29 Noyabr 2022 01:59
390
İDMAN
A- A+
"V1 Challenge" Bakı kuboku uğrunda yarış keçirilib

"V1 Challenge" Bakı kuboku uğrunda yarış keçirilib

 

Noyabrın 27-də Dövlət Bayrağı Meydanında avtomobil yarışlarından biri - "V1 Challenge" seriyalarından olan yarış və drift-şou keçirilib.
AZƏRTAC xəbər verir ki, böyük marağa səbəb olan "V1 Challenge" Bakı kuboku Azərbaycan Avtomobil Federasiyanın və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə reallaşıb.
Avtoidman tədbirində "Volkicar"ların yarışı və drift avtomobillərin nümayişi təşkil edilib.
"Volkicar" maşınlarının iştirakı ilə keçirilən yarış isə təsnifat və final mərhələlərindən ibarət olub.
"Volkicar"larda yerli pilotlar müxtəlif yaddaqalan və həyəcanla izlənilən manevrlərlə birincilik uğrunda mübarizə aparıblar.
Gərgin anlar və müxtəlif maraqlı şou ilə yadda qalan yarışda 12 pilot öz məharətini göstərib.
Bakı kuboku tamaşaçılara yüksək sürət və heyrətləndirici dinamika ilə avtoidman həyəcanı yaşadıb. Buna yarışda iştirak edən pilotların bacarığı və "Volkicar"ların texniki imkanları şərait yaradıb. Belə ki, "Volkicar" yarış maşınlarının mühərriki 115 at gücündədir və 5 saniyədə 100 kilometr-saat sürət yığa bilir.
Qalibləri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti müəyyənləşdirib. Münsiflər heyətində tanınmış drifterlər Nil Qan (Niall Gunn) və Riçard Martin (Richard Martin) də təmsil olunublar.
"V1 Challenge" Bakı kubokunda ən yaxşı vaxt nəticəsini göstərən altı pilot finala vəsiqə qazanıb. Yarışda birinci yeri Elçin Həsənov, ikinci yeri Murad Həsənov, üçüncü yeri isə Adil Axundov tutub.
Finalda ilk üç yerə sahib olan qaliblərə kubok və sertifikatlar təqdim olunub. 
Mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər. Drift-şou pilotlarına isə sertifikatlar verilib.  "V1 Challenge" Bakı kuboku yarışının qalibi Elçin Həsənov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: "Çox gərgin şəraitdə birincilik uğrunda keçən mübarizədə qalib gəldim. Burada peşəkar sürücülər yarışırdılar. Birinci yeri qazanmaq çətin idi. Çünki digər pilotlar məni ötmək istəyirdilər. Yarışda sürəti düzgün seçmək, döngələri yaxşı kəsmək lazım idi ki, yarışın qalibi olasan. Mən bunu etməyi bacardım. 
Bundan əvvəl Gəncədə "Volkicar"ların yarışlarında iştirak etmişəm. Bu gün isə Bakıda yarışa qatıldım və finişə birinci çatdım. Yarışın təşkilatçılarına belə gözəl şərait yaratdıqları üçün minnətdarlığımı bildirirəm". 
İkinci yerin sahibi Murad Həsənov deyib: "Çox həyəcanlıyam. Mənim üçün fəxri kürsünün ikinci pilləsində yer almaq gözlənilməz nəticə oldu. Burada peşəkar pilotlar iştirak edirdilər. Təşkilati dəstək göstərən bütün qurumlara təşəkkür edirəm". 
Murad Həsənov avtomobil idmanı ilə 14 yaşından məşğul olduğunu, bu məşğuliyyətin onun həyat tərzinə çevrildiyini vurğulayıb: "Bu idman növünə çoxdan maraq göstərirəm. Kartinqdən başlayaraq digər yarışlarda iştirak etmişəm. Almaniya və başqa xarici ölkələrdə kurslar keçib, hazırlığımızı artırırıq. Bizə potensialımızı üzə çıxarmaq üçün geniş imkanlar yaradan Azərbaycan Avtomobil Federasiyasına minnətdarıq. Yarış yüksək səviyyədə təşkil edilib. İstəyirik ki, belə peşəkar yarışlar gələcəkdə Azərbaycanda tez-tez keçirilsin və biz də yarış təcrübəmizi daha da artıraq. Biz pilotlara dəstək olsunlar ki, xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edərək bayrağımızı yüksəklərə qaldıraq".
Mükafatçılardan biri Adil Axundov isə fikrini belə ifadə edib: "Yarışın təşkilində əməyi olan hər kəsə və qurumlara dərin minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, gələcəkdə belə gözəl tədbirlər çox təşkil olunacaq. Çünki Azərbaycanda avtomobilləri sevən, bu avtoidmanla məşğul olmaq istəyən həvəskar pilotlar çoxdur. Başqa idman növlərində böyük nailiyyətlərimiz olduğu kimi, əminəm ki, gələcəkdə avtoidman yarışlarında da uğurlarımız daha çox olacaq. Əvvəllər Azərbaycanda və Türkiyədə keçirilən kartinq yarışlarında, bu yaxınlarda isə Gürcüstanda çempionatda iştirak etmişəm. Yəni bu işlə peşəkarcasına məşğul oluram".
"Volkicar"ların yarışında iştirak edən digər pilot Rəhim Orucov yüksək səviyyədə təşkil olunan belə bir yarışa görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürünü bildirib. O qeyd edib ki, burada pilotların bacarıqlarını göstərməsi üçün onlara hərtərəfli şərait yaradılıb. Yarışdakı könüllülərə, marşallara, bizə dəstək olmaq və yarışı izləməyə gələn azarkeşlərə bütün pilotların adından təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, buna qədər ölkəmizdə "V1 Challenge" seriyasından bir neçə yarış təşkil olunsa da, "V1 Challenge" Bakı kuboku ilk dəfə keçirilir.
Yarış avtoidman həvəskarlarına adrenalin dolu anlar yaşatmaqla yanaşı, həm də yerli avtoidmanın inkişafina yönəlib.
Azərbaycan Avtomobil Federasiyası bu günədək avtomobil idmanının inkişafı, o cümlədən bu idman növünün gənclər arasında yayılması və yerli pilotların hazırlanmasına dəstək verən bir sıra layihələr reallaşdırıb. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!