31 May 2025 08:20
473
SİYASƏT
A- A+
Üç qardaş ölkənin Laçından dünyaya həmrəylik nümayişi

Üç qardaş ölkənin Laçından dünyaya həmrəylik nümayişi


Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin 28 May Müstəqillik Günündə Laçında Zirvə görüşündə iştirakı tarixi hadisə idi. Bu görüş xalqımızın yaddaşında dərin izlər buraxacaq və qürurla anılacaq əlamətdar məqamlardan biri kimi tariximizə həkk olundu. Üç qardaş ölkənin birlik, bərabərlik nümunəsinin nümayişi, eyni zamanda sülh, əməkdaşlıq, qarşılıqlı maraqlara xidmət edən birgə təşəbbüslərinin mesajıdır. Qardaş ölkələrin Azərbaycanın Müstəqillik Günündə, Ermənistanın işğalından sonra dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda birlik mesajlarının əhəmiyyəti isə olduqca böyükdür.

Laçının 30 illik Ermənistanın işğalından və barbarlığından qurtularaq yenidən dirçəldiyini vurğulayan Milli Məclisin deputatı Sevinc Hüseynova qəzetimizə açıqlamasında bildirib ki, artıq bu rayonun sakinləri öz evlərinə qayıdırlar. Dövlətimizin başçısının Laçına budəfəki səfərində də bir qrup laçınlıya yeni evlərinin açarları təqdim edildi. 28 May Müstəqillik tariximizin ən qürurverici səhifələrindən biri kimi bu hadisələrin də böyük anlamı var. Azərbaycanın işğaldan azad edilmiş üçüncü, ümumilikdə isə 9-cu aeroportu - Laçın Beynəlxalq Hava Limanının qardaş Türkiyə Prezidentinin iştirakı ilə açılışının edilməsi olduqca önəmli idi. Bu, Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda açılışını etdiyi üçüncü beynəlxalq aeroport oldu. Bundan öncə Füzuli və Zəngilanda iki qardaş ölkənin rəhbərləri tərəfindən hava limanlarının açılışı baş tutmuşdu. 

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda üçüncü beynəlxalq hava limanının qısa zamanda açılışının edilməsi Azərbaycanın Böyük qayıdış konsepsiyasına uyğun olaraq qısa zamanda bu bölgədə görülmüş sürətli işlərin xarakterini nümayiş etdirir: "Bu gün qalib və suveren Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşamaqdadır. Laçında Azərbaycan-Türkiyə-Pakistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşündə də olduqca mühüm mesajlar səsləndirildi. Prezident İlham Əliyev çıxışında Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilməsinin tarixi əhəmiyyətindən bəhs etdi. Vurğulandı ki, bunun böyük rəmzi mənası var. Azərbaycan, Türkiyə və Pakistan hər zaman ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək xalqımızın yaddaşına əbədi həkk olunub. Həmçinin Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub".

S.Hüseynova Azərbaycan-Türkiyə-Pakistan birliyinin regional və qlobal müstəvidə sülhə, əməkdaşlığa xidmət etdiyini söyləyib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib: "Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakı əməkdaşlığımıza daha da təkan verəcək. Həmçinin müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhə və sabitliyə xidmət edir". 

Cənab Prezidentin də qeyd etdiyi kimi, hər 3 ölkə xoş günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır, həmrəydir. Laçında üç dövlət arasında ikinci Zirvə görüşünün keçirilməsi strateji əməkdaşlığın xarakterini nümayiş etdirir. 

Deputat Zirvə toplantısında Prezident İlham Əliyev tərəfindən 1918-ci ilin 28 mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salındığını diqqətə çəkdi: "Xalq Cumhuriyyətinin qısa zaman ərzində mövcudluğu, 1920-ci ilin aprel ayında müstəqilliyinin əlindən alındığı və ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirildiyi də Zirvə toplantısında xatırlandı. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Amma bu dövrdə də Azərbaycan üçün yeni çətinliklər müşahidə olundu. Ermənistanın işğalçılıq siyasətinin ölkəmizə böyük faciələr gətirdiyi dövlətimizin başçısı tərəfindən Zirvə toplantısında bir daha bəyan edildi. Azərbaycanın ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan 4 ay sonra Ermənistan tərəfindən Xocalıda soyqırımı həyata keçirildi. Laçının, ondan öncə isə Şuşanın Ermənistanın təcavüzünə məruz qaldığı, beləliklə, ərazilərimizin 20 faizinin 30 ilə yaxın erməni işğalında saxlanıldığı da diqqətə çatdırıldı. Təbii ki, Azərbaycan xalqı bu işğal faktı ilə heç vaxt barışmadı və ərazilərini bir gün Ermənistanın işğalından qurtaracağına olan ümidini itirmədi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini tam təmin etməyə nail oldu". 

Deputat bildirib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işləri sürətlə icra edilir. Keçmiş məcburi köçkünlərin artıq mərhələli şəkildə öz ata-baba ocaqlarına geri dönüşü təmin olunur. Hazırda Şərqi Zəngəzur və Qarabağ bölgələrində 43 min insan yaşayır və çalışır. Azərbaycanın yaxın dostları və tərəfdaşları bu uğurlara sevinir. Türkiyə və Pakistan liderlərinin Laçında olması, bu ərazilərdə görülən işlərlə tanışlığı, hava limanının açılışının edilməsi, yaradılan ən müasir infrastruktur böyük qürur hissi ilə qarşılanır. Sözsüz ki, Türkiyə Prezidentinin və Pakistanın baş nazirinin belə xoş günlərdə Prezident İlham Əliyevlə həmrəylik nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir. Bu, üç ölkənin birliyini simvolizə edən bir mesaj kimi də dəyərləndirilir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!