14 Yanvar 2024 10:30
2834
Mədəniyyət
A- A+
Ustad sənətkar- Əhməd Ağdamski

Ustad sənətkar- Əhməd Ağdamski

 

Sənətin bir çox sahəsində öz istedadı ilə parlayan, silinməz izlər qoyan adamlar azdır. Azərbaycan incəsənəti və mədəniyyəti tarixində belə tanınmış simalardan biri də opera müğənnisi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) idi. 
Xalqın qəlbində teatra, peşəkar musiqiyə maraq oyatmaq, bu musiqinin yayılması və inkişafı yollarını tapmaq onu və o dövrün ziyalılarını mütəmadi düşündürən vacib məsələlərdən ən başlıcası idi. Bu il Əməkdar incəsənət xadimi  Əhməd Ağdamskinin 100 illik yübileyi tamam olur. 
Əhməd Ağdamski kimi tanınan Əhməd Bədəlbəyli 1884-cü ilin soyuq qış günü - yanvar ayında Ağdamda ziyalı ailəsində doğulub. Məşhur Bədəlbəyli nəslindən olan Əhməd bəy eyni zamanda dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin doğma xalası oğludur. Hələ uşaq yaşlarından xalq mərasim tamaşalarında iştirak edən Ə.Ağdamskinin sənətə olan böyük marağı onu teatra gətirib çıxarıb. O, səhnə fəaliyyətinə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında başlasa da, sonralar həm də "Səfa" Mədəni-Maarif Cəmiyyətinin truppasında, Hüseynqulu Sarabskinin "Müsəlman opera dəstəsi"ndə və "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. Lirik tenor səsə, məlahətli və geniş diapazonlu ifa bacarığına malik olduğundan milli aktrisaların yoxluğu ucbatından əsasən opera və operettalarda qadın rollarını ifa etməklə böyük şöhrət qazanıb.
XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə cəhalətin hökm sürdüyü bir dövrdə müsəlman qadınların səhnəyə çıxması qadağan idi. Qeyri millətlərdən olan qadın aktrisalar isə ana dilimizi səlis bilmirdilər və hər saatda inciyib tamaşanı yarımçıq qoyub gedirdilər. Bu səbəbdən də kişi aktyorlarımız qadın rollarında səhnəyə çıxmaq məcburiyyətində qalırdılar. İlk müsəlman operası olan "Leyli və Məcnun"da da belə bir hal baş verdi. Leyli rolunda ilk dəfə aşpaz şagirdi Əbdürrəhman Fərəcov, ardınca isə sonralar opera tariximizdə adı əbədiləşən Ə.Ağdamski çıxış etdi. Xurafatın, nadanlığın mövcud olduğu bir zamanda Əhməd Bədəlbəyli təhqirlərə məruz qalmamaq üçün tanınmasın deyə bütün sənədlərdə adını "Miri" yazdırırdı. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürdü. Aktyorun çıxışı Üzeyir bəyin o qədər xoşuna gəlir ki, sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir. 
Ə.Ağdamskinin oynadığı rollar xarakter etibarilə bir-birindən fərqlənirdi. O, bu obrazların hər birini tamam ayrı səpkidə canlandırır, tək oyun tərzini deyil, hətta səsini belə dəyişdirirdi. 
Aktyor XX əsrin 20-ci illərinin əvvəllərində doğma vətəninə - Qarabağa qayıdır və Ağdamda teatr truppası yaradır. O, bir çox tamaşanın rejissoru olmaqla yanaşı, həm musiqili, həm də dram əsərlərində bir xanəndə-aktyor kimi çıxış edirdi. 
1934-cü ildə Ağdaşa köçür və burada ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunun musiqi məktəbində tardan dərs verir. Ağdaşa gəldiyi gündən rayon ziyalıları arasında böyük hörmət qazanır və el məclislərində yaxından iştirak edir. 
Ə.Ağdamski orijinal siması olan sənətkarlardandır. Onda hümanizm ruhu çox güclü idi. Oynadığı bütün rollar tamaşaçıları tərəfindən müsbət qiymətləndirilirdi. O, fədakar əməyinin bəhrəsi olaraq 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Əhməd Ağdamski 1954-cü il aprelin 1-də Ağdaş rayonunda vəfat edib.

İ.ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Odessa raket və dron hücumuna məruz qalıb, azı 7 nəfər ölüb

09:47
16 Aprel

Mərkəzi Komandanlıq: Hörmüzdə ABŞ-nin blokadası başlayandan bəri 10 gəmi geri qaytarılıb  

09:39
16 Aprel

"Azərenerji" və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub

09:00
16 Aprel

"Uğurlarıma görə müəllimlərimə minnətdaram"  

08:55
16 Aprel

Milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi

08:50
16 Aprel

Ot kökü üstə bitər

08:45
16 Aprel

Qeyri-neft sektoru üzrə ixracda aqrar və aqrar-sənaye məhsullarının çəkisi yüksəkdir

08:40
16 Aprel

Qardaş ölkə, strateji tərəfdaş

08:35
16 Aprel

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

08:30
16 Aprel

Bakı qlobal əməkdaşlığın strategiyasını formalaşdırır

08:25
16 Aprel

İqtisadi inteqrasiya artdıqca etimad mühiti də güclənir

08:20
16 Aprel

Ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışı

08:15
16 Aprel

İnkişaf, yoxsa ideoloji girovluq

08:10
16 Aprel

Xəyanət şəbəkəsinin fiaskosu: Qarabağda nə sülhməramlı qaldı, nə də separatçı 

08:05
16 Aprel

Milli maraqları qətiyyətlə təmin edən lider

08:00
16 Aprel

Peskov: Rusiya Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etmir

07:38
16 Aprel

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub

07:37
16 Aprel

Çempionlar Liqası: “Bavariya” və “Arsenal” yarımfinala yüksəlib

07:36
16 Aprel

BMT İrana humanitar yardım üçün 12 milyon dollar ayırıb

07:33
16 Aprel

Kiyevə ballistik raket zərbələri endirilib, ölənlər və yaralananlar var

07:32
16 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!