05 Oktyabr 2021 18:01
1681
CƏMİYYƏT
A- A+
Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov: Müharibədə ancaq bir hədəfimiz var idi - yalnız irəli getmək və qələbə qazanmaq

Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov: Müharibədə ancaq bir hədəfimiz var idi - yalnız irəli getmək və qələbə qazanmaq

 

Sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı birləşmələrinin başladığı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Ordusuna “İrəli” komandası verildi və əks-hücum əməliyyatlarına başlanıldı. Düşmənə döyüş meydanında gücümüzü göstərməyə hazır idik və Ordumuzun hər bir hərbçisi Ali Baş Komandanın bu əmrini səbirsizliklə gözləyirdi. Nəhayət ki, həmin gün yetişdi və bizim şanlı haqq savaşımız sentyabrın 27-də başladı. Komandirlik etdiyim “N” saylı hərbi hissənin əsgər və zabitləri Vətən müharibəsində onlara verilən bütün tapşırıqları uğurla yerinə yetirdilər və hər biri böyük rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Azərbaycan Ordusu gücünü və qələbə əzmini ilk gündən sübut etdi.

Bu sözləri Azərbaycan Ordusunun zabiti, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov AZƏRTAC-a açıqlamasında deyib.

Qəhrəman zabit Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının yüksək səviyyədə yerinə yetirildiyini vurğulayaraq qeyd edib: “Komandanlıq, Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən birlik komandirimiz, general-mayor Mais Bərxudarov döyüşü yüksək səviyyədə idarə edirdilər və hər birimizi irəliləmək üçün ruhlandırırdılar. Biz isə döyüş tapşırıqlarını əzmlə, var gücümüzlə, yüksək səviyyədə yerinə yetirməyə çalışırdıq. Çünki bu, bizim çoxdan hazırlaşdığımız, ərazi bütövlüyümüzü bərpa etmək uğrunda haqq savaşımız, Vətən müharibəsi idi. Bu döyüşlərdən yalnız və yalnız qələbə ilə ayrılmalı idik və ayrıldıq”.

Döyüş yolu haqqında danışan Vətən Müharibəsi Qəhrəmanı bildirib: “Biz döyüşə Lələtəpə istiqamətindən başladıq. Sonra Füzulinin, Cəbrayılın yaşayış məntəqələrinin, Hadrut qəsəbəsinin, Tuğ, Domu kəndlərinin, bəzi yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda döyüşlərdə yaxından iştirak etdik. Düşmənin 30 il ərzində qurduğu güclü istehkam xəttini yarır, əks-hücumla irəliləyir və Ermənistan ordusunun hərbi birləşmələrini darmadağın edir, döyüş texnikasını və canlı qüvvəsini məhv edirdik. İrəlilədikcə, qələbələr əldə etdikcə, dizlərimizə taqət, qollarımıza güc gəlirdi. Bir yandan şəhid olan döyüş yoldaşlarımızın, düşmənin xalqımızın başına gətirdiyi müsibətlərin intiqamını almaq arzusu, bir yandan da addım-addım qazanılan qələbələr yorğunluğumuzu, çətinlikləri unutdururdu. Şuşa sanki bizi səsləyirdi. Qarabağın incisi olan həmin şəhəri mütləq əsarətdən xilas etməli idik. Amalımız bir idi: yalnız irəli getmək və müharibədən qalib ayrılmaq. Müharibənin sonuncu gününədək vuruşduq, Şuşa ətrafındakı döyüşlərə iştirak etdik. Komandiri olduğum birləşmə çətin döyüşlərdən də qalib ayrılır, düşmənə sarsıdıcı zərbələr vururdu. Əsgərindən tutmuş peşəkar zabitinə kimi hər kəs düşmənin qəniminə çevrilmişdi. Döyüşlər boyu, həmçinin xalqın dəstəyini hiss edir, ruhlanırdıq. Erməni terrorçularının mülki vətəndaşları hədəf alması xəbərləri isə nifrətdən doğan intiqam hissimizi daha da alovlandırırdı. Qaniçən düşmənə döyüş meydanında dəfələrlə ağır zərbələr endirirdik. Döyüşlər çox gərgin keçdi, lakin haqq-ədalət qələbə qazandı. Otuz ildən sonra biz ədaləti xalqın gücü, Müzəffər Ali Baş Komandanın qətiyyəti, iradəsi, qəhrəman Azərbaycan əsgər və zabitlərinin canı-qanı bahasına bərpa və təmin etdik. İşğal altındakı torpaqlarımızı, o cümlədən mədəniyyətimizin beşiyi olan Şuşamızı düşmən tapdağın-dan xilas etdik”.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun polkovniki Nizami Bəydəmir oğlu Mövlanov 1976-cı il oktyabrının 16-da Quba şəhərinin Utuq kəndində anadan olub. Kiçik yaşlarından hərbçi olmağı arzulayan Nizami Mövlanov arzusuna çatmaq yolunda ilk addımı 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaqla atıb. Sonralar dörd il indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Ali Hərbi Məktəbi bitirən Nizami Mövlanov Azərbaycan Ordusunda peşəkar hərbçi kimi fəaliyyətə başlayıb.

O, 2014-cü ildə Ağdam istiqamətində düşmən təxribatının qarşısının alınması zamanı yaralanıb.

Vətən müharibəsində hərbi hissə komandiri kimi iştirak edən polkovnik Nizami Mövlanov Cəbrayıl, Füzuli şəhərlərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal altındakı ərazilərimizin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirməsinə görə Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən, Nizami Mövlanova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Dövlətimizin başçısının müvafiq sərəncamları ilə igid zabitimiz “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə”, eləcə də Azərbaycan Respublikası Prezidenti adından Müdafiə Nazirinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə də təltif edilib.

Nizami Mövlanov 2021-ci ilin iyunundan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müavini vəzifəsində xidmət edir.

Qəhrəman zabit Vətən müharibəsi ilə əlaqədar tez-tez şəhid döyüş yoldaşlarının anım mərasimlərində iştirak edir, xatirələrini bölüşür. O, sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi yürüşdə şəxsi heyətə rəhbərlik edənlərdən biri olub.

Vətən Müharibəsi Qəhrəmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza hörmət əlaməti olaraq keçirilmiş Anım yürüşündə iştirak etməsindən qürur duyduğunu bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 83 nəfər Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunub. Onlardan 34 nəfəri ölümündən sonra bu ada layiq görülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!