27 Yanvar 2022 10:06
574
DÜNYA
A- A+

Ukrayna Prezidenti Aparatının rəhbəri: “Normand dördlüyü” formatının bərpası faktı müsbət siqnaldır

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak “Normand dördlüyü” liderlərinin müşavirlərinin Paris görüşünü bu danışıqlar formatının “reanimasiyası” adlandırıb. O qeyd edib ki, tərəflər əvvəlki razılaşmalara yenidən baxıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Yermak görüşdən sonra keçirdiyi brifinqdə bildirib.

"Demək istərdim ki, “Normand dördlüyü” formatının bərpası faktının özü artıq müsbət siqnaldır", - deyə Yermak əlavə edib.

Prezident Aparatının rəhbəri vurğulayıb ki, 8 illik müharibədən sonra Ukrayna yalnız danışığa yox, real işlərə və nəticələrə inanır. Onun sözlərinə görə, görüşdə əvvəlki sazişlərə və onların statusuna yenidən baxılıb.

"Hesab edirəm ki, bütün tərəflər iki həftə ərzində öz təkliflərini ortaya qoymaq üçün nəticə çıxarıblar", - deyə Yermak vurğulayıb.

Xatırladaq ki, yanvarın 26-da Parisdə “Normand dördlüyü” formatı çərçivəsində Ukrayna, Almaniya, Fransa və Rusiya liderlərinin müşavirlərinin görüşü keçirilib. Danışıqlar Ukrayna sərhədi yaxınlığında vəziyyətin gərginləşməsi fonunda baş tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video