30 Oktyabr 2021 00:30
1276
Elm və texnika
A- A+
“Uçan stul” - lift

“Uçan stul” - lift

 

Mərtəbələr artdıqca yuxarılara yük daşımaq və ya qalxıb enmək çətinləşirdi. Lift  adlandırılan qurğunun yaradılmasının artıq zamanı gəlmişdi. Lift tarixdə ən önəmli icadlardan biridir. İddia edilir ki, bəşəriyyətə məlum ilk lift ideyası eradan əvvəl 236-cı ildə Arximed tərəfindən ortaya qoyulub. İplərlə hərəkətə gətirilən liftdə insan gücündən istifadə edilirdi. Antik Yunanıstanın bir çox bölgəsində bu liftdən istifadə edilmişdi.  Romada isə iplə qaldırılan vasitə ilə əşyalarla yanaşı, heyvanlar da daşınırdı. Hətta Kolizeydə pələnglər, leopardlar, şirlər dərin çuxurların içərisindən səhnəyə belə liftin köməyi ilə çıxarılırdı. Ancaq bu qurğu ilə maksimum 300 kiloluq yük qaldırıla bilirdi.

Liftlərdə insanların daşınmasına 1743-cü ildən başlanılıb. İlk dəfə Versal sarayında quraşdırılmış lift 15-ci Lüdovik üçün özəl olaraq hazırlanmışdı. Qurğu balaca şkaf və içinə yerləşdirilmiş stuldan ibarət idi. Eynilə əvvəlki dövrlərdə olduğu kimi iplə idarə edilirdi. Bu liftlə tanış olan insanlar onu “uçan stul” adlandırırdılar. Növbəti mərhələdə buxarla işləyən liftlərə rast gəlinir. Bunlardan 19-cu əsrdə fabrik və mədənlərdə yüklərin daşınması üçün istifadə edilirdi. 

Liftin quraşdırıldığı ilk bina Nyu Yorkda yerləşən “Ədalətli Həyat” binası (Equitable Life Building) olub. Binanın belə adlandırılması isə buranın Ədalətli Həyat Təminatı Cəmiyyətinin qərargahı olması ilə bağlıdır. Nəhayət, daha geniş yayılan elektrikli liftlər 1880-ci ildə Almaniyada Verner fon Simens tərəfindən yaradılır. Avtomatlaşdırılmış qapıların isə müəllifi amerikan ixtiraçı Aleksandr Maylsdır. Sonralar mərtəbə düymələrinin əlavə edilməsi, təcili dayandırma, telefon və s. kimi xüsusiyyətlər də ümumi mexanizmə daxil edildi.

Yeni kəşflərin sözün əsl mənasında asan və zövqlü şəkildə doğru mənzilə çıxarmasını vakumlu liftlərdə görmək mümkündür. Vakumlu lift 360 dərəcə panoram mənzərəni görmək üçün şəffaf formada dizayn edilib. Ən vacib məqam tamamilə təhlükəsiz olmasıdır. Belə ki, enerji kəsildiyi təqdirdə lift ən aşağı mərtəbəyə enir və qapılar avtomatik şəkildə açılır. Biz sözlə, bu liftlə fobiyası olanlar belə könül rahatlığı ilə mərtəbələrə qalxıb enə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!