02 May 2024 11:43
107
CƏMİYYƏT
A- A+

ÜST pandemiya ilə uşaqlarda piylənmə arasında əlaqəni göstərib  

 

COVID-19 pandemiyası Avropada məktəbyaşlı uşaqlarda piylənmənin artmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisi çərşənbə günü yaydığı yeni hesabatda bu mənfi tendensiya ilə bağlı hərəkətə keçmək üçün həyəcan təbili çalıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 17 ölkədən əldə edilən nəticələrə görə, 7-9 yaş arası oğlan və qızlar ekrana baxmağa daha çox, çöldə oynamağa daha az vaxt sərf edirlər ki, bu da eyni yaş aralığında kilolu uşaqların sayının artmasına səbəb olur. 2020-ci ilin martında dünya miqyasında karantin rejiminin başlamasından sonra 2021-2023-cü illərdə 50 mindən çox azyaşlı arasında sorğu keçirilib.

ÜST-nin hesabatında deyilir ki, bəzi ölkələrdə daha çox ailənin birlikdə yemək yeməsi kimi müsbət dəyişikliklər baş verib, lakin qeyri-sağlam qidalanma vərdişlərinin və oturaq həyat tərzinin artması da daxil olmaqla bəzi neqativ tendensiyalar da var.

Hesabatda uşaqların 36 faizinin karantin günlərində televizora baxmaq, onlayn oyunlar oynamaq və ya sosial mediadan istifadə etmək, 34 faizinin isə həftə sonları ekran qarşısında əylənmək üçün sərf etdikləri vaxtın artdığı ortaya çıxıb. Diqqəti çəkən əsas məqamlar arasında uşaqların 28 faizinin həmin dövrdə gün ərzində açıq havada keçirdikləri vaxtın minimuma enməsi, onların 42 faizinin xoşbəxtlik və rifah halının azalması, hər beş nəfərdən birinin daha tez-tez kədərləndiyini bildirməsi faktları yer alıb.

ÜST ümidvardır ki, bu hesabat region ölkələrini sağlam davranışları dəstəkləyən mühit yaratmaqla yanaşı, həm də qidalanma və fiziki aktivliyi yaxşılaşdırmaq istiqamətində təcili tədbirlər görməyə sövq edəcək. Təşkilatın Qidalanma və Uşaqların Piylənməsi üzrə Əməkdaşlıq Mərkəzinin rəhbəri, hesabatın həmmüəllifi Ana Rito bildirib ki, region dövlətləri qlobal pandemiyaya əsaslanan davranış dəyişikliklərinin problemli nəticələrinə dair konkret sübutlarla təchiz edilib. Onun sözlərinə görə, pandemiya uşaqlarda piylənmə ilə mübarizənin aktuallığını üzə çıxarıb və ölkələr bütün azyaşlılar üçün sağlam qidalanma və fiziki fəaliyyətə üstünlük vermək istiqamətində tədbirlər görməlidir. ÜST qeyri-sağlam məhsullara marketinq məhdudiyyətləri və vergilər, qidalar üzərində dəqiq qidalanma etiketləri, pəhrizləri yaxşılaşdırmaq və fiziki fəaliyyəti təşviq etmək üçün məktəblər üçün nəzərdə tutulan proqramlar hazırlamaq kimi tədbirləri tövsiyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video