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
19 May
“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
19 May
Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib ...
19 May
Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub
19 May
Şabranın 3 kəndini birləşdirən yol təmir edilir
19 May
GDU rəhbərliyi ilə tələbələrin görüşü keçirilmişdir
19 May
İndi Cəlilabad təkcə taxıl və üzüm diyarı deyil
19 May
"Yaşıl enerji"yə keçidlə bağlı dövlətimizin strateji hədəfləri var
19 May
İnsanlıq əleyhinə cinayət törətməkdə davam edən dövlət
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!