17 Oktyabr 2025 08:55
13143
Oxucu məktubları
A- A+
Vətən sevgisi Nicatı ölümsüzlüyə qovuşdurdu

Vətən sevgisi Nicatı ölümsüzlüyə qovuşdurdu


Qeyrətli oğullar ölümdən qorxmadan özlərini odun-alovun içinə atıb 44 günə 30 il  yağıya əsir olmuş Qarabağımızı azad etdilər. Bununla da  qanları bahasına  yeni  tariximizin qəhrəmanlıq  salnaməsi yazan  Vətən  sevdalılardan biri də 10 noyabr 2000-ci il Biləsuvarın Zəhmətabad kəndində anadan olan Nicat Höccət oğlu Qasımzadədir.

Qısa ömür yolu keçsə də, onu doğma Azərbaycanına fəda etməklə  ölümsüzlük qazanıb. 30 il düşmən tapdağına dönən Qarabağımızın  xilaskarı, Vətənin ər oğlu olaraq adı xalq tərəfindən böyük qürurla çəkilir. Polad  sinəsini Vətənə  sipər edib tarix yazan qəhrəmanımız  orta təhsilini başa vurub 2019-cu ildə Vətənin keşiyinə yollanıb.  İlk 3 ay Goranboy rayonunda doğma Azərbaycanın hər qarışına olan sevgisini nümunəvi xidməti ilə göstərib. Sonra Ağdamda 3 ay artilleriya qoşunlarında üzərinə düşən bütün tapşırıqları layiqincə yerinə yetirib. Cəsurluğu, mərdliyi, igidliyi hesabına tanınan, sevilən Nicat hərbi xidməti dövründə pulemyotçu, daha sonra manqa komandiri olub. Xidmətinin axırıncı 2 ayını isə kiçik çavuş rütbəsi ilə başa vurub və 6 iyul 2020-ci ildə ordudan tərxis edilib. Amma yağı tapdağında olan Qarabağımıza görə Nicat evdə heç cür rahatlıq tapa bilməyib. Vətən sevdalı qəlbi məhz buna görə də erməni dığalardan qisas almaq istəyi ilə alışıb-yanıb. Azərbaycanın,  eləcə dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda Vətənin müdafiəsinə qalxıb. Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən ağır döyüşlərdə odlardan, alovlardan keçərək   düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçə yaralı dostunu döyüş meydanından çıxarıb. Aldığı yaraları belə unudaraq bir-birindən çətin vuruşlarda hünər göstərib. Erməni dığalarına qan uddurub, istədiyi qisası alandan sonra Şuşada  aldığı qəlpə yarası nəticəsində  noyabrın 9-da Vətən eşqli ürəyi əbədi dayanıb. 12 noyabr 2020-ci ildə doğulduğu Zəhmətabad kənd məzarlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı Vətənə can borcunu şərəflə ödədiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamları ilə Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda", Xocavəndin, Füzulinin, Şuşanın azadlığına görə, "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Bəli, Qarabağımızın xilaskarı olaraq tarixin yaddaşına iz qoyub şanlı zəfərimizin qəhrəmanlıq simvoluna çevrilən Nicat kimi oğullar heç vaxt unudulmayacaq.


Zəfər ORUCOÜLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!