04 Aprel 2013 01:04
296
SİYASƏT
A- A+
Vaşinqtonun nüfuzlu Vudro Vilson Mərkəzində keçirilmiş konfransda Azərbaycan diqqət mərkəzində olmuşdur

Vaşinqtonun nüfuzlu Vudro Vilson Mərkəzində keçirilmiş konfransda Azərbaycan diqqət mərkəzində olmuşdur

 

Vaşinqtonda yerləşən nüfuzlu Vudro Vilson Mərkəzinin Kinan İnstitutu və Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu tərəfindən "Qafqazı dünyaya birləşdirmək: Dəmir yolları və boru kəmərləri" mövzusunda konfrans keçirilmişdir.

Konfransın aparıcıları qismində Vudro Vilson Mərkəzi Kinan İnstitutunun direktoru Vilyam Pomerants və Heritic Fondunun baş tədqiqatçısı Ariel Koen çıxış etmişlər.

A.Koen Azərbaycanda enerji sahəsinin tarixindən və ölkəmizin bu sektorda mühüm rolundan, eyni zamanda, Xəzərin enerji resurslarının Avropa enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətindən danışmışdır.

Tədbirin əvvəlində ABŞ-ın enerji nazirinin köməkçisi Conatan Elkind çıxış edərək regionda həyata keçirilən enerji layihələrinin tarixindən danışmışdır. Nazir köməkçisi Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsindən, bu prosesin həyata keçirilməsi zamanı rast gəlinən çətinliklərdən söz açmış və layihənin region ölkələri arasında əməkdaşlıq nümunəsi olduğunu qeyd etmiş, "Cənub" qaz dəhlizinin vacibliyini vurğulamışdır.

Konfrans çərçivəsində keçirilən "Dəmir İpək Yolu: Avropa və Asiyanı birləşdirərək" adlı ilk panel müzakirəsində iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Nərgiz Qurbanova çıxışında ölkəmizin regional tranzit qovşağına çevrilməsindən danışmış və bunun xüsusilə də, 2014-cü ildə NATO qüvvələrinin Əfqanıstandan çıxarılması kontekstində daha da aktuallaşdığını bildirmişdir. N.Qurbanova ölkəmizdə nəqliyyat infrastrukturunun ən yüksək standartlara cavab verməsi məqsədilə bu sahəyə yatırılan sərmayə, bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr, həmçinin gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı tədbirlər barədə panel iştirakçılarını məlumatlandırmışdır. İştirakçılar xüsusilə, Ələt beynəlxalq dəniz limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı-Tbilisi-Qars dəmir yolunun regional və qlobal əhəmiyyətini qeyd etmişlər. Ermənistanın regionda həyata keçirilən layihələrdən kənarda qalmasının məhz rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyinin nəticəsi olduğu bildirilmişdir.

"Boru kəməri siyasəti: İnteqrasiya, əməkdaşlıq, şaxələndirmə" adlı ikinci paneldə çıxış edən ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr Ofisinin direktoru Castin Fridman "Cənub" qaz dəhlizinin uzun müddətdir ki, ABŞ administrasiyasının prioritetlərindən hesab edildiyini, bp şirkətinin beynəlxalq əlaqələr üzrə baş direktoru Qreq Sanders isə Avropa ölkələrinin enerji tələbatının ödənilməsi baxımından Azərbaycan qazının və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) layihəsinin əhəmiyyətindən danışmışlar.

Konfransda əsas natiq qismində çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı, səfir Xəzər İbrahim Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin qlobal proseslərin ən mühüm iştirakçıları olan Avropa və Asiyanı birləşdirəcəyini qeyd etmişdir. O, eyni zamanda, Cənubi Qafqazda mövcud münaqişələrin həll edilməsi və regionun bütöv, sabit və inkişaf edən bölgəyə çevrilməsi üçün nadir imkanın yarandığını qeyd etmişdir.

Konfrans ABŞ dövlət qurumları, akademik dairələri, diplomatik korpus və mətbuat nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır.

Konfransda Türkiyə və Gürcüstan səfirliklərinin nümayəndələri də çıxış etmişlər.

 

Yusif BABANLI,

AzərTAc

 

Vaşinqton

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!