12 Dekabr 2024 09:45
366
CƏMİYYƏT
A- A+
Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib

Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov tədbir iştirakçılarını salamladıqdan sonra Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz və çoxşaxəli fəaliyyətindən bəhs edib. Ulu Öndərin milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dilimizə yüksək ehtiramından söhbət açıb, bunun nəticəsi olaraq, dövlət-din münasibətlərinin genişlənməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

M.Mürsəlov  Ümummilli Liderin azərbaycançılıq ideologiyasını inkişaf etdirdiyini və bu sahədə gördüyü işlərin davamı olaraq, suveren ölkəmizin sütunlarını daha da möhkəmlədəcək bir dövlət miras qoyduğunu vurğulayıb. O, Ulu Öndərin siyasi, sosial, iqtisadi kursunu müvəffəqiyyətlə davam etdirən, onun layiqli varisi Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində dövlətimizin daha da inkişaf etdiyini nəzərə çatdırıb.

Aİİ prorektoru din sahəsində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çəkib, dövlət-din münasibətlərinin yüksək səviyyədə intişar etməsinin məhz Ümummilli Liderin sayəsində baş verdiyini bildirib.

Daha sonra Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov "Heydər Əliyev, dövlətçilik şüuru və azərbaycançılıq məfkurəsi" mövzusunda çıxış edib. Məruzəçi Ulu Öndərin  şəxsiyyətinə Azərbaycanın dövlətçilik tarixi fonunda nəzər salıb. O, Heydər Əliyevin azərbaycançılıq ideologiyasına tamamilə yeni bir məzmun verərək, onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdığını diqqətə çatdırıb. Anar Qafarov qeyd edib ki, məhz bu ideologiya sayəsində bütövlüyümüz, həmrəyliyimiz və dövlətçiliyimiz daha da möhkəmlənmişdir. Heydər Əliyevin və onun uğurlu davamçısı Prezident İlham Əliyevin zəngin təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoymuşdur.

Tədbirdə Azərbaycan Televiziyasının "Tarixin izi ilə" layihəsi çərçivəsində hazırlanmış "Tarix yazan qalib" filmi nümayiş olunub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!