TürkPA türkdilli ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır
Noyabrın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq əlaqələr komissiyasının birinci iclasının iştirakçıları ilə görüşdü.
Qonaqları salamlayan Milli Məclisin Sədri TürkPA-nın yaradılması ilə bağlı görülmüş işlərdən danışdı, təşkilatın fəaliyyətini yüksək qiymətləndirdi. Oqtay Əsədov qeyd etdi ki, TürkPA türkdilli ölkələr arasında əlaqələrin inkişafında, beynəlxalq əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Bu fəaliyyət hazırda uğurla davam etdirilir və inanırıq ki, TürkPA parlament diplomatiyasının inkişafında bundan sonra da çox işlər görəcək. Milli Məclisin Sədri TürkPA-nın yaxın vaxtlarda nüfuzlu beynəlxalq təşkilata çevriləcəyinə əminliyini də vurğuladı.
Görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin deputatları Məhərrəm İncə, Ülker Güzel, Qazaxıstan parlamentinin deputatı Vəlihan Konurbayev TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının ilk iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, TürkPA-ya üzv ölkələrin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı təkcə türkdilli ölkələr deyil, bütün dünya üçün səmərə verəcək. Həmçinin TürkPA-nın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi və qonaq statusu alması, BMT Baş Məclisində də müşahidəçi statusu alması məsələsinin Baş Məclisin gündəliyinə salınması yüksək qiymətləndirildi.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə münasibət bildirən qonaqlar bunu bütün türk dünyasının qələbəsi kimi qiymətləndirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.
"Azərbaycan",
foto F.Bağırovundur
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İlham Əliyevin mesajlarından Ermənistan və havadarları nəticə çıxarmalıdırlar
28 Aprel
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir
28 Aprel
Qlobal liderdən həmrəylik çağırışı
28 Aprel
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!