18 İyun 2025 08:00
1000
SİYASƏT
A- A+
Uğurlu diplomatiya, yüksək nüfuz

Uğurlu diplomatiya, yüksək nüfuz


İlham Əliyev Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun mühüm aktoruna çevirib



Beş il öncə İkinci Qarabağ müharibəsi nəticəsində yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirdi. Yəni hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi.

 İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. 

Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.


Etibarlı, güclü və sülhsevər tərəfdaş


Ümumiyyətlə, son illərdə Azərbaycan regionda və beynəlxalq aləmdə yüksələn nüfuzu ilə seçilir. Bu nüfuz yalnız ölkəmizin coğrafi mövqeyindən və təbii resurslarından qaynaqlanmır, həm də dövlətin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə artan rolu müxtəlif sahələrdə özünü göstərir: enerji təhlükəsizliyi, mədəni diplomatiya, multikulturalizm, nəqliyyat-logistika layihələri və beynəlxalq tədbirlərə evsahibliyində və s.

Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malik olmaqla yanaşı, bu resurslardan strateji şəkildə istifadə edir. Ölkəmizin enerji layihələri təkcə iqtisadi deyil, siyasi baxımdan da böyük nüfuz qazanır.

Əlbəttə ki, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi təsadüfi deyil. Bu, məqsədyönlü siyasətin və tarixi-mədəni zənginliyin vəhdətinin nəticəsidir. Geosiyasi, iqtisadi və mədəni sahələrdə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan özünü dünya arenasında etibarlı, güclü və sülhsevər  tərəfdaş kimi təqdim edir. Bu uğurların davamlı olması üçün daxili sabitliyin və xarici siyasətdə balanslı yanaşmanın qorunması xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizin mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir. 

Bütün bu uğurların yeganə səbəbi, əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Azərbaycana rəhbərlik etdiyi 22 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, mövcudluğu tarixində ölkəmiz heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. 

Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bütün nailiyyətlər, möhtəşəm uğurlar İlham Əliyevin yüksəliş konsepsiyasının bəhrəsidir. Artıq heç kim Azərbaycanla təhdid dili ilə danışa biməz. Bu fikirdə, bu niyyətdə olanlara İlham Əliyev çox mükəmməl şəkildə xəbərdarlıq edib: "Bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki mən Prezidentəm, belə qüvvə olmayacaqdır".  


Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açılıb


Reallıq budur ki, İlham Əliyevin beynəlxalq problemlərin həllində mühüm rol oynayan və müasir dövrdə çoxqütblü, ədalətli və demokratik dünya düzəninin formalaşmasında müsbət potensiala malik olan Qoşulmama Hərəkatına sədirliyi üzv dövlətlərin mütləq əksəriyyəti tərəfindən təqdir edilir. Əgər belə olmasaydı, müddəti bitən sədrliyin davam etdirilməsi yenidən Azərbaycana həvalə olunmazdı. 

Həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin hadisələri düzgün analiz etmə, doğru qərar vermə bacarığı, uğurlu diplomatiyası Azərbaycanı həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Bunun yeganə səbəbi İlham Əliyevin sözünə sadiq lider olduğunu dəfələrlə təsdiqləməsidir.  

Müasir dünyamızın acı reallıqları fonunda İlham Əliyev elə də böyük olmayan dövləti - Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun mühüm aktoruna çevirib. Qlobal təhlükəsizliyin, o cümlədən qitəmizdə enerji və nəqliyyat təhlükəsizliyinin təminatında Azərbaycanın rolu misilsizdir. 

Azərbaycanın xarici siyasətinin təkcə son uğurlarına nəzər yetirsək, aydın şəkildə görə bilərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlə srtateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.

Bu dövlətlərdən biri də dünya nəhənglərindən sayılan Çindir. Son 5 ildə Azərbaycanın Çinlə münasibətlərində dinamiklik müşahidə edilir. Bu il aprelin 22-dən 24-dək Prezident İlham Əliyevin Çinə dövlət səfəri, keçirilən görüşlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrə müsbət impuls verib. Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey iyunun 10-da ilk dəfə qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinqdə söylədiyi fikirlərlə bir daha təsdiqləyib. Diplomat qeyd edib ki, Çin iki ölkənin xalqlarının ünsiyyət vasitəsilə bir-birini daha yaxşı anlaması, onlar arasında dostluğun dərinləşdirilməsi və əlaqələrin möhkəmləndirilməsində yeni birgə səhifənin yazılması istiqamətində Azərbaycanla birlikdə humanitar əməkdaşlığı genişləndirməyə hazırdır. O bildirib ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri uğurla həyata keçib. Səfər zamanı Sədr Si Cinpin və Prezident İlham Əliyev hərtərəfli strateji tərəfdaşlığın qurulmasını birgə bəyan ediblər və bir çox sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm razılaşmalar əldə olunub. Bununla da Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açılıb. Xanım səfir həmçinin keçirdiyi görüşləri və onların əhəmiyyətini dəyərləndirib: "Bu yaxınlarda mən Azərbaycanın yüksəkvəzifəli şəxsləri, eləcə də Çindən gələn rəsmi nümayəndə heyətləri, region və müəssisələrin nümayəndələri ilə bir sıra görüşlər keçirmişəm. Biz iki ölkə arasında əlaqələrin inkişafını ətraflı müzakirə etdik. Əsas təəssüratım ondan ibarətdir ki, dövlət başçılarının rəhbərliyi Çin-Azərbaycan münasibətlərinin yüksəkkeyfiyyətli inkişafı üçün ən mühüm üstünlük və etibarlı təminatdır. Hazırda hər iki ölkənin müxtəlif qurumları və regionları iki lider arasında imzalanmış sazişləri fəal şəkildə həyata keçirirlər və bu, bütün sahələrdə əməkdaşlıqda yeni irəliləyişlərə səbəb olub".

Hər iki ölkə bir-biri üçün çox önəmli tərəfdaş olduğunu ikitərəfli istiqamətdə atılan bütün addımlarla sübut edir. Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkəmiz dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.


Qardaşlıq ittifaqı


Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. 

Bu xüsusda Azərbaycan-Türkiyə-Pakistan birliyini yeni siyasi platforma da adlandırmaq olar. Azərbaycanın xarici siyasət kursunda iki qardaş ölkə ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Üç ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına böyük təkan verir. Üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksəksəviyyəli görüşlərin təşkil olunması bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir.

May ayının 28-də Laçında keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin səsləndirdikləri fikirlər də bir daha təsdiq etdi ki, üçtərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialına malikdir. Bu əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə əhəmiyyətli töhfələr verə bilər. Bölgə üçün əhəmiyyətli strateji nöqtədə yerləşən Laçın şəhərində keçirilən Zirvə görüşü həm regional sabitliyin, təhlükəsizliyin, həm də ədalətə söykənən beynəlxalq hüququn təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdi. Laçından dünyaya verilən siyasi mesajlar, səsləndirilən fikirlər, aparılan müzakirələr yeni dövrün siyasi bəyannaməsi və güc balansının dəqiqləşdirilmiş xəritəsi kimi oxunmalıdır. 

Göründüyü kimi, dünya nizamının özünün çətin dövrünü yaşadığı zamanda, güclü ölkələrin zəiflər üzərində hökmranlığını həyata keçirməyə çalışdığı dövrdə Azərbaycan əlaqələrini daha da şaxələndirir, enerji siyasətini daha da genişləndirir və bununla da tərəfdaşlarının sayını artırır. 

Prezident İlham Əliyevin müstəqil siyasəti, xarici diplomatiyası Azərbaycana etibarlı tərəfdaşlar və bütün bunların fonunda hərtərəfli dividendlər qazandırır.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ADA Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə təqdim olunan imkanlar açıqlanıb  

16:55
17 İyul

ADA Universitetində dövlət sifarişli yerlərin sayı açıqlanıb  

16:54
17 İyul

Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

15:47
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!