16 May 2013 01:05
138
CƏMİYYƏT
A- A+
Vətən cəsurları sevir

Vətən cəsurları sevir

 

Naib Qarayevlə xoş bir mərasimdə tanış oldum. Şəmkirdə gənclər ordu sıralarına yola salınırdı. Geniş həyətdə qələbəlik idi. Mahnı, musiqi sədaları, şən, çoşqun rəqslər ətrafı bürümüşdü. Əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Ağsaqqallar, ziyalılar, valideynlər çağırışçılara uğurlar arzuladılar.

Gülərüzlü gənclər isə üçrəngli bayrağımızı öpərək avtobuslara doluşdular. Naib Qarayev gedənlərə əl edəndə dedim:

- Bəs sən getmirsən?

- Mən öz borcumu yerinə yetirmişəm, amma yenə gedəcəyəm, - gülümsünüb dedi. - Bu dəfə müddətdən artıq xidmət etməyə. Atam Zakirin qisasını almaq üçün. Torpaqlar azad olunmamış qayıdan deyiləm.

Şəhid ailəsinin qonağı da oldum. Evləri Şəmkirin mərkəzində, ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşir.

İşıqlı-yaraşıqlı otağın baş tərəfində zərif güllərlə haşiyələnən bir zabitin şəkli diqqətimi cəlb etdi.

- Atamdır - dedi, - 1991-ci ildə, yanvarın 16-da Kəlbəcərdə şəhid olub.

Anası Maral xanım enli pəncərənin qabağındakı stolda süfrə açıb, pürrəngi çay gətirəndən sonra söhbətə qoşuldu:

- Atası Zakir Qarayev 1955-ci ildə Könüllü kəndində anadan olub. Azərbaycan Neft Akademiyasını bitirib Tümendə mühəndis işləyirdi. Erməni namərdləri baş qaldıranda Vətənə qayıtdı. Bir müddət Nərimanlı kəndində icra nümayəndəsi işləyib. 1990-cı ildə gördü ki, torpaqlar əldən gedir, dözmədi. Könüllü olaraq cəbhəyə yola düşdü...

Həyat yoldaşı Maral xanım iki oğulla kirayə mənzildə qalırdı. Zöhrab Bakıda oxuyurdu. Naim isə anadangəlmə şikəst idi. Taleyin gedişinə baxın. 1991-ci il yanvarın 16-da Zakir Qarayevdən bəd xəbər alınan gün üçüncü oğlu Naib dünyaya gəldi. 

Zakirin övladları da özü kimi qeyrətli çıxdı. Böyük oğlu Zöhrab əvvəlcə C.Naxçıvanski adına liseydə oxudu. Sonra da Heydər Əliyev adına Hərbi akademiyanı bitirdi. O da atası kimi əsl Vətən vurğunu idi. Leytenant rütbəsində hərbi xidmətə başladı. İndi baş leytenantdır. Ağdam bölgəsində artilleriya taqımının komandiridir.

Naib Qarayev də şəhid atanın, zabit qardaşın yolu ilə gedir. Söz düşəndə deyir ki, Allah məni ona görə atamın faciəli günündə, yəni - yanvarın 16-da dünyaya gətirib ki, onun qisasını alım. Alacağam da!

Naib Gəncədə texniki peşə liseyini bitirib. Bakıda idman məktəbində oxuyub. Peşəsi, sənəti var. Di gəl ki, heç yana yovuşmurdu. Fikri, xəyalı həmişə cəbhə bölgəsində idi. Vaxtı yetişən kimi əsgərliyə getdi. Beyləqanda "N" saylı hərbi hissədə sürücü işlədi, manqa komandiri oldu. Özü də necə komandir?! Günlərin birində anası Maral xanım hərbi hissədən təşəkkür məktubu aldı. Hərbi hissənin komandiri, polkovnik-leytenant Davud Məhərrəmov yazırdı: "Sizin övladınız Qarayev Naib Zakir oğlu bizim hərbi hissədə xidmət edir. O özünü nizam-intizamlı, bacarıqlı, təşəbbüskar, hərbi nizamnamənin və qanunların tələblərini layiqincə dərk edən, komandirin və rəislərin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə əsl vətəndaş münasibəti göstərən bir işçi kimi tanınmışdır. Naibin kollektivdə yüksək nüfuzu vardır. Daim hərbi biliyini təkmilləşdirir. Silah və texnikanın sirlərinə həvəslə yiyələnir.

Ana Vətənimizin azadlığının, müstəqilliyinin və ərazi bütövlüyünün təhlükə altında olduğu bir vaxtda nümunəvi oğul tərbiyə edib Vətənin müdafiəsi üçün hərbi xidmətə göndərdiyinizə görə sizə ürəkdən təşəkkür edirik".

Xidmət müddəti bitəndə Naib qayıdıb gəldi. Xoş-beşdən sonra əsas sözü bu oldu ki, torpağımız düşmən tapdağından azad olunmamış evdə otura bilmərəm. Bəzi haylı-küylü məclisləri, əhlikef gəncləri görəndə dözə bilmirəm. Əlbəttə, yaşamaq lazımdır, amma əbəs demirlər ki, öncə Vətəndir. Gəlin əvvəlcə onu azad edək, torpaqları qaytaraq, şəhidlərin qisasını alaq, sonra başıuca, iftixarla yaşayaq.

Maral ana deyir ki, əsgərlik böyük məktəb imiş, əsl kamillik məktəbi! Cavan uşaqlar qayıdıb gələndə tanımaq olmur. Ətə-qana dolur, kişiləşirlər. Danışıqları, düşüncələri, həyata baxışları tamam dəyişir. Sevinirsən ki, inamlı, etibarlı, güclü-qüvvətli arxan, dayağın var.

Naib ərizə verib, sənədləri hazırdır. Bu gün-sabah müddətdən artıq xidmət etməyə gedəcək.

Qabaqda hələ bir xeyir iş də var. Ülkər adlı nişanlısı var. Təzə sahədə iş yerini rahatlayan kimi toy edəcək.

Zakirin ocağında daha bir qol-qanad yaranır. O qanlı-qadalı illərdə qeyrətli ata sanki bir çinar idi. Qəfil zərbədən yıxıldı, şəhid oldu. İndi onun yerində iki güclü-qüvvətli palıd ucalır. Kimsə əyə bilməz onları. Bir az da obrazlı desək ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanda daha güclü-qüvvətli, daha sadiq səviyyəli, daha mütəşəkkil nəsil yetişib. 

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Şəmkir rayon şöbəsinin rəis əvəzi, polkovnik Həsrət İsmayılov da dedi ki, ölkəmizin iqtisadi qüdrəti və beynəlxalq aləmdə nüfuzu çoxaldıqca gənclərin hərbi işə meyili artır. Xüsusən səfərbərlik və hərbi xidmətə çağırış üzrə vahid dövlət xidməti sistemi yaranandan sonra bir sıra süni maneələr, bürokratik əngəllər aradan qaldırılır. Çağırışdan yayınma hallarının kökü kəsilib. Rayonda hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilir. Mədəni-maarif müəssisələrində, gənclər mərkəzində, digər təşkilatlarda sistemli surətdə geniş iş aparılır.

Şəmkir rayonu torpaqlarımız uğrunda gedən döyüşlərdə 169 nəfər şəhid verib, 40 nəfər itkin düşüb, İsgəndər Aznaurov və Zaur Sarıyev Milli Qəhrəman adına layiq görülüblər. Onların mübariz həyatları gənclərə əsl nümunədir. Rayonda 47 məktəb şəhid adını daşıyır, Kür qəsəbəsində xatirə muzeyi yaradılıb. Onlarca yerdə büst və abidələr ucaldılıb. Şəhidlər xiyabanı  and yerinə çevrilib. Məktəblərin və mədəniyyət ocaqlarının, demək olar, hamısında xatirə guşələri yaradılıb. Hər il "Şahin" və "Cəsurlar" hərbi idman oyunlarında minlərlə gənc iştirak edir. Xüsusilə fərqlənənlərə fəxri fərmanlar və hədiyyələr verilir. "N" saylı hərbi hissədə əsgər və zabitlərlə gənclərin görüşləri təşkil olunur. Bütün bunların nəticəsidir ki, hərbi təmayüllü ali təhsil ocaqlarına gedənlərin sayı ilbəil artır. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bir sıra məktəblərdə keçirilən "Vətən cəsurları sevir" adlı inşa yazı müsabiqələrində gənclərin ürək sözləri çox mətləblərdən xəbər verir. Onlar yazırlar ki, cənab Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasətini ürəkdən dəstəkləyir, doğma torpaqlarımızı işğaldan azad etməyə tam hazırıq.

Gənclərin arzusu, amalı belədir. Mən bu sözləri Naib Qarayevlə və Şəmkir rayonunun neçə-neçə yetirməsi ilə söhbət zamanı da dönə-dönə eşitmişəm.

 

Əhməd İSAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!