06 May 2025 08:20
524
SİYASƏT
A- A+
Ulu Öndərin müəllifliyi ilə çağdaş tariximizin parlaq səhifələri yaradılmışdır 

Ulu Öndərin müəllifliyi ilə çağdaş tariximizin parlaq səhifələri yaradılmışdır 


Azərbaycan ictimaiyyəti dövlətimizin memarı və qurucusu, öz xidmətləri ilə xalqımızın Ümummilli Liderinə çevrilmiş Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qarşılayır. Bu münasibətlə respublikamızda keçirilən müxtəlif məzmunlu tədbirlər göstərir ki, xalqımız öz dahi oğlunun əziz xatirəsini böyük ehtiramla yad edir. 

İllər ötsə də, Heydər Əliyevin siyasi irsi, dövlətimiz və xalqımız qarşısındakı xidmətləri barədə söz açmağa hər zaman ehtiyac duyulur. Çünki Azərbaycanın bugünkü inkişafının, yüksəlişinin təməlində məhz Heydər Əliyevin ideyaları, bu dahi şəxsiyyətin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Başqa cür desək, bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Heydər Əliyev siyasətinin, Ulu Öndərin əbədiyaşar ideyalarının təntənəsidir. 

Ulu Öndər Heydər Əliyev Azərbaycanı həmişə yüksəklərdə, ucalarda görmək istəyirdi. Onun respublikamıza rəhbərliyinin bütün dövrlərində fəaliyyətinin qayəsində məhz bu arzular, bu ülvi niyyətlər dayanmışdır. Hansı vəzifədə çalışmasından və harada yaşamasından asılı olmayaraq, dahi şəxsiyyət öz dövləti və xalqı üçün əlindən gələni etmişdir. Və bununla Heydər Əliyev həm də sübuta yetirmişdir ki, iradə və vətən sevgisi olan yerdə bütün məqsədlərə çatmaq mümkündür.

Heydər Əliyev Azərbaycana 1969-1982-ci illərdəki rəhbərliyi zamanı ölkəmizi bütün sosial-iqtisadi göstəricilərinə görə keçmiş ittifaqın autsayderləri sırasından liderlər sırasına yüksəltdi, cəmiyyət həyatının bütün sahələrində inkişafa nail oldu. Elmdə, təhsildə, xalqımızın milli dünyagörüşündə pozitiv dəyişikliklər baş verdi. Moskvada çalışdığı illərdə də Ulu Öndər öz vətəninə diqqət və qayğısını əsirgəmədi, bir sıra strateji müəssisələrin məhz Azərbaycanda yaradılmasına nail oldu.

1987-ci ildə vəzifəsindən istefa verdikdən sonra da Heydər Əliyev öz xalqının yanında idi. Hansı ki, Ulu Öndərin o illərdə ortaya qoyduğu siyasi nümunələr dövlətçilik tariximizin mühüm hadisələri kimi hər zaman diqqət mərkəzində olacaq. Məsələn, Heydər Əliyevin 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra Moskvada SSRİ rəhbərliyini cəsarətlə ifşa və tənqid etməsi əslində Azərbaycanı müstəqilliyə aparan yolun ilk siyasi addımlarından biri idi. 1990-cı ilin iyulunda doğma vətəninə qayıdan Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü isə xalqımızı müstəqilliyə aparan çox mühüm hadisələrlə əlamətdardır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvanda qəbul edilən siyasi qərarlar, SSRİ-nin gələcəyi ilə bağlı referendumun boykot edilməsi müstəqillik uğrunda mübarizənin təkanverici amilinə çevrilmişdi.

O dövrdə həm də Naxçıvanı Ermənistanın işğalından qoruyan Heydər Əliyevin Azərbaycan tarixindəki növbəti böyük xidməti hələ yeni əldə etdiyimiz müstəqilliyimizin xilası oldu. 1993-cü ildə xalqın çağırışı ilə Bakıya gələn Ulu Öndər heç kimin üzərinə götürə bilməyəcəyi bir missiyanı qətiyyətlə yerinə yetirdi, müstəqilliyimizi qorudu, Azərbaycan dövlətçiliyini xilas etdi. Bu gün o dövrü təhlil edəndə, baş verənləri nəzərdən keçirəndə, hansı qüvvələrin respublikamıza qənim kəsildiklərini göz önünə götürəndə, Heydər Əliyevin xilas missiyasının nə qədər əzəmətli olduğunu görürük. Bu missiyanı isə yalnız Heydər Əliyev kimi görkəmli dövlət adamları, böyük siyasətçilər yerinə yetirə bilərdilər.

Beləliklə, Heydər Əliyev bütün tarixi mərhələlərdə və lazım olan situasiyalarda dövlətə və xalqa layiqli xidmətin ən gözəl nümunələrini yaratmışdır. Tarixdə isə buna bənzər nümunələr tapmaq mümkün deyil. Heydər Əliyevin müəllifliyi ilə ölkəmizin çağdaş tarixinin qürurdoğuran səhifələri yazılmışdır. 

Qeyd etdiyim kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı həmişə ucalarda görmək istəyirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın inkişafı, iqtisadiyyatda və sosial sferada baş verən köklü keyfiyyət dəyişiklikləri, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutması, regionda və qlobal miqyasda söz sahibi olan dövlət kimi tanınması, qlobal problemlərin həllinə töhfələr verməsi göstərir ki, Heydər Əliyevin ideyaları gerçək həyatda öz əksini tapır. Təkcə son illərdə baş verən hadisələrin, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin, respublikamızda COP29 kimi mötəbər tədbirin keçirilməsinin, Prezident İlham Əliyevin cari ilin aprelində Çin Xalq Respublikasına etdiyi dövlət səfərinin fonunda öz təsdiqini tapan həqiqətlərdən biri Heydər Əliyev ideyalarının reallaşmasıdır. 

Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ərazilərimizin işğaldan azad edilməsi üçün mühüm siyasi və iqtisadi təməllər yaratdı. Məsələn, 1996-cı ilin dekabrında keçirilmiş ATƏT-in Lissabon sammitində 53 Avropa dövlətinin dəstəklədiyi prinsiplərdə Dağlıq Qarabağ probleminin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli öz əksini tapmışdı.  Heydər Əliyev hələ Azərbaycanın indiki kimi güclü olmadığı illərdə dünya erməniliyinin bütün təzyiqlərini qətiyyətlə dəf etdi, aparılan sülh danışıqlarında respublikamızın milli maraqlarını qorudu. Ulu Öndər əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq. "Azərbaycan bu vəziyyətdən çıxacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yerinə, yurduna, qayıdacaqlar və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, inkişaf edəcəkdir", - deyə Heydər Əliyev çıxışlarının birində bildirmişdir.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, o cümlədən antiterror tədbirlərində Qarabağdakı erməni separatizminə son qoyulması ilə Ulu Öndərin bu arzusu da reallaşdı. Möhtərəm Prezident İlham Əliyev ata vəsiyyətini sərkərdə qətiyyəti ilə yerinə yetirdi, Azərbacanın ərazi bütövlüyünü təmin etdi. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycan dövlətidir. 

Heydər Əliyev dövlətçiliyimizin və müstəqilliyimizin sarsılmaz təməllərini yaratdı, respublikamızın inkişaf istiqamətlərini, ideoloji xəttini müəyyən etdi. Ona görə Heydər Əliyev yolu yüksəliş və qüdrətli Azərbaycan deməkdir. Prezident  İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi bütün nailiyyətlər, Azərbaycanın öz tarixinin ən qüdrətli dövlətinə çevrilməsi bu reallığı təsdiq edir. Ulu Öndərin ideyaları ilə yüksələn Azərbaycan özünün bütün hədəflərinə inamla çatır. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri bir daha dövlətimizin gücünü, cənab İlham Əliyevin qətiyyətini dünyaya bəyan edir.  

Ümumiyyətlə, geridə qoyduğumuz hər bir ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız saysız-hesabsız nailiyyətlər bizə Heydər Əliyevin fəaliyyəti barəsində bəhs etmək üçün yeni-yeni mövzular verir. Çünki hər bir uğurumuz həm də Ulu Öndərin arzularını təcəssüm etdirir. Xalqımız bütün bunları görür, dəyərləndirir və Prezident İlham Əliyevin ətrafında hər zaman sıx səfərbər olmaqla, Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirir.


Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!