30 İyun 2018 01:06
418
Təhsil
A- A+
UNEC-də “Məzun günü”ndə Monpelye Universitetinin diplomları təqdim edildi

UNEC-də “Məzun günü”ndə Monpelye Universitetinin diplomları təqdim edildi

 

Özünəməxsus təhsil ənənələri ilə seçilən UNEC-in möhtəşəm “Məzun günü” bir çox yeniliklərlə yadda qalıb.

“İnter Arena” stadionunda keçirilən təntənəli mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, deputatlar, xarici qonaqlar, ictimaiyyət nümayəndələri, UNEC-in fəxri məzunları və II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər iştirak edib.

Məzunları təbrik edən UNEC-in rektoru, professor Ədalət Muradov bu günü hesabat anı adlandırıb: “Ölkə başçısı, valideynlər və bütövlükdə cəmiyyət qarşısında bizə əmanət edilən 3468 gəncin gələcəyə hazırlığı barədə hesabat veririk. Məzunlarımızın iş dünyasında peşəkar mütəxəssis kimi önəmli yer tutacağına, Azərbaycanın sosial-iqtisadi həyatında fəal rol oynayacağına, ölkənin hərtərəfli inkişafına öz töhfələrini verəcəyinə və Vətən qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəyinə əminik”. Ə.Muradov UNEC-in məzunlara qazandırdığı bilik və dəyərlərin onlar üçün uğura aparan yol göstəricisi olacağını bildirib: “UNEC ailəsi olaraq digər məzunlarımız kimi, sizin də naliyyətlərinizi qürurla izləyəcəyik!”

25 il öncə təhsil aldığı ali məktəbin bu önəmli gününə fəxri məzun kimi dəvət olunmaqdan məmnunluğunu ifadə edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetinin məzunu olmaları münasibətilə gəncləri təbrik edib. Ölkənin bilikli və bacarıqlı gənclərə, iqtisadçılara daim ehtiyacı olduğunu, UNEC-in bu tələbləri layiqincə yerinə yetirdiyini diqqətə çatdıran V.Gülməmmədov UNEC-in son dövrdəki uğurlarını, beynəlxalq reytinqlərdə yer almasını və dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığını qürurla izlədiyini bildirib: “Sevindirici haldır ki, bu gün məzunlar arasında UNEC ilə Fransanın Monpelye Universitetinin ikili diplom proqramının ilk məzunları da var”.

“Məzun günü”ndə iştirak etmək üçün Azərbaycana gələn Fransanın Monpelye Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri, “Beynəlxalq Biznes Mühəndisliyi” magistr proqramının və “Beynəlxalq Menecment və Biznes” bakalavr proqramlarının rəhbəri, professor Gilles Sere de Lanauze Azərbaycanla Fransa arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığı təqdirəlayiq adlandırıb. UNEC ilə Monpelye Universitetinin ikili diplom proqramının əhəmiyyətindən söz açan qonaq bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, Monpelye Universitetinin UNEC ilə uğurlu əməkdaşlığını digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Sonra proqramın ilk məzunlarına Monpelye Universitetinin diplomları təqdim edilib.

Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək bal (98.53) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Səbinə Nəcəfzadə UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. Bildirib ki, UNEC-də tələbələrin beynəlxalq standartlara cavab verən ali təhsil alması üçün hər şərait yaradılıb. Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran S.Nəcəfzadə UNEC məzunu olmağı ilə fəxr etdiyini bildirib.

S.Nəcəfzadə UNEC-in bayrağını III kurs üzrə ən yüksək nəticə göstərən tələbəyə təhvil verərək, 3468 məzun adından təntənəli and içib.

UNEC-in himninin sədaları altında dekanlar fakültə üzrə ən yüksək bal toplayan məzunları təltif edib. Sonra ənənəvi “papaq atma” mərasimi keçirilib.

Tədbir konsert proqramı ilə davam etdirilib.

 

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!