09 Fevral 2023 01:52
573
SİYASƏT
A- A+
Vətən sevgisi, vətəndaşlıq borcu

Vətən sevgisi, vətəndaşlıq borcu

 

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsi 60 gündür ki, azərbaycanlı ekofəalların, könüllü gənclərin və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin dinc aksiyasının keçirildiyi məkandır. 
Havanın soyuq, qarlı, şaxtalı keçməsi aksiya iştirakçılarına mane ola bilmir. Çünki onlar qəlblərindəki Vətən təəssübkeşliyinin, torpaq sevgisinin hərarəti, gücü ilə bu aksiyaya başlayıblar. İctimai fəalların tələbləri Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsidir. Aksiya iştirakçılarının haqlı tələblərindən biri də Ermənistanın Laçın yolundan hərbi məqsədlərlə istifadəsinə son qoyulmasıdır.
Heç kəsə sirr deyil ki, Ermənistan üçtərəfli Bəyanata əməl etmir. Həmin bəyanatın əksinə olaraq Vətən müharibəsindən sonra Ermənistan tərəfi Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların, silah-sursatın və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə edib, Azərbaycana qarşı təxribatlar törədib.   
Aksiya iştirakçıları iki aya yaxındır ki, səhər saatlarında hər yeni günə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayırlar. Günboyu mütəmadi olaraq, Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Ekoloji cinayətə son!" və başqa şüarlar söyləyirlər.
Laçın-Xankəndi yolunda aksiyaya ötən il dekabrın 12-dən başlanılıb. Bir neçə gün qabaq - 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsinə görə Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq həyata keçirməli idi. Sülhməramlıların hərəkətsizliyi nəticəsində  monitorinqin reallaşmamasını Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar və könüllü gənclər etirazla qarşıladılar. Və Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin aparılmasına icazə verilməsi, Ermənistanın Laçın yolundan hərbi məqsədlərlə istifadəsinə son qoyulması tələblərini  irəli sürdülər. 
Bunu özlərinin vətəndaşlıq borcları hesab edən aksiya iştirakçıları - ekofəallar, könüllü gənclər, qeyri-hökumət təşkilatlarının nümayəndələri  düşmənin məkrlərinə, yalanlarına, qarayaxmalarına qarşı da ayıq-sayıqdırlar. Aksiya başladığı vaxtdan bəri gün ərzində Laçın-Xankəndi yolu təyinatı üzrə -  humanitar məqsədlər üçün açıqdır, indiyədək heç bir məhdudiyyət müşahidə olunmayıb.
Ermənistanın Laçın-Xankəndi yolunda keçirilən aksiya nəticəsində bu yolun bağlanması, bölgədə humanitar fəlakət yaşanması kimi beynəlxalq aləmə sırımağa çalışdıqları yalanların müqabilində, Azərbaycan hər zamankı kimi öz doğru,  haqq mövqeyində dayanır. İşğalçı, təcavüzkar ermənilərin uydurmalarına, riyakarlıqlarına, əslində, inanan yoxdur. Laçın-Xankəndi yolunda ekofəallarımızın, könüllü gənclərimizin, QHT nümayəndələrimizin keçirdiyi dinc aksiya barədə qərəzli məlumatlar verən bir sıra ermənipərəst xarici mətbuat orqanlarının məqsədi təsiri altında olduqları erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək, onlara yarınmaqdır.
Aksiya iştirakçıları Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradırlar. Bununla da etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlərin böhtan olduğunu sübut edirlər.
İndiyədək etiraz aksiyasını izləmək üçün Laçın-Xankəndi yoluna səfər edən Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İtaliya və Macarıstandan olan KİV nümayəndələri də bunun şahidi olublar. Fevralın 4-dən Qarabağda və Şərqi Zəngəzurda üçgünlük səfərdə olan 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahlarının daxil olduğu 30 nəfərlik heyət Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində iki aydır ki, fasiləsiz davam edən aksiyanın iştirakçıları ilə də görüşüb, söhbət ediblər. Beynəlxalq səyyahlar onların Azərbaycanın suveren ərazisində mədəni sərvətlərinin Ermənistan tərəfindən qanunsuz istismar edilməsinə, talanmasına və daşınmasına, eyni zamanda bu yoldan hərbi məqsədlər, minaların, silah-sursatın keçirilməsi üçün istifadə olunmasına etiraz etdiklərini, Laçın-Xankəndi yolunun humanitar məqsədlər üçün açıq olduğunu öz gözləri ilə görüblər.
Azərbaycanlı aksiya iştirakçıları ölkələrində düşmənin əl-qol açmasına, bir daha təxribatlar törətməsinə, yenidən nahaq qanlar tökməsinə yol verməməkdə israrlıdırlar. Onlar Azərbaycanın sərvətlərinin yadlar tərəfindən talanıb daşınmasına, ərazilərinin yeni minalarla çirkləndirilməsinə, təhlükəli məkana çevrilməsinə etiraz edirlər. İstəyirlər ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun azad etdiyi yurdlarımızda həyat yenidən canlansın. Azərbaycan dövləti və xalqı bunun üçün - Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üçün geniş tikinti-quruculuq işləri həyata keçirir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!