11 May 2025 08:00
3057
SİYASƏT
A- A+
Ulu Öndər amallarından Böyük Qayıdışa

Ulu Öndər amallarından Böyük Qayıdışa


Ağdamın Kəngərli kəndi qayıdışın növbəti ünvanı oldu


"Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".

20 mart 1998-ci ildə Mərdəkandakı "Abşeron" sanatoriyasında Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlər üçün təşkil olunmuş bayram şənliyində Ulu Öndər Heydər Əliyev böyük inam və əminliklə dilə gətirmişdi bu fikirləri. 

Həmin tarixi gündən 22 il keçdikdən sonra Azərbaycan xalqı başlanğıcını Ulu Öndər amallarından götürən milli ideyaların Prezident İlham Əliyev tərəfindən qətiyyətlə gerçəkləşdirildiyinə xoşbəxtliklə şahidlik etdi. 

8 noyabr 2020-ci ildə qazandığımız Şuşa Zəfəri sayəsində xalqımız tarixindəki ən əlamətdar, qürurlu anlarına qədəm qoydu, Qələbə sevincini daddı, həsrət qaldığı Vətənə qovuşdu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu, ay-ulduzlu, üçrəngli bayrağımız Qarabağın zirvələrində əbədi dalğalandırıldı. 

Şanlı Zəfər sayəsində məcburi köçkünlük yükündən azad olan yüzminlərlə vətəndaşımız düz bir qərinəlik vətən sınağından sonra Böyük qayıdış adlandırdığımız möcüzəvi gerçəkliyi yaşamağa başladı. 


13 min nəfər doğma yurduna dönüb  


Vətən müharibəsindən ötən 5 ilə yaxın müddət ərzində Qarabağ və Şərqi Zəngəzurun 13 yaşayış məntəqəsinə - Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux, Sus, Xocalının Ballıca, Ağdərənin Həsənriz, Suqovuşan, Ağdamın Sarıcalı kəndlərinə, eləcə də Laçın, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl şəhərlərinə qayıdış karvanları yola salınıb. Qurucu lider İlham Əliyev tərəfindən yenidən təməlləri qoyulan və hərtərəfli işlər həyata keçirilən bu yaşayış məntəqələrinə artıq 13 mindən çox sakin qovuşdurulub. 

Bu il mayın 10-da Ulu Öndər Heydər Əliyevin 102-ci doğum günündə isə 14-cü yaşayış məntəqəmizə növbəti köç oldu, Ağdam rayonunun Kəngərli kəndində qayıdış xoşbəxtliyi yaşandı. Həmin gün yolunu Ağdamdan - işğal dövründə düşmənin xarabalığa çevirdiyi, görənlərin dəhşətlə "Qafqazın Hirosiması" adlandırdığı və hazırda sürətlə dirçələn qədim yurdumuzdan salan Prezident İlham Əliyev rayonun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi. Kəngərliyə köçən ilk sakinlərə yeni evlərinin açarlarını şəxsən təqdim edən, onların qayıdış sevincini bölüşən Qarabağın qurucusu İlham Əliyev bir daha Ağdama yenidən həyatın qayıtdığının müjdəsini çatdırdı.

Qürurla nümunə çəkdiyimiz bu statistikanın özü də təməlləri 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı sayəsində Füzuli rayonunun Horadiz qəsəbəsinə doğma sakinlərinin qaytarılması ilə atılan uğurlu Böyük Qayıdışın Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzura doğma sakinlərinin dönməsi  ilə öz məntiqi zirvəsinə yetdiyini göstərir. 

Təbii ki, 2016-cı ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə çalınmış şanlı Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlərinin qovuşdurulması da Böyük Qayıdışın mühüm halqalarından olub.

Bütün bunlar həm də uzaqgörən və müdrik siyasəti, mükəmməl diplomatik gedişləri, təkrarsız hərbi taktikası sayəsində ərazilərimizi işğaldan azad edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük vətənpərvər, dahi şəxsiyyət  Heydər Əliyevin siyasi irsini layiqincə yerinə yetirməsini, onun Azərbaycanın gələcəyi ilə bağlı amallarını, arzularını gerçəkləşdirməsini parlaq şəkildə təcəssüm etdirir. 


Müqəddəs qayə


Hələ birinci dəfə hakimiyyətdə olduğu illərdə ölkəmiz adına misilsiz işlər gerçəkləşdirərək inkişafına nail olan Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikamıza yenidən rəhbərliyə gəlməsi Azərbaycanın qurtuluşu oldu. Bu, sözün əsl mənasında İlahi möcüzə idi ki, ölkəmizin işğalla üzləşdiyi, siyasi çəkişmələrin meydanına çevrildiyi, vətəndaş müharibəsinin astanasında olduğu və ən əsası 70 illik istibdaddan sonra yenicə qazandığı müstəqilliyini itirmək kimi təhlükəylə üz-üzə qaldığı dəhşətli məqamda dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan siyasi səhnəsində Günəş kimi doğmuşdu.  

Öncə ölkəmizdə siyasi sabitliyi təmin etmək və Ermənistanla atəşkəs razılaşmasına nail olmaq  kimi həyati əhəmiyyətli məsələləri həll edən Heydər Əliyevin gündəliyində duran ən vacib prioritet işğal edilmiş ərazilərimizin düşmən tapdağından azad olunması və dədə-baba torpaqlarından zorla didərgin salınmış vətəndaşlarımızın yurd-yuvalarına qayıdışı idi.  

Əlamətdar günlərdə, tədbirlərdə hər zaman qaçqın və məcburi köçkünlərin yanında olan, onlara böyük diqqət və həssaslıqla yanaşan, problemlərinin həlli üçün vacib addımlar atan Ümummilli Lider Heydər Əliyev bəyan etmişdi: "İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində,  köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri  bizim üçün və şəxsən mənim üçün birnömrəli problemdir". 

Çıxışlarında hər zaman məcburi köçkünlərin əzab-əziyyətlərini, yaşadıqları ağrıları dərindən duyduğunu ifadə edən Ulu Öndər əlamətdar günlərdə, bayramlarda mütləq məcburi köçkünlərin yanında olur, onlara tək olmadıqlarını hiss etdirirdi. 1999-cu ildə Novruz bayramı ərəfəsində Biləsuvardakı çadır düşərgəsində cəbrayıllı məcburi köçkün gənclərin toyunda Ulu Öndərin iştirak etməsi, gənc ailə ilə birgə qol götürüb oynaması, yaxud çadır şəhərciyində sac asıb yuxa çörək bişirən yaşlı qadını gördükdə doğmalıqla anasının da vaxtilə bu cür çörək bişirdiyini dilə gətirməsi indi də baxanları riqqətə gətirən və o günləri yada salan unudulmaz xatirələrdir. 

Məcburi köçkün vətəndaşlarımızın vəziyyətinin yaxşılaşdırılması üçün əlindən gələn hər şeyi edən Ulu Öndərin şəxsi əzmi və qətiyyəti sayəsində əsası qoyulan uğurlu neft strategiyasının, "Əsrin müqaviləsi"nin  sayəsində  ölkəmizin əldə etdiyi ilk vəsait də məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. İnsanlarımızın olduqca acınacaqlı halda yaşamağa məcbur olduqları çadır düşərgələri bir-bir ləğv edilməyə başlanıldı.

2001-ci il sentyabrın 7-də Ulu Öndərin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" və 13 may 2002-ci il "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" fərmanlarına uyğun olaraq, Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.

 

Bütün çadır şəhərcikləri ləğv edildi 


31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışında Heydər Əliyev siyasətini davam etdirəcəyini bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev söyləmişdi: "Bilirsiniz ki, neft fondundan ayrılan vəsait ilk növbədə Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqın-köçkünlərə, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün sərf olunur. Cənab Prezident Heydər Əliyevin fərmanları ilə bu məqsəd üçün 70 milyon dollar ayrılmışdır və qaçqın-köçkünlərdən ötrü yeni qəsəbələr, şəhərciklər, evlər tikilir. On minlərlə qaçqın və köçkün artıq çadır düşərgəsindən çıxarılaraq müasir evlərə köçürülüb və bu proses davam etdiriləcəkdir. Biz gələcəkdə də bu məsələyə böyük diqqət göstərəcəyik. Əminəm ki, yaxın gələcəkdə işğaldan əziyyət çəkən bütün qaçqın və köçkünlər müasir şəraitlə təmin olunacaqlar".

Sözügedən tarixdəki andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ən ağır problem olduğunu bildirmiş və onun yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna biləcəyini bəyan etmişdi: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir… 

…Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini ən başlıca vəzifələrindən biri kimi müəyyənləşdirən dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi idi ki, 2007-ci ildə ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmadı. Eyni zamanda 2020-ci ilə - Vətən müharibəsinə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salındı. Ötən müddət ərzində Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olundu, həmçinin onların problemləri ardıcıl şəkildə öz həllini tapdı.

Ancaq ölkəmizin lideri hər zaman vurğulayırdı ki, bu yaşayış yerləri müvəqqəti xarakter daşıyır. Torpaqlarımız işğaldan mütləq azad ediləcək və məcburi köçkün vətəndaşlarımız üçün öz dədə-baba torpaqlarında evlər tikiləcək. 


Zəfər müjdəsi, diriliş marşı  


27 sentyabr 2020-ci ildə bütün məcburi köçkünlərin ümidləri də bir anda işarmağa başladı...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağdan qanadlanan qələbə müjdələri, "Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Şuşa, Laçın, Ağdam, Kəlbəcər… bizimdir, Qarabağ Azərbaycandır!" hayqırtıları bütün məcburi köçkünlərin diriliş marşına çevrildi… 

Üzərindən üç il keçdikdən sonra, yenə də payız çağında - 19-20 sentyabr 2023-cü ildə keçirilən antiterror tədbirlərində suverenliyimiz tam təmin olundu. Bu parlaq qələbə bizə bütöv Azərbaycanı bəxş etdi… 

Qalib lider İlham Əliyevin qazandığı Şuşa, Xankəndi zəfərləri Azərbaycan xalqına Qarabağ və Şərqi Zəngəzurun quruculuq təntənəsini, Böyük qayıdış xoşbəxtliyini yaşatdı. 

Zəfərdən sonra bu xoşbəxtliyi ilk yaşayanlar, doğma Vətənə dönüşün ilk "qaranquşlar"ı isə Zəngilanın Ağalı kəndinin sakinləri oldular. 

Ardınca yuxarıda sadaladığımız yaşayış məntəqələrinə də qayıdış köçləri həyata keçirildi və bu möhtəşəm proses hazırda da davam edir. 

Vətən müharibəsi bitdikdən cəmi bir gün sonra üzünü keçmiş məcburi köçkünlərə tutaraq "siz artıq köçkün deyilsiniz" müjdəsini çatdıran Qarabağın xilaskarı İlham Əliyev bu vətəndaşlarımızın ürəklərindəki birqərinəlik vətən nisgilini silib qayıdış xəbəri ilə şadlandırdı. Eyni zamanda "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik" deyən xalqımızın dahi oğlu Heydər Əliyevin bu sarsılmaz inamını, əminliyini Böyük Qayıdışla gerçəkləşdirərək, həm də Ulu Öndərin ruhunu şad etdi.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub  

01:01
16 İyun

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

00:17
16 İyun

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir  

22:46
15 İyun

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

22:29
15 İyun

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb  

21:39
15 İyun

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

21:33
15 İyun

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm  

21:19
15 İyun

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

21:06
15 İyun

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib  

20:50
15 İyun

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram  

20:48
15 İyun

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib  

20:26
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib  

20:13
15 İyun

İranda 2 nəfər casus ələ keçirilib

19:47
15 İyun

Roma Papası dünyada sülh üçün çağırış edib  

19:35
15 İyun

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb  

19:26
15 İyun

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

18:41
15 İyun

İran İsrailə 50 ballistik raket atıb

18:40
15 İyun

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

18:38
15 İyun

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

17:53
15 İyun

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

17:34
15 İyun

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

16:57
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!