19 Noyabr 2025 11:32
532
SİYASƏT
A- A+
TÜRKPA-nın milli nümayəndə heyətlərinin ilk koordinasiya görüşü olub  

TÜRKPA-nın milli nümayəndə heyətlərinin ilk koordinasiya görüşü olub  

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 17-19-da İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü payız sessiyasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən payız sessiyası “ATƏT-in 50 ili: dialoq və əməkdaşlıq vasitəsilə çoxtərəfli əməkdaşlığın yenilənməsi” mövzusuna həsr edilmiş parlament konfransı, açılış iclası, üç tematik sessiya, Aralıq dənizi Forumunun toplantısı və daimi komitənin iclasından ibarət olub.

Rəsmi proqram çərçivəsində TÜRKPA nümayəndə heyəti tərəfdaş və müşahidəçi qurumlara açıq olan əsas sessiyalarda iştirak edib, dialoq, mediasiya, regional əlaqəlilik, insan ləyaqəti və ATƏT regionunda parlamentlərarası əməkdaşlıq mövzularında keçirilən müzakirələrdə fəal mövqe nümayiş etdirib.

Sessiya çərçivəsində, həmçinin türk dövlətlərinin parlamentləri arasında qarşılıqlı institusional əlaqələrin gücləndirilməsi məqsədilə TÜRKPA-nın milli nümayəndə heyətlərinin ilk koordinasiya görüşü baş tutub.

Səfər zamanı Baş katib Ramil Həsən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montella ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli əlaqələrin dərinləşdirilməsi və ortaq parlamentar hədəflərin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Səfərdə Baş katibi onun müavini Muhammet Alper Hayali və komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

01:52
21 Noyabr

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

22:47
20 Noyabr

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

21:49
20 Noyabr

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb

21:42
20 Noyabr

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

21:39
20 Noyabr

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

19:53
20 Noyabr

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

19:31
20 Noyabr

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

18:59
20 Noyabr

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb

18:57
20 Noyabr

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

18:09
20 Noyabr

2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub  

17:44
20 Noyabr

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

17:23
20 Noyabr

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

17:21
20 Noyabr

Ağdam Muğam Mərkəzində rəsm və fotosərgilər, eləcə də ustad dərsləri təşkil olunub

17:19
20 Noyabr

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini ötüb

17:17
20 Noyabr

Doqquz ayda ölkədə 75 üçəm doğulub

17:15
20 Noyabr

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

17:14
20 Noyabr

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

17:13
20 Noyabr

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

17:11
20 Noyabr

Fransada polisə silahdan istifadə imtiyazı verən qanun layihəsinə etiraz edilib  

16:27
20 Noyabr

Qətər Hörmüz boğazı böhranına qarşı beynəlxalq birgə fəaliyyətə çağırıb

16:13
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!