07 May 2024 16:21
206
CƏMİYYƏT
A- A+

Unikal tərkibli plastik material hazırlanıb

 

Bəzi plastik növlərini həzm edə bilən bir neçə bakteriya ştamı müəyyən edilib. Mikrobioloqlar müəyyən edilmiş bakteriyaları yeni növ qablaşdırma materialının hazırlanmasında istifadə etməyi qərara alıblar. Plastikin yaradılmasında polimerlərdən istifadə edilir. Onlaın kimyəvi yol ilə parçalanması isə böyük enerji sərfiyyatını tələb edir. Buna alternativ qismində alimlər polimerlərin kimyəvi əlaqələrini xüsusi ferment sayəsində parçalamağa qadir olan bakteriyalara müraciət ediblər. Bakteriyaların bu prosesə vaxtından əvvəl başlamamaları üçün mütəxəssislər “Bacillus subtilis” adlı bakteriya növünü ən geniş yayılmış plastik materiallardan biri olan termoplastik poliuretana yerləşdiriblər.
Mütəxəssislərin istifadə etmiş olduqları bu üsul bakteriyaların, plastik materialın yalnız təkrar emalı zamanı aktivləşmələrinə imkan verir. “Bacillus subtilis” adlı bakteriya növünün əsas özəlliyi ondan ibarətdir ki, o, insanın termoplastik poliuretan tərkibli məhsuldan istifadə etdiyi müddətcə yatmış şəkildə olur. Məhsulun təkrar emalı zamanı isə bu bakteriya yuxudan oyanır və polimerlərin parçalanması prosesinə start verir.
Daha öncə güman edilirdi ki, plastikdə bioloji materialın istifadəsi plastik materialın dözümlülük özəlliklərini zəiflədəcək. Lakin mütəxəssislər əks effektə nail olublar. Məlum olub ki, tərkibində bakteriya sporunu birləşdirən plastik material digər analoqlardan daha dözümlüdür. Bu isə bakteriyaların su keçirməyən səthləri ilə bağlıdır. Belə ki, onların səthləri polimer birləşmələri ilə qarşılıqlı əlaqədə olurlar və həmin birləşmələri daha da bərkidirlər. Yeni istehsalat növünün nə zaman kütləvi hal alacağı barədə məlumat verilməyib.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video