15 İyun 2023 09:00
429
SİYASƏT
A- A+
Ulu Öndərin qurtuluş mirası: Ümid körpüsündən Şuşa Bəyannaməsinə

Ulu Öndərin qurtuluş mirası: Ümid körpüsündən Şuşa Bəyannaməsinə

 

Yetmiş illik sovet dönəmindən sonra Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyinə qovuşdu. Amma müstəqilliyimizin ilk illəri ağır sınaqlarla, faciəli hadisələrlə, siyasi xaosla və iqtisadi çöküşlə yadda qaldı. Müstəqilliyin ilk illərinin belə gəlişi insanlarda böyük bədbinlik yaratmışdı. Müstəqillik bir arzu, xəyal və ideal idi. Bir çoxları müstəqilliyi problemlərin öz-özlüyündə həll edilməsi kimi başa düşürdü. Amma reallıq fərqli idi. Müstəqillik nəinki mövcud problemləri həll etməmişdi, hətta özü ilə yeni problemlər, çətinliklər və çağırışlar gətirmişdi. 
70 il SSRİ iqtisadiyyatının tərkib hissəsi kimi sosializm üzərində qurulmuş Azərbaycan iqtisadiyyatı birdən-birə  kapitalizmə keçməli idi. Köhnə sistem dağılmış, yeni sistem isə nəinki qurulmamışdı, hətta o barədə bir anlayış belə demək olar ki, yox idi. 
Eyni zamanda Qarabağda erməni separatizmi alovlanmışdı və torpaqlarımızın işğalı prosesi başlamışdı, ordumuz isə, ümumiyyətlə, yox idi. Sovet idarəçilik sistemi dağılmışdı, yeni idarəetmə sistemi yox idi. Sözdə demokratiya və azadlıqdan danışılsa da, əslində, demokratiyanın, azadlığın praktikada necə olması, necə qurulması barədə bir baxış yox idi. Formal müstəqillik elan edilmişdirsə də, faktiki müstəqillik mövcud deyildi, üstəlik bir çox ziddiyyətli xarici qüvvələrin marağı Azərbaycana yönəlmişdi. Bu maraqlar isə Azərbaycana yaxşı nəsə vəd etmirdi. Milli birlikdən bəhs edilsə də, buna hələ nail olunmamışdı. 
Üstəlik belə bir ağır taleyüklü dönəmdə respublikada doğru, düzgün siyasət yürüdən  lider yox idi. Belə şəraitdə, bir tərəfdən hakimiyyət hərisi olan naşı qüvvələr, digər tərəfdən isə xarici qüvvələrin təsiri altında olan qruplar hakimiyyət uğrunda amansız mübarizəyə girişmişdi. Havadarlarının dəstəyinə arxalanan Ermənistan isə fürsəti fövtə vermək istəmirdi. Azərbaycanlılar 1990-cı ildə 20 Yanvar və 1992-ci ildə Xocalı qırğınlarına məruz qaldılar. Şuşa kimi alınmaz qala, milli və tarixi qürur simvolumuz düşmənin işğalı altına düşdü. Qarabağla Ermənistan arasında olan son dərəcə strateji əhəmiyyətli Laçın düşmənin əlinə keçmişdi. 1993-cü ildə isə Kəlbəcər də işğal olundu. Bakıda isə hakimiyyət uğrunda mübarizə nəinki səngimir, əksinə, daha da şiddətlənirdi. Nəhayət, 4 iyun 1993-cü ildə ölkəmiz vətəndaş müharibəsinin astanasına gəlib çıxdı, Gəncədə qardaş qanı axıdıldı. 
Bütün bunlara baxmayaraq, xalqın inamı hələ tam sönməmişdi. Çünki Heydər Əliyev kimi böyük oğlu vardı. Nəinki sadə xalqın, eləcə də respublikanın bu ağır duruma gəlib çıxmasına əsas məsuliyyət daşıyan ozamankı ölkə rəhbərliyinin də gözləri Heydər Əliyevə dikilmişdi, onu təkidlə paytaxt Bakıya dəvət edərək yaranmış çıxılmaz vəziyyətdən çıxış yolu tapmasını gözləyirdilər. 
Ulu Öndər Heydər Əliyev xalqın səsinə səs verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi. İyunun 15-də isə Azərbaycan Ali Sovetinin Sədri seçildi. İyunun 24-dən etibarən Heydər Əliyev həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Milli Məclis 1997-ci ildə 15 İyunu dövlət bayramı elan etmişdir və o vaxtdan bu tarix Milli Qurtuluş Günü kimi qeyd olunur. 
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə, amma müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin çoxsaylı problem və çətinliklərdən qurtulması, ağır imtahan və sınaqlardan üzüağ çıxması üçün keşməkeşli bir yol başladı. Bu yolun bələdçisi Heydər Əliyevin intellektual dühası, nəhəng idarəçilik təcrübəsi, vətən sevgisi və Azərbaycan xalqının məhəbbətindən qidalanan mənəvi gücü idi. Məhz Heydər Əliyevin  qüdrəti sayəsində Azərbaycan vətəndaş müharibəsindən, dövlətçiliyinin itirilməsindən, iqtisadi tənəzzüldən, mənəvi böhrandan qurtuldu və rifah, inkişaf yoluna qədəm qoydu.
 Bu yolda Heydər Əliyev çox mücadilələr apardı. Elə bir onu demək kifayətdir ki, Heydər Əliyevə qarşı dəfələrlə sui-qəsd və silahlı dövlət çevrilişi cəhdləri təşkil edildi. Bundan əlavə müxtəlif mütəşəkkil silahlı dəstələrin zərərsizləşdirilməsi, ictimai asayişin bərpası və sabitliyin təmin edilməsi kimi məsələlər zaman, cəsarət və iradə tələb edirdi.
Əlbəttə ki, Heydər Əliyevin öndərlik etdiyi qurtuluş yolu hər biri ayrıca tədqiqat mövzusu olacaq mürəkkəb, çoxşaxəli və müxtəlif nüanslar, məqamlar, addımlar, planlar və fəaliyyətlərlə zəngin olmuşdur. Bir məsələ üzərində xüsusi dayanmaq istərdim. Qurtuluş Günü 15 İyun tarixi üçün elan edilsə də, əslində, Heydər Əliyev müstəqil Azərbaycanın qurtuluşuna daha əvvəldən başlayıb. Bu mənada hələ Naxçıvanda onun təşəbbüsü və rəhbərliyi ilə Türkiyə ilə Naxçıvan arasında ərsəyə gətirilmiş Ümid körpüsü xüsusi vurğulanmalıdır. 
Ümid körpüsü 28 may 1992-ci ildə Azərbaycanla Türkiyə arasında sərhəddə Araz çayı üzərində açılıb. Körpünün açılışında Heydər Əliyevlə birgə Türkiyənin o dövrdə baş naziri Süleyman Dəmirəlin rəhbərliyi altında böyük nümayəndə heyəti də iştirak etmişdi. Süleyman Dəmirəl körpünün açılışı zamanı çıxışında demişdi: "Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik". 
Ulu Öndər Heydər Əliyev isə o zaman demişdir: "Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum". 
Azərbaycan tarixini mükəmməl bilən Heydər Əliyevin bu sözləri təsadüfi deyildi. Çünki bu körpü sözün həqiqi mənasında bir ümid, həsrət körpüsü idi. Bu sözün mahiyyətini başa düşmək üçün 1945-ci ildə Türkiyəyə  sığınmış azərbaycanlıların Boraltan körpüsü üzərində başına gətirilmiş tarixi faciəni xatırlamaq yerinə düşər. Həmin azərbaycanlılar repressiyalardan qurtulmaq üçün son ümid yeri olaraq Türkiyəyə sığınmışdılar. Amma o ümid sonda puç oldu. Ozamankı Türkiyə rəhbərliyi azərbaycanlıları SSRİ-yə təhvil verməyə razılaşır. Baxmayaraq ki, azərbaycanlılar "xahiş edirik bizi burada güllələyin, öz bayrağımız altında ölək" deyirdilər. Boraltan körpüsündən keçən əlibağlı azərbaycanlılar elə oradaca türk əsgərlərinin gözləri önündə güllələnirlər. Türk polis bölməsi komandirinin bu hadisədən sonra özünü öldürdüyü deyilir. Bununla bağlı bir ağı da yaranıb:
"Boraltan bir köprü, aşar geçer Aras'ı,
Yusan Aras suyuyla, çıkmaz yüzün karası.
Düşman bekler karşıda, önüne kattı beni,
Can alınan çarşıda, kardeşim sattı beni.
Dönüp seslendim geri, merhametsiz birine,
Beni siz vursaydınız, şu gavurun yerine".

İki qardaş ölkənin arasında güllələnən bu insanların faciəsi həm də iki qardaş ölkənin  həsrətinin rəmzidir.  Beləliklə, Ümid körpüsü təkcə Naxçıvanın blokadasının qırılması və insanların vəziyyətinin yaxşılaşdırılması üçün deyil, eləcə də Türkiyə və Azərbaycanın həsrətinin bitməsi, onların yaxınlaşması və birliyi üçün önəmli təməl olmuşdur. Bununla bir tərəfdən Ulu Öndərin "bir millət, iki dövlət" fəlsəfəsi real surətdə həyata keçirilməyə başlamış, digər tərəfdən isə Azərbaycanın müxtəlif təhdidlərdən, beynəlxalq təzyiq və təhlükələrdən, eləcə də işğaldan qurtulmaq strategiyası praktik olaraq formalaşmağa başlamışdır. 
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ilk andan Prezident Ərdoğan Türkiyənin Azərbaycana siyasi dəstəyini ifadə edərək ölkəmizin yanında olduğunu bütün dünyaya bildirdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məhz Türkiyə Prezidenti Ərdoğanın bu mesajı bir çox ölkələrin Azərbaycanla Ermənistan arasındakı müharibəyə xaricdən müdaxilə cəhdlərinin qarşısını aldı. Prezident Ərdoğan işğaldan azad edilmiş torpaqlarımıza və Şuşa şəhərinə səfər etmiş ilk xarici ölkə başçısıdır. 2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Ərdoğan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini imzaladılar. Bununla da faktiki müttəfiqliyimiz rəsmiləşdi. Azərbaycan-Türkiyə münasibətlərində yeni era başladı. 
Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" fəlsəfəsinin praktik təcəssümü olaraq Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının 15 İyun Qurtuluş Günündə baş verməsi bayrama bayram qatır. Çünki Şuşa Bəyannaməsi qurtuluşumuzun məntiqi nəticəsi və əbədiliyinin daha bir zəmanətidir, Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi deməkdir.
Sevindirici haldır ki, yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan Azərbaycana 12-13 iyunda səfər edib. Bu səfər həm Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin ildönümü ərəfəsində baş verib. Səfər zamanı Prezident Ərdoğan bildirib ki, "Türkiyə-Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənir". Prezident İlham Əliyev isə diqqəti münasibətlərin beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyətinə yönəldib: "Türkiyə-Azərbaycan birliyi sabitlik, inkişaf və təhlükəsizik faktorudur". Bu bəyanatlar Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsinə, Ulu Öndərin "bir millət, iki dövlət" fəlsəfəsinin praktik surətdə reallaşdırılmasının davam etdirilməsinə olan qarşılıqlı sədaqətin ifadəsidir.
 Qeyd edilənlər bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ölkəmizin qurtuluşu üçün misilsiz rol oynayıb. Onun ilkin cığırlarını açdığı, təməllərini yaratdığı bu qurtuluş yolu bu gün də həm ölkəmizin milli maraqları, rifahı və inkişafı, həm regionda sülh və tərəqqi, eləcə də bütün türk dünyası üçün mühüm rol oynayır. 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimizin torpaqlarımızı işğaldan azad etməsi və zəfər qazanması Heydər Əliyevin Azərbaycana gətirdiyi qurtuluşun davamıdır. Ulu Öndərin qoyub getdiyi böyük irs etibarlı əllərdədir. 

Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!