12 Dekabr 2021 14:59
1016
SİYASƏT
A- A+
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub

 

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mediatur zamanı Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Bəkir Orucov bu hərbi təhsil ocağının yaranma tarixi, inkişaf yolu və fəaliyyəti, təlim-tədris prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıdakı 2 saylı səkkiz illik internat məktəbinin bazasında yaradılıb. 1997-ci il noyabrın 24-də Ulu Öndərin Sərəncamı ilə məktəb Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb.

Diqqətə çatdırılıb ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsas hədəfi orduya savadlı, bacarıqlı və vətənpərvər zabitlər yetişdirməkdir. Çalışırıq ki, gələcək zabitlərimiz - kursantlar burada yaxşı təhsil alsınlar, intizamlı olsunlar və ali hərbi məktəblərdə təhsillərini uğurla davam etdirsinlər. Onları Vətən və xalq üçün bacarıqlı, vətənpərvər zabit kimi yetişdirmək əsas vəzifəmizdir. Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu günə qədər 12 mindən çox məzun verib. Məzunlardan 20-dən çoxu general rütbəsinə qədər yüksəlib.

Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra Hərbi Liseyin məzunları ordu quruculuğunda, respublikamızın ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Liseyin məzunlarından 100-dən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunub, 11 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Onların adları Azərbaycanın hərb tarixinə əbədi həkk edilib.

General-mayor Bəkir Orucov bildirib ki, Hərbi Liseyin zabitləri 44 günlük Vətən müharibəsində mətanətlə vuruşublar. Vətən müharibəsində Hərbi Liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib. Onlardan 3-ü yaralanıb, mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfər Vətən Müharibəsi Qəhrəmanı adı, digərləri isə orden və medallarla təltif olunub.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Səməd Əliyev bildirib ki, bura gəlməkdə əsas məqsədim peşəkar zabit olmaqdır. İlk dəfə zabitlərin fədakarlığını aprel döyüşlərində gördüyünü deyən kursant, qeyd edib ki, bundan sonra zabit olmaq arzumu reallaşdırmağa yönəldim: Doqquzuncu sinfi bitirdikdən sonra bura imtahan verərək qəbul oldum. Burada biz peşəkar zabit olmağın ilk addımlarını atırıq. Burda oxumaqla daim fəxr edirəm.

Media nümayəndələri Hərbi Liseyin tədris korpusları, tibb məntəqəsi, idman kompleksi, interaktiv tir zalı, kursant yataqxanası, yeməkxana və digər inzibati binalarla tanış olub, kursantların məişət şəraiti, hərbi və fiziki hazırlığı, tədris prosesi ilə maraqlanıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!