Uğur olsun, Fərid!
Milli Ordumuzun zabiti, gənc leytenant Fərid Rakif oğlu Vahidov gözümüzün qabağında böyüyüb. 1991-ci ildə Salyan şəhərində anadan olub, 2006-cı ilədək burada - ata ocağında boy atıb, təhsil alıb. İndi həmin günləri yaxşı xatırlayıram: oğlanlı-qızlı bir dəstə uşaq yaşadığımız binanın başına dolanıb əsgəri addımlarla yeriyir və xorla məşhur hərbi marşı tez-tez oxuyurdular:
...Marş, irəli! Marş, irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri
Azərbaycan əsgəri!
Həmin uşaqların arasında balaca Fərid də vardı. Anası Sədaqət xanım hələ o zamanlar danışırdı ki, Fərid gecə yuxuda da bu mahnını oxuyurdu. Kim bilir, hərbçi olmaq arzusu onun qəlbində bəlkə elə o vaxtdan yuva salmışdı. Təhsil aldığı Salyan şəhər internat məktəbində həyata keçirilən ictimai işlərdə fərqlənən, “Şahinlər” hərbi-idman oyununda xüsusi məharət göstərən Fərid dərslərindən də əla qiymətlər alır, nümunəvi davranışı ilə seçilir, vətən mövzusunda inşalarda dönə-dönə “mən hərbçi olacağam, xalqımızın haqq işi uğrunda döyüşəcəyəm” yazırdı. Valideynləri də Fəridin bu arzusundan qürur duyur, ona qol-qanad verirdilər.
Ataların belə bir sözü var: niyyətin hara, mənzilin ora. 2006-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olan F.Vahidov 2009-cu ildə oranı uğurla bitirib sənədlərini ali hərbi məktəbə verdi və qəbul olundu. 2013-cü ildə ali məktəbi leytenant rütbəsi ilə bitirərək “N” saylı hərbi hissədə xidmətə başladı.
Çalışdığı hərbi hissədə böyük hörmət qazanıb. Əsgərlər ona komandir kimi sayğı göstərməkdən başqa, həm də özlərinə böyük qardaş, dost bilirlər. Elə Fərid də tabeliyində olan əsgərləri öz qardaşları hesab edir.
Bu il aprelin əvvəlində cəbhə bölgəsində baş verən təxribat bir hərbçi kimi F.Vahidova da dərindən təsir etmişdi. Həmin günlərdə ordumuzun qazandığı uğurlar gənc hərbçidə vətənimizin işğal altında olan torpaqlarının azad olunacağı günə inamını daha da artırmışdı. Həmin günlərdə ailə üzvləri ilə telefon əlaqəsi saxlayan Fərid atasından xahiş etmişdi ki, Salyandakı evlərinin küçəyə baxan pəncərəsindən Azərbaycanın üçrəngli dövlət bayrağını assın. Atası Rakif kişi elə də edib. İndi o gündən bayraq orada dalğalanır. Mən bu bayrağa baxanda sanki Fəridi görürəm. Balacalığından tanıdığım gənc zabit gözlərim önündə belə canlanır: əsgərlərinə təlim verir, onlara vətən və xalq qarşısındakı müqəddəs borcdan söz açır, önə çıxıb onları döyüşə, yeni qələbələrə aparır. Qulaqlarımda yenə o marş səslənir: “Marş, irəli! Marş, irəli! Azərbaycan əsgəri!”
Gülzar HÜSEYNOVA,
Salyan şəhər 1 saylı orta məktəbin müəllimi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!