Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Azərxalça” ASC maraqlı tədbir keçirib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir Azərbaycanda geniş qeyd olunur. Məlum olduğu kimi, 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil edilən Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülüb. 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı da sözügedən tədbirdə verilib.
Qeyd edək ki, uşaqların müdafiəsi, onlara qayğı göstərilməsi məqsədilə respublikamızda xeyli işlər həyata keçirilib. Uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar Azərbaycanda qanunvericilik bazası formalaşıb, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. 1998-ci il 19 mayda “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Bu əlamətdar gün – 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü artıq üçüncü ildir ki, “Azərxalça” ASC-də geniş qeyd edilir.
Bu il “Azərxalça” ASC, “United Aid For Azerbaijan” (UAFA) təşkilatı və “McDonald’s” şirkətinin birgə təşkilatçılığı ilə UAFA-nın Yasamalda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları üçün “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda xüsusi tədbirlər, ustad dərsləri təşkil edilib. Xüsusi qonaqlar xalçalarla tanış olublar. Onlar toxuma prosesində iştirak edib, yaradıcı qrupun nəzarəti altında, öz təxəyyüllərinə uyğun olaraq milli xalça naxışlarını, xüsusilə Qarabağ xalçalarının ornamentlərini boyayıblar.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində keçirilən tədbir uşaqların sosial reabilitasiyası baxımından təqdirəlayiqdir. Yeniyetmələrin bacarıq və özünə inamlarının nümayişi üçün nəzərdə tutulan ustad dərslərinin onlarda pozitiv əhval-ruhiyyə yaratmaq, cəmiyyətə inteqrasiyası, sosiallaşmaq baxımından əhəmiyyətlidir. “Azərxalça” ASC-dən bildirilib ki, məqsəd bu uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə diqqətlə yanaşmaqdır.
Ustad dərsləri başa çatdıqdan sonra uşaqlar üçün təşkil olunmuş bayram McDonald’s filialında davam etdirilib. Uşaqlar McDonald’s-da şən musiqilər dinləyib, rəqs edib, əylənib, eyni zamanda da öz sevimli menyularını dadaraq gözəl vaxt keçiriblər.
“Azərxalça” ASC-dən verilən məlumatda uşaqların istedadının üzə çıxarılması, fiziki məhdudiyyəti olan uşaqların ictimai həyatda fəal iştirakı, inteqrasiya olunması, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində bu tipli tədbirləri il ərzində davam etdirməyi də planlaşdırdıqları qeyd olunub.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq ...
20 Aprel
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
20 Aprel
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
20 Aprel
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
20 Aprel
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
20 Aprel
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!