12 Noyabr 2026 15:49
79
CƏMİYYƏT
A- A+
Uşaqların parklara tez-tez getməsi onların ruhi sağlamlığını gücləndirir  

Uşaqların parklara tez-tez getməsi onların ruhi sağlamlığını gücləndirir  


Yeni aparılan elmi araşdırmadan məlum olub ki, uşaqlıq dövründə mütəmadi olaraq parklara baş çəkmək uşaqların ruhi sağlamlığına və sosial bacarıqlarına müsbət təsir göstərir.

“Epidemiology and Community Health” jurnalında dərc edilən araşdırma 4 mindən çox iştirakçının məlumatları əsasında aparılıb. Alimlər müəyyən ediblər ki, doğuşdan 11 yaşa qədər həftədə azı bir dəfə parka aparılan uşaqların sosial-emosional inkişaf qiymətləndirmələrində, daha az gedənlərlə müqayisədə orta hesabla 16,5 faiz daha yüksək nəticə göstərdiyi məlum olub. Bu müsbət təsir ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq özünü doğruldub.

Tədqiqatın rəhbəri, Böyük Britaniyadakı Ekseter Universitetinin tədqiqatçısı Mark Ferquson bildirib ki, parklar uşaqlara həm fiziki fəallıq üçün şərait yaradır, həm də onların təxəyyülə əsaslanan oyunları vasitəsilə özünəinam və müstəqillik qazanmasına kömək edir. Alimlər qeyd edirlər ki, park ziyarətləri uşaqlarda emosional problemlərin, hiperaktivlik və diqqətsizlik kimi davranış çətinliklərinin azalması ilə bağlıdır. Həmçinin bildirilib ki, yaşı az olan uşaqlar daha çox imkanlı ailələr tərəfindən parklara aparılsa da, imkansız ailələrin uşaqları böyüdükcə parklardan daha çox faydalanmağa başlayırlar.

Alimlərin fikrincə, parkların pulsuz və hər kəs üçün əlçatan olması cəmiyyətdəki sosial bərabərsizliklərin aradan qaldırılmasına kömək edə bilər. Lakin bunun üçün bütün ailələrin təhlükəsiz və keyfiyyətli parklardan bərabər səviyyədə yararlanması vacibdir.


Təhminə VERDİYEVA,

“Azərbaycan”





Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kamran İmanov ÜƏMT-nin Qlobal Forumunda süni intellektin hüquqi tənzimlənməsi ilə bağlı təkliflər irəli sürüb 

15:50
12 Noyabr

Uşaqların parklara tez-tez getməsi onların ruhi sağlamlığını gücləndirir  

15:49
12 Noyabr

Özbəkistan buzdan su anbarı yaradır

15:47
12 Noyabr

Türkiyənin COP31-də ortaya qoyduğu hədəf nədir?

15:46
12 Noyabr

Məsud Pezeşkian: ABŞ-nin İrana hücumu 1,5 milyon ton karbon qazı emissiyasına səbəb olub  

15:45
12 Noyabr

 Onkovaksin ilk pasiyentdə metastazları məhv edib

15:44
12 Noyabr

Avropa İttifaqında elektrik enerjisinin qiyməti ucuzlaşıb

15:43
12 Noyabr

Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib

15:42
12 Noyabr

İstehlak qiymətləri açıqlanıb

15:40
12 Noyabr

Yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlara ödənilmiş ƏDV-nin məbləği 29 milyon manat olub  

15:39
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib  

15:21
12 Noyabr

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

15:19
12 Noyabr

Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək

15:19
12 Noyabr

Antalyada Türkiyə və İran prezidentləri arasında görüş keçirilib

15:17
12 Noyabr

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib  

15:16
12 Noyabr

Gəncədə şəhid Rəşad Ələkbərovun xatirəsi anılıb  

15:14
12 Noyabr

Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb

15:12
12 Noyabr

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb  

15:10
12 Noyabr

BMT-nin Baş katibi COP31 tribunasından nəzarətsiz metan çirklənməsindən imtina etməyə çağırıb  

14:50
12 Noyabr

Maya Sandu: Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır 

14:48
12 Noyabr

Konstitusiyamız müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlidir  

14:11
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!