Unudulmaz günlər yaşadıq
Hamı yaxşı bilirdi ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunacaq. Bunu deməyə əsas da var idi. Götürək iki il əvvəlki ilk Avropa Oyunlarını. Azərbaycan bu idman yarışlarına elə yüksək səviyyədə evsahibliyi etdi ki, dünya heyran qaldı.
Bu dəfə də belə oldu. İstər İslamiadanın açılış, istər bağlanış mərasimləri, istərsə də 10 gündən artıq davam edən yarışların təşkili Azərbaycanın nəyə qadir olduğunu bir daha sübut etdi. Sübut etdi ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dinlər, mədəniyyətlərarası dialoqun, yaxınlaşmanın, sülhün təmsilçisidir. Multikultural dəyərlərin bir arada əmin-amanlıqla mövcud olduğu, tolerantlığın hökm sürdüyü ölkədir, yaratdığı bu bəşəri modellə dünyaya nümunədir.
Hər belə tədbir Azərbaycanın dövlət müstəqilliyini, dünyada tutduğu mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan İslam Həmrəyliyi Oyunları da müstəsna əhəmiyyətə malikdir. Təəssüf ki, İslam dünyası təmsilçiləri arasında iqtisadi, sosial, mədəni və idman əlaqələri hələ də yetərli sayılacaq səviyyədə deyil. Tarix və mədəniyyət baxımından yaxın, doğma olan dövlətlər belə müəyyən səbəblərdən bir-birindən ayrı düşüb...
Sözsüz ki, İslam Həmrəyliyi Oyunlarından sonra iştirakçı ölkələrin Azərbaycana marağı və meyli artacaq. Eləcə də biz onlarla daha yaxından maraqlanmağa başlayacağıq. Belə tədbirlərin, görüşlərin, yaxınlaşmaların sayı artdıqca əlaqələrimiz də genişlənəcək, əməkdaşlığımız da. Elə həmrəylik də ilkin olaraq buradan başlayır...
Qaldı idmançılarımızın çıxışlarına, onlar hər gün bizə həyəcanlı anlar, bol-bol sevincli günlər yaşatdılar. Nəticədə tarixə çevrilən həmin may günləri yaddaşlara əbədi həkk olundu.
İlqar HƏTƏMOV,
Şamaxı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!